Samsung Vision AI ilə şoudan zövq alın

Qaranlıq fon önündə qum üzərində yavaş qaçan bir atın əvvəlcə ayaqlarının, sonra isə üzünün yaxın planda görüntüsü. Geriyə doğru uzaqlaşdırılaraq bu səhnənin böyük bir TV-də göstərildiyi ortaya çıxır. At ekranın kənarına doğru çıxaraq görüntüdən uzaqlaşır. “8K” sözü tək bir işıq effekti ilə TV-nin mərkəzində iri şəkildə görünür.

Hər anı qeyri-adi təcrübəyə çevirən Samsung Vision AI ilə
8K televizorlarda gələcəyə addım atın.

  • Top Pick 2025 Techaeris loqosu. QN990F

    “Samsung QN990F Neo QLED 8K, 8K-nı dağ kimi təsəvvür etsək onun zirvəsi hesab olunur və sizi onunla zirvəyə çatmaq üçün gözləyir.”
    “Ümumilikdə, Samsung QN990F premium 8K təcrübəsinin necə olması lazım olduğunu göstərir.”

  • 2025 Redaktorun Seçimi Techaeris loqosu. QN900F

    “Ümumilikdə, Samsung QN900F, digər 8K televizorların çatmaq istədiyi səviyyədir: misilsiz rəng dəqiqliyi, əla kontrast və heyranedici parlaqlıq.
    Yeni AI Upscaling xüsusiyyətləri və performans detallarına, daha çox
    performans bölməsində, bu televizoru həqiqətən bir canavara çevirir."

  • TechRadar Redaktorun Seçimi loqosu. QN900F
    "QN900F-in görüntülərindəki yüksək parlaqlıq, kontrast, rəng və kəskinlik
    birləşərək sehrli bir təcrübə ortaya qoyur."

Əvvəlki
Növbəti

Niyə Samsung 8K TV?

Samsung-un güclü texnologiyası AI ilə birləşərək heyrətamiz 8K təcrübəsi təqdim edir — televizorun nə edə biləcəyinə dair anlayışı yenidən müəyyənləşdirir. Təcrübə sadəcə möhtəşəm görüntülərlə məhdudlaşmır, həyat tərzinizə uyğunlaşır. Bu, Samsung mükəmməlliyinin ən ali ifadəsidir və məhz buna görə 8K televizorlar bizim ən yaxşı televizorlarımız hesab edilir.

Generativ Ekran Fonları, Bixby və Ev heyvanlarına qayğı nişanları ilə birlikdə Samsung Vision AI loqosu; yanında isə Samsung-un eksklüziv mühəndisliyi: NQ8 AI Gen3 Prosessoru, Motion Xcelerator 240Hs və simsiz One Connect nişanları.

Samsung
Vision AI

Baxın AI necə gündəlik həyatınızı zənginləşdirərkən
möhtəşəm görüntülər yaradır.

Generativ Ekran Fonları

Bir neçə açar söz seçin və AI hər an üçün tam uyğun, unikal və möhtəşəm şəkillər yaratsın. Bu xüsusi şəkillər evinizin atmosferini asanlıqla dəyişməyə imkan verir. İndi TV-niz estetik bir kətan kimi hər anın əhvalını yüksəldə bilər. 1

Xəyal gücünüzü kəşf edin, açar sözün mövzusunu seçin: Təbii, Partiya əhval-ruhiyyəsi, Anı yaşayın, Şən Bayram, Dekorasiya, Ruhlandırın. "Anı yaşayın" düyməsinə kliklənir. Nə xoşunuza gəldi? 3 şəkil, Yenidən yaradın, Yenidən başladın. "Yenidən yaradın " düyməsinə kliklənir. 3 yeni şəkil görünür. Ortadakı şəkilə kliklənir. Seçilmiş şəkil yaddaşda saxlanıldı. AI ilə yaradılmış məzmun.

