Jet 75 pet, Naqilsiz tozsoran
VS20T7532T1/EV
QR kodunu smartfonunla skan et və obyekti otağına yerləşdir.
Əsas məqamlar
Özəlliklər
Güclü və effektiv təmizləmə
İnvertor tipli mühərrik 200 Vt-a qədər sorma gücü yaradır*. Havanın aerodinamik hərəkətini təmin edən sistem hava axınlarını optimallaşdırır, multi-siklon tipli filtrasiya sistemi isə hava axınındakı ən kiçik toz zərrəciklərini belə tutub saxlayır.
*Sorma gücünün ölçülən qiymətləri IEC62885-2. standartına əsasən həyata keçirilmiş sınaqlar nəticəsində əldə edilmişdir. Maksimum güc rejimində sınaqlar aparılarkən xüsusi ucluqdan istifadə edilmişdir.
Yüksək sorma gücü
İnvertor mühərrik
200 Vt-a qədər sorma gücü ilə effektiv təmizlik*. İnvertor tipli mühərrik xüsusi pərvanə sayəsində havanın optimal axınını təmin edir. Onun nazik pərləri ultrasəs qaynağı üsulu ilə mərkəzi milə birləşdirilmişdir. Bu, mühərrikin gücünü 550 Vt səviyyəsinə qədər çıxarmağa imkan verir və nəticədə 200 Vt- qədər sorma gücü yaranır*.
*Məlumatlar Samsung şirkətində həyata keçirilmiş sınaqların nəticələrinə əsaslanır. Sorma gücünün ölçülən qiymətləri IEC62885-2 standartına əsasən həyata keçirilmiş sınaqlar nəticəsində əldə edilmişdir. Maksimum güc rejimində sınaqlar aparılarkən xüsusi ucluqdan istifadə edilmişdir. **Məlumatlar Samsung şirkətində aparılan sınaqların nəticələrinə əsaslanır. Sınaqlar IEC60335-1 standartına əsasən həyata keçirilmişdir.
Siklon tipli "Jet Cyclone" filtri
Yüksək effektivliyə malik "Jet Cyclone" siklon texnologiyası sayəsində tozsorandan çıxan hava təmiz olur və cihaz sorma gücünü sabit səviyyədə qoruyub saxlayır. Siklon sisteminin 27 dəliyi optimal hava axınını formalaşdırır və nəticədə sorma gücünün itkiyə getməsinin qarşısını alır. Eyni zamanda hava ən kiçik toz zərrəciklərindən təmizlənir.
Hər növ səthlərin, örtüklərin effektiv şəkildə təmizlənməsi.
"Turbo Action Brush" ucluğu
"Turbo Action Brush" ucluğu həm xalçanın üzərindən, həm də bərk səthlərdən ən kiçik toz zərrəciklərini belə effektiv şəkildə təmizləyir. Ucluğun fırlanan hissəsinin fırlanma sürəti dəqiqədə 3750 dövrdür*. Fırça öz oxu ətrafında 180 dərəcə dönür ki, bu da hərəkət istiqamətini asanlıqla dəyişdirməklə yanaşı otağın hər küncünün effektiv şəkildə təmizlənməsini təmin edir. Fırlanan barabanı cəmi bir hərəkətlə sökərək fırçanı asanlıqla təmizləyə bilərsiniz.
* Min, Mid və Max ("Minimal", "Orta" və "Maksimal") rejimlərində həyata keçirilmiş sınaqların nəticələrinə əsasən. Faktiki nəticələr fərdi istifadə xüsusiyyətlərindən asılı ola bilər.
İntuitiv idarəetmə
Rəqəmsal displey
Tutacağa inteqrasiya edilmiş rəqəmsal displeyə baxaraq tozsoranın optimal rejimdə işləyib-işləmədiyini asanlıqla müəyyən edə bilərsiniz. Həmin displey vasitəsi ilə tozsoranın vəziyyətini, o cümlədən cari gücünü və taxılmış ucluğun tipini asanlıqla yoxlamaq mümkündür. Bundan başqa displeydə filtrin və ya fırçanın tıxana biləcəyi barədə xəbərdarlıq bildirişi göstərilə bilər.
Erqonomik batareya doldurma stansiyası
"2-si 1-də" doldurma stansiyası
İstənilən mənzilin dizaynı ilə uzlaşan "2-si 1-də" doldurma stansiyası sayəsində tozsoranı saxladığınız yerdə onun batareyasını da doldurun. Doldurma stansiyasını divara quraşdıra, tozsoranı da elə həmin nöqtədə divara bərkidə bilərsiniz və yaxud da ayrıca batareyanı doldurmaq üçün istədiyiniz başqa nöqtəyə yerləşdirə bilərsiniz.
Tamamilə yuyula bilən tozyığan
Tozsoranınızın tozyığanını təmiz saxlamaq çox asan və sadədir. Multi-siklon sistemi də daxil olmaqla tozsoranı su ilə asanlıqla yuya bilərsiniz. Tozyığan hissəni çıxarmaq çox sadədir, teleskopik quruluşlu borunu tozsoranın korpusundan ayırmadan asanlıqla açılıb çıxarılır.
Asan təmizləmə
Yüngülləşdirilmiş konstruksiya
Tozsoranın yüngül, idarəetməni asanlaşdıran, istifadə rahatlığını təmin edən, habelə biləklərinizə təsir edən yükü azaldan konstruksiyası sayəsində təmizlik sizin üçün daha asan məşğuliyyət olacaq. Tozsoranın korpusunun ağırlığı cəmi 1,48 kq-dır, ki bu da Samsung tozsoranlarının adi simsiz versiyalarından 21% yüngüldür.
* Samsung VS8000 tozsoranı ilə müqayisədə. Korpusun çəkisi: VS7000 - 1,48 kq, VS8000 - 1,89 kq.
* Samsung VS8000 tozsoranı ilə müqayisədə. Korpusun çəkisi: VS7000 - 1,48 kq, VS8000 - 1,89 kq.
Xüsusiyyətlər
-
Maks. enerji istehlakı
550 Vt
-
Sorma gücü
200 Vt
-
İşləmə müddəti (maks.)
60 dəq
-
Çəki (g)
2,8kq
-
Növ
Siklon
-
Toz torbasının tutumu
0.8 ℓ
-
Təmizləmə sahəsinin eni
250 mm
-
Rəng
Nanə
-
Rəqəmsal invertor mühərriki
Var
-
Maks. enerji istehlakı
550 Vt
-
Sorma gücü
200 Vt
-
İşləmə müddəti (dəq.)
6 dəq
-
İşləmə müddəti (orta)
30 min
-
İşləmə müddəti (maks.)
60 dəq
-
Səs səviyyəsi
86 dBA
-
Batareya növü
Litium-ion
-
Gərginlik
21,9 V
-
Cordless
210 dəq
-
Əsas
Turbo action brush fırça
-
Aksessuar 1
Kombinə edilmiş başlıq
-
Aksessuar 2
Uzadıcı yastı başlıq
-
Aksessuar 3
Mühərrikli fırça (Mini Motorized Tool)
-
Aksessuar 4
Elastik başlıq
-
Hava çıxarma filtri
HEPA filtri
-
Motorun önündəki filtr
Var
-
EZClean konteyner
Var
-
Ölçülər (ExHxD)
250X1130X215 mm
-
Çəki
2,8kq
-
LED ekran
Var
Məhsul üçün dəstək
Yaxınlıqdakı dükanları axtar.
Cihazın yerləşmə məlumatları istifadə ediləcək.
Son baxilanlar