AddWash ilə Paltaryuyan maşın WW6600R , 7 kq

AddWash ilə Paltaryuyan maşın WW6600R , 7 kq

WW70R62LATWDLP

  • Wi-Fi ilə İdarəetmə
  • 49 dəqiqədə tam yuma
  • Aktiv köpük generatoru EcoBubble

rəng seçin

Rəng :

Tutum seçin

  • Ecobubble™ generatoru
    Ecobubble™ generatoru
  • İnverter motoru
    İnverter motoru
  • Buxar ilə yuma
    Buxar ilə yuma

Yuma zamanı istənilən geyimi əlavə edin

AddWash™

Köynəyinizi unutmusunuz? AddWash qapısı hətta yuma dövrəsi başlayandan sonra belə unudulan geyimləri* barabana asanlıqla və tez yerləşdirməyə imkan verir**. Bundan əlavə, yaxalamaq və ya qurutmaq istədiyiniz əllə yuyulan geyimləri də asanlıqla əlavə edə bilərsiniz.

Yuma zamanı istənilən geyimi əlavə edin

AddWash™

Köynəyinizi unutmusunuz? AddWash qapısı hətta yuma dövrəsi başlayandan sonra belə unudulan geyimləri* barabana asanlıqla və tez yerləşdirməyə imkan verir**. Bundan əlavə, yaxalamaq və ya qurutmaq istədiyiniz əllə yuyulan geyimləri də asanlıqla əlavə edə bilərsiniz.

  • * Parçadan əşyaları, geyimləri, yuyucu vasitələri və kondisioner əlavə etmək mümkündür.
    ** Təhlükəsizlik məqsədilə AddWash™ qapısı barabanda temperatur 50 °C-dən yuxarı olmadıqda açılır.
    *** AddWash – ƏdVoş

Ən yüksək yuma keyfiyyəti üçün süni intellekt

Bixby rejimi

Bixby* süni intellekt sistemi (SmartThings* proqramının platformasında) yuma prosesini məsafədən idarə etməyə imkan verir**. Yuma proqramlarının əvvəlcədən quraşdırılmış variantları, məsələn yuma resepti sizə optimal yuma dövrələri tövsiyə edir***, Yuma planlaşdırıcısı yuma cədvəlini optimallaşdırmağa kömək edir****, Özünü diaqnostika rejimi isə nasazlıqların məsafədən diaqnostikasını təmin edir.

Ən yüksək yuma keyfiyyəti üçün süni intellekt

Bixby rejimi

Bixby* süni intellekt sistemi (SmartThings* proqramının platformasında) yuma prosesini məsafədən idarə etməyə imkan verir**. Yuma proqramlarının əvvəlcədən quraşdırılmış variantları, məsələn yuma resepti sizə optimal yuma dövrələri tövsiyə edir***, Yuma planlaşdırıcısı yuma cədvəlini optimallaşdırmağa kömək edir****, Özünü diaqnostika rejimi isə nasazlıqların məsafədən diaqnostikasını təmin edir.

Ən yüksək yuma keyfiyyəti üçün süni intellekt

Bixby rejimi

Bixby* süni intellekt sistemi (SmartThings* proqramının platformasında) yuma prosesini məsafədən idarə etməyə imkan verir**. Yuma proqramlarının əvvəlcədən quraşdırılmış variantları, məsələn yuma resepti sizə optimal yuma dövrələri tövsiyə edir***, Yuma planlaşdırıcısı yuma cədvəlini optimallaşdırmağa kömək edir****, Özünü diaqnostika rejimi isə nasazlıqların məsafədən diaqnostikasını təmin edir.

  • * Bixby – Biqsbi.
    ** SmartThings – SmartSinqs.
    *** Android və iOS smartfonları üçün əlçatan Samsung SmartThings proqramı quraşdırılmalıdır. Wi-Fi bağlantısı vacibdir.
    **** Maşının sahibi üçün sonradan faydalı tövsiyələrin hazırlanmasını təmin edən istifadəçi məlumatları və tərcihlərini yaddaşda saxlayır.
    ***** İstifadəçi maşının zədələnməsi və ya özünün xəsarət almasına səbəb ola biləcək, istismar qaydalarına əməl olunmamasının bütün fəsadlarına görə məsuliyyət daşıyır.
    * Tövsiyə olunan yuma dövrəsi parçanın növü və ya geyimin çirklənmə dərəcəsi ilə deyil, yalnız yuma vaxtı ilə müəyyən edilir.

Çirkin effektiv şəkildə təmizlənməsi

EcoBubble qabarcıq generatoru

EcoBubble texnologiyası geyimlərinizin yeni kimi görünməsini təmin edir. Yuma başlamazdan əvvəl xüsusi generator yuyucu vasitəni suda həll edib köpüyə çevirərək hava qabarcıqları əmələ gətirir. İdeal ağappaq köpük parçaya sürətlə nüfuz edərək, çirkin effektiv və zərif şəkildə təmizlənməsini təmin edir. EcoBubble texnologiyası yuyucu tozun parçaya mexaniki təsirini əhəmiyyətli dərəcədə azaldır, bu isə sevdiyiniz geyimlərin ilkin görünüşünü saxlamağa imkan verir.

