Özünüzü konsert zalında hiss edin

Evinizdə kinematoqrafik səs keyfiyyəti

Dolby Atmos®

Dolby Atmos® ilə evinizdə son kinematoqrafik səs təcrübəsi əldə edin. O, hər bir detalı misilsiz aydınlıq və dərinliklə üzə çıxararaq, sizi səsin içərisinə qərq edir.

Hərəkəti bütün rakurslardan izləyən dinamik səs

Obyektləri İzləmə Səsi Pro (OTS Pro)

Gözlərinizi yumun və OTS Pro texnologiyası ilə səsin ekrandakı hərəkətini izləyin. Səs, istiqamətindən asılı olamayaraq hərəkət ilə bərabər yerini dəyişir. Beləliklə də siz televizorun ətrafındakı bütün rakurslarından səsin hər bir detalına daha dərindən qərq ola bilərsiniz.

Televizor və səs paneli mükəmməl şəkildə bir-biri ilə uyğunlaşdırılıb.

Q-simfoniyası

Evinizi ideal səsə malik möhtəşəm konsert salonuna çevirin. Q-simfoniyası Neo QLED-dəki dinamikləri birgə iş üçün səs paneli ilə sinxronlaşdırır. Bununla da, TV dinamiklərini söndürmədən daha dolğun səs effekti əldə etməyə nail olur.

* Q-simfoniyası yalnız uyğun səs paneli ilə əlçatandır. Səs panelinin xüsusiyyətlərinə nəzər salıb Q-simfoniyası ilə uyğunluğunu yoxlayın.

Məkanınıza uyğun olaraq avtomatik optimallaşdırılmış səs

SpaceFit Sound

İndi televizorunuzu harada və necə yerləşdirməyinizdən asılı olmayaraq mükəmməl səsdən həzz ala bilərsiniz. SpaceFit səs texnologiyası məkan şəraitini təhlil edir və sonra televizor səsinin optimal parametrlərini avtomatik tənzimləyir. Sadəcə olaraq televizoru yandırın və qalan işləri SpaceFit Sound-a həvalə edin.

* Təsvirlər simulyasiya edilib və yalnız illüstrasiya məqsədləri üçün nəzərdə tutulub. Məhsulun performansına təsir etməyən görünüş və dizayn xüsusiyyətləri xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
* Hər bir model üçün məhsul təfərrüatları səhifəsinə baxın.