7 il boyunca pulsuz yeni
TV təcrübəsindən zövq alın
One UI Tizen

Eksklüziv
Samsung
mühəndisliyi

Hər möhtəşəm 8K təcrübəsinin arxasında duran
eksklüziv Samsung texnologiyasını kəşf edin.

Üstün işləmə qabiliyyəti.
Möhtəşəm 8K performansı.

NQ8 AI Gen3 Prosessor

Ən qabaqcıl prosessorumuzla TV-ni ən mükəmməl şəkildə kəşf edin. 768 AI neyron şəbəkəsindən istifadə edərək —
bu, flaqman 4K televizorumuzdakından 38 dəfə çoxdur — görüntü və səs keyfiyyətini inanılmaz səviyyəyə qədər optimallaşdırır.
Hər səhnə o qədər real görünür və səslənir ki, hadisələrin içinə tamamilə qərq olacaqsınız. 7

Samsung NQ8 AI Gen3 Prosessoru TV-nin əsas lövhəsinə yerləşdirilir. O, çipdən yayılan enerji dalğaları ilə işıqlanır. Rəqəm 768-ə doğru sürüşür və “AI Neyron Şəbəkələri” yazısı görünür. NPU 2x sürətli. GPU 2.2x sürətli. CPU 1.3x sürətli. *Texniki göstəricilər 2025 Neo QLED 4K (NQ4 AI Gen2 Prosessor) ilə müqayisədə verilmişdir.

Məzmunu möhtəşəm
8K təcrübəsinə yüksəldin

8K AI Upscaling Pro

Sevimli filmlərinizi və verilişlərinizi daha yüksək görüntü keyfiyyətində izləyin.
Prosessorun 768 neyron şəbəkəsi ekranınızdakı hər detal və xüsusiyyəti, hətta görüntü orijinal olaraq bu şəkildə çəkilməyibsə belə 8K
görüntü keyfiyyətinə qədər təkmilləşdirə bilər. Hər piksel təkmilləşdirilir ki, siz daha zəngin bir izləmə təcrübəsi əldə edə biləsiniz. 2

Çöldə piknik edən ana və uşağın bulanıq görüntüsü. Samsung NQ8 AI Gen3 prosessor çipi görünür. O, səhnədəki müxtəlif nöqtələri təhlil edir və keyfiyyətin artırılması üçün optimallaşdırır. İndi səhnə aydın və parlaq görünür.

  • 33 milyon piksel ilə heyrətamiz aydınlığı kəşf edin
    Şəhərin hava görüntüsü 8K görüntü keyfiyyətinə qədər optimallaşdırılır ki, super aydın və kəskin olsun.

    O qədər canlı görüntülərə qərq olun ki, onlara toxuna bilirmiş kimi hiss edəsiniz. Ekranda 33 milyon piksel ilə 8K televizorlar 4K televizorlardan 4 dəfə daha sıx pikselə malikdir. Nəticə: Ekranınızdakı hətta incə detallar inanılmaz aydınlıq və dərinliklə canlanır. 8

  • Ən müasir Mini LED texnologiyamız
    Quantum Mini LED Pro ənənəvi Mini LED-lərdən 1/50 kiçikdir. TV-də onlar daha aydın və detallı görüntülər yaradır.

    Quantum Matrix Technology Pro ilə dəqiq idarə olunan ən müasir Quantum Mini LED Pro texnologiyamızı kəşf edin. Neo QLED 8K televizorlarda istifadə olunan Quantum Mini LED Pro, ənənəvi LED-lərin yalnız 1/50 ölçüsündədir. Bu, Quantum Matrix Plus Texnologiyasından 1.5 dəfə çox işıq zonası ilə, həm dərin qara, həm də ağ rənglərdə təsəvvür edilə bilməyəcək detalları ifadə etməyə imkan verir.