1. Sınaqlar IEC 60456-2010 standartına uyğun olaraq soyuq suda (WF80F5E5U4W maşınında) “Super Eco” yuma rejimində 4 kq yüklənmə üzrə həyata keçirilmişdir və nəticələr “Eco Bubble” texnologiyası ilə işləməyən maşında (WF0702WKU) “Pambıq” rejimində, 40 °C temperaturda yumanın nəticələri ilə müqayisə edilmişdir. Ayrı-ayrı hallarda nəticələr fərqli ola bilər. 2. Məlumatlar Springboard Engineering şirkəti tərəfindən aparılan, adi yuyucu vasitə və mexaniki təsir olmadan “qabarcıq” texnologiyası istifadə olunmaqla yuma effektivliyinin müqayisə olunması ilə EMPA nümunələrinin yuyulmasının laborator sınaqlarının nəticələrinə əsaslanıb. 3. EcoBubble - EkoBabl.

Sürətli və hərtərəfli yuma

Sürətləndirilmiş rejim 49 dəqiqə*

Sürətləndirilmiş rejim sizə vaxta qənaət etməyə və cəmi 49 dəqiqəyə əla yuma nəticəsinə nail olmağa imkan verəcək. Suyun yuxarıdan və aşağıdan ikili ötürülmə sistemi sayəsində EcoBubble** generatoru ilə birlikdə sürətləndirilmiş rejim istənilən çirki effektiv şəkildə təmizləyir. Yaxalama vaxtı əlavə suyun birbaşa barabana ötürülməsi hesabına azalır, sıxma effektivliyinin artmasına isə Swirl+*** barabanının xüsusi burulma relyefi və barabanın fırlanma sürətinin artması hesabına nail olunur.

* Standart tənzimləmələrin saxlanması və barabanın 4 kq yüklənməsi ilə sürətləndirilmiş rejim proqramından istifadə zamanı.
** EcoBubble - EkoBabl.
*** Swirl+ - Svirl+

Sızıntıların dərhal aradan qaldırılması

AquaProtect su sızması sensoru

Su sızıntılarının təkmilləşdirilmiş sensoru sayəsində döşəmənizi və evinizi təsadüfi zədələrdən qoruyun. Paltaryuyan maşının aşağı hissəsində yerləşən bu sensor hətta ən kiçik su sızıntılarını aşkar edir, sızıntını minimal su miqdarına görə müəyyən edir. Bu halda dövrə dərhal dayanır, maşın suyu boşaldır və displeydə bildiriş əks görünür.

*AquaProtect - AkvaProtekt

Gigiyenik təmizlik

Barabanın eko-təmizləmə funksiyası

Maşınınızın gigiyenik təmizliyini qoruyun. Eco Drum Clean funksiyası barabanın divarlarında əmələ gələn bakteriyaların səbəb olduğu çirki və qoxuları aradan qaldırır. Barabanı təmizləmək üçün bahalı yuyucu vasitələrə ehtiyac yoxdur, çünki maşın islanma, şırnaq və barabanın sürətlə fırlanması vasitəsilə təmizlənir. Paltaryuyan maşın displeydə barabanın təmizlənməli olduğu barədə xəbərdarlığı əks etdirir.

Yuyucu vasitələr üçün təmiz bölmə

Daima təmiz bölmə

Bölmənin xüsusi konstruksiyası və suyun bölməyə ötürülməsi üçün xüsusi alqoritm sayəsində yuyucu toz qalıq saxlamadan tam yuyulub aparılır. Beləliklə, yuyucu vasitə sərfiyyatı maksimal dərəcədə effektivdir və bölmə gigiyenik cəhətdən təmiz qalır.

Gigiyenik təmizlik

Buxarla təmizləmə

Buxar vasitəsilə əsl dərin təmizləmə. Buxarla təmizləmə ilkin emal olmadan geyimin keyfiyyətini yaxşılaşdırır. Buxar barabana aşağıdan ötürülür bunun sayəsində geyim tamamilə hopdurulur. Buxar çirk hissəciklərini və bakteriyaların 99,9%-ni təmizləyir və allergenləri deaktiv edir*.

* Nəticələr şirkətin laboratoriyasında sınaqlara əsaslanır və Intertek şirkəti tərəfindən yoxlanılıb. Nəticələr ayrı-ayrı hallarda fərqlənə bilər.

Daha sakit və qənaətli

İnverter mühərriki

Daha az enerji istehlakı, daha az işləmə səsi səviyyəsi və daha böyük iş ehtiyatı. Rəqəmsal inverter mühərrikində güclü maqnitlər istifadə olunur, ənənəvi fırçalar yoxdur, bunun sayəsində səssiz işləmə təmin olunur, yuma effektivliyi artır və universal mühərriklə müqayisədə enerji istehlakı azalır. Bu elektrik mühərriki uzun istismar müddəti ilə fərqlənir*, buna görə də zəmanət müddəti 10 il təşkil edir.

* Verband Deutscher Elektrotechniker (VDE) alman assosiasiyası bu elektrik mühərrikini 23 illik istismar müddəti üçün sertifikasiya edib.

Yuyucu vasitələrin effektiv şəkildə təmizlənməsi

Super Rinse+ rejimi

Yuyulduqdan sonra geyimlərin təkmilləşdirilmiş yaxalanma prosesini qiymətləndirin. Super Rinse+ funksiyası əlavə miqdarda su və barabanın sürətləndirilmiş fırlanmasından istifadə edir, bunun sayəsində yuyucu vasitə geyimlərinizdən daha intensiv şəkildə təmizlənir. Nəticədə geyim daha təmiz olur və həssas dərini qıcıqlandırmır.

İntensiv təmizlənmə

İntensiv islatma

Hətta ən çirki geyimlər belə təmizlənir. Qabarcıqlarla islatma funksiyası qan, çay, şərab və ot kimi ən müxtəlif ləkələri təmizləməyə kömək edir. Geyimlərə aktiv köpük qabarcıqları yaxşıca hopur, bunun sayəsində bütün çirk və ləkələr həll olunur və daha effektiv şəkildə təmizlənir*.

* Sınaqlar IEC 60456 5th edition standartı / Cotton Cold/40/60 °C rejimi üzrə (9 kq yüklənmə) aparılmışdır. Bubble Soak Wash rejimində (WW90J6410CW) Synthetic 40 °C (4 kq yüklənmə) aparılmışdır və Bubble Soak Wash opsiyası (WW90J6410CW) olmayan yuma rejimi ilə müqayisə olunmuşdur.

* Sınaqlar IEC 60456 5th edition standartı / Cotton Cold/40/60 °C rejimi üzrə (9 kq yüklənmə) aparılmışdır. Bubble Soak Wash rejimində (WW90J6410CW) Synthetic 40 °C (4 kq yüklənmə) aparılmışdır və Bubble Soak Wash opsiyası (WW90J6410CW) olmayan yuma rejimi ilə müqayisə olunmuşdur.

Ağıllı diaqnostika

Smart Check funksiyası

Maşındakı nasazlıqla əlaqəli əlavə xərclər və narahatlıqları barədə unudun. Smart Check ağıllı diaqnostika funksiyası smartfonda xüsusi proqram vasitəsilə istifadə olunan maşının vəziyyətinə avtomatik nəzarət sistemidir*. Funksiya nasazlıqları erkən mərhələdə qeydə alır və onların aradan qaldırılması üçün həll təklif edərək sürətli diaqnostikanı təmin edir. Bu vaxta və təmir xərclərinə qənaət etməyə imkan verir**.

* iOS və Android smartfonlarında əlçatandır. ** Servis xidmətinin mütəxəssisin çağırılması tələb oluna bilər.

Gərginlik dəyişikliklərindən mühafizə

Volt Control funksiyası

Volt Control funksiyası maşını enerji gərginliyi dəyişikliklərindən qoruyur. O enerji gərginliyində əhəmiyyətli artımı qeydə alır və maşını avtomatik şəkildə söndürür. Bu, paltaryuyan maşının zədələnməsinin qarşısını alır.

Xüsusiyyətlər

  • Yükləmə 7 kq
  • Ölçülər 60 x 85 x 45 mm

Dəstək

Yaxınlıqdakı dükanları axtar.
Cihazın yerləşmə məlumatları istifadə ediləcək.

Məhsul dəstəyi Daha çox göstər
İstifadəçi təlimatı və yükləmələr.
  • İstifadə qaydaları
    İNGİLİS DİLİ
Daha çox göstər

{{family.currentModel.displayName}}

{{family.currentModel.modelCode}}

Rəng : {{chip.displayName}}
{{model.prices.currentPriceDisplay}}
Aylıq {{model.prices.monthlyPrice}} - dan . Aya {{model.prices.months}}
və ya {{model.prices.currentPriceDisplay}}
Price without VAT: {{model.prices.vatFreePriceFormatted}}

Price with discount: {{model.prices.currentPriceDisplay}}

Price before: {{model.prices.priceDisplay}}

{{model.prices.priceDisplay}} {{model.prices.savePrice}}
  • {{summary.title}}

    {{summary.value}}{{summary.unit}}

  • {{summary.title}}

Modelləri müqayisə et

Oxşar məhsullarla müqayisə et

SON BAXILANLAR

Əsas xüsusiyyət əsas xüsusiyyətdən fərqlənə bilər.

*Bu vebsayt və onun məzmunu yalnız məlumat məqsədi daşıyır və heç bir halda ictimai təklif deyil. Bu məhsulların mövcudluğu və qiyməti ilə bağlı ətraflı məlumat almaq üçün rəsmi tərəfdaş Samsung mağazaları ilə əlaqə saxlaya bilərsiniz.