    • * Ölçü Quantum Matrix Plus texnologiyası ilə eyni düym ölçüsünə malik televizora əsaslanır.
    • * Ənənəvi LED-lər, Samsung-un Q8F modelində istifadə olunan LED-lərə aiddir.
    • * Ölçü müqayisəsi yalnız hündürlüyə əsaslanır, miqyas 1:50-dir.
    • * Bütün şəkillər illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir.
  • Daha az diqqət yayındıran əksetmələr.
    Daha parlaq və
    immersiv təcrübə
    Parıltısız ekran texnologiyası olan və olmayan televizor ekranlarının müqayisəsi. Parıltısız Ekran Əksetməsi UGR < Narahatlıq < Görmə məhdudiyyəti < UL loqosu.

    Minimal yayınmalarla məzmununuza diqqətinizi cəmləyin. Samsung-un əks olunmanı azaltma texnologiyası, daxili lampalar kimi yaxın işıq mənbələrindən gələn ekran parıltısını azaldır. Bu, parlayan əksetmələr olmadan kristal aydınlığında izləmə imkanı yaradır. 9

Həqiq Rəng, Həqiqi QLED. Siz ən yaxşısına layiqsiniz.

Canlı və aydın rənglər, kadmium istifadə olunmadan hazırlanmış Samsung-un Quantum Dot təbəqəsi ilə gücləndirilir.

* SGS loqosu marketinq məqsədləri üçün orijinal SGS loqosunun variantıdır.

İldırım sürəti ilə
hərəkət edərkən belə
rəqiblərinizi
qabaqlayın

Motion Xcelerator 240Hs

Çox sürətli reaksiya verən oyun təcrübəsi ilə ön planda olun. Samsung-un unikal dinamik yeniləmə texnologiyası
oyunlarda 4K 240Hs-ə qədər mükəmməl hərəkət performansı təmin edir. Oyunlarınız ən gərgin hərəkət səhnələrində belə
inanılmaz dərəcədə qüsursuz və aydın görünəcək. 10

Nexon-un THE FIRST DESCENDANT treylerindən bir səhnə ekranın bir tərəfində "120Hs" işarəsi ilə az aydınlıqda, digər tərəfində isə "240Hs" işarəsi ilə ultra kəskin aydınlıqda göstərilir. İstifadəçi görüntü keyfiyyətini müqayisə etmək üçün ekranı yan-yana tənzimləyə bilər.

Neo QLED 4K
Neo QLED 8K
Artıq dolaşmış
kabellər yoxdur.
Yalnız fasiləsiz izləmə.

Simsiz One Connect

Samsung-un inkişaf etmiş sıxılma texnologiyası sayəsində simsiz One Connect obyektlər olsa belə, 8K siqnalı 120Hs-ə qədər televizorunuza
problemsiz ötürə bilir. Bağlantı güclü qalır,
beləliklə set-top box-u yan tərəfə yerləşdirə və otağınızı istədiyiniz kimi düzəldə bilərsiniz. 11

Simsiz One Connect qutusu qonaq otağının arxasındakı media dolabına yerləşdirilib. Qapı açılır və qutunun yaxın plan görüntüsü göstərilir. Dalğalar Simsiz One Connect qutusundan yayılır və onun qonaq otağındakı TV-ə simsiz siqnal ötürdüyünü göstərir.

Kinematik səslərlə
əhatə olunun

OTS Pro / Dolby Atmos®

Parlaq görüntülərə uyğun canlı səs əldə edin.
Səs ekranındakı obyektlərlə hərəkət edir, siz isə ətrafınızdan gələn güclü Dolby Atmos 3D səsi ilə əhatə olunursunuz.
Bu, 8K TV üçün uyğun, dinamik və çox realistik dinləmə təcrübəsidir.

Yüksək sürətlə dairəvi hərəkət edən yük maşını səhnəsi. Yük maşınının ardınca yayılan səs dalğaları onun səsinin OTS Pro ilə izlənildiyini göstərir. Qonaq otağına uzaq plandan baxış. Səs dalğaları TV ekranından müxtəlif istiqamətlərə yayılır, digər səs dalğaları isə səslərin bir kubok formasında yayılmasına səbəb olur. Dolby Atmos loqosu.

Neo QLED 8K televizorlarımızla tanış olun

  • Ekran ölçüsü

  • Görüntü keyfiyyəti  Piksel sayı nə qədər çox olarsa, görüntü keyfiyyəti bir o qədər yaxşı olar.

  • Samsung Vision AI

  • Prosessor Samsung-un prosessorları AI ilə işləyən əsas texnologiyadır və həm görüntünü, həm də səsi 8K təcrübəsinə qədər optimallaşdırır. 768 AI neyron şəbəkəsi ilə NQ8 AI Gen3, NQ8 AI Gen2-dən 3 dəfə çox AI neyron şəbəkəsindən istifadə edir.

  • Kontrast Quantum Matrix Texnologiyası, həm ən qaranlıq, həm də ən parlaq səhnələrdə yüksək detalları yaratmaq üçün Quantum Mini LED-lərdən istifadə edən Samsung-un özəl texnologiyasıdır. Quantum Matrix Pro Texnologiyası, adi Quantum Matrix Texnologiyasından 1,5 dəfə daha çox işıqlandırma zonasına malikdir.

  • AI Upscaling AI Upscaling texnologiyası, məzmunu 8K görüntü keyfiyyətinə qədər çevirmək üçün AI neyron şəbəkələrindən istifadə edir. 8K AI Upscaling Pro texnologiyası isə adi 8K AI Upscaling-dən 3 dəfə daha çox AI neyron şəbəkəsi ilə işləyir.

  • HDR Yüksək Dinamik Diapazon çox işıqlı və çox qaranlıq səhnələrdə vizual detalları daha dəqiq ifadə edən texnologiyadır.

  • Gaming Motion Gaming Motion texnologiyası, sürətli oyunlarda belə bulanıqlıq olmadan rəvan hərəkət və təmiz görüntü keyfiyyəti təmin edir.

  • Dolby Atmos® Dolby Atmos® adi səs təcrübəsini ötürür və səsləri sizi əhatə edən yeni, məkanlı bir şəkildə təqdim edir. Yuxarı yönlü səsgücləndiricilərlə birləşdirildikdə, Dolby Atmos®-un təsirli və kinoya bənzər səslərindən tam həzz ala bilərsiniz.

  • OTS OTS (Obyekt İzləmə Səsi) Samsung-un xüsusi yüksək performanslı audio texnologiyasıdır və istifadəçilərə obyekt hərəkət etsə belə, səsi ekran üzərində obyektin müvafiq yerindən birbaşa eşitməyə imkan verir.

  • Dizayn

  • One Connect One Connect, naqil idarəsini asanlaşdırmaq üçün TV-yə deyil, ona qoşulacaq cihazlara qoşduğunuz bir qurğudur. Simli One Connect məlumat ötürmək üçün TV-yə naqil vasitəsilə qoşulmalıdır, Simsiz One Connect isə TV ilə simsiz olaraq sinxronizasiya olunur.

  • Smart TV OS Samsung Tizen ƏS, Samsung televizorlarında mövcud olan tətbiqlər və xidmətlərin yerləşdiyi platformadır. Bura pulsuz kanallar və filmlər təqdim edən Samsung TV Plus, bulud oyun xidmətləri ilə Gaming Hub, gündəlik fəaliyyətlərinizi idarə edə biləcəyiniz Daily+ və televizordan ağıllı cihazlarınızı nəzarət edə biləcəyiniz SmartThings daxildir. O, həmçinin, məxfilik və şəxsi məlumatlarınızı qorumaq üçün Samsung Knox Təhlükəsizlik ilə təchiz olunub.

  • 85
  • 8K Görüntü keyfiyyəti
    (7680 * 4320)
  • Var
  • NQ8 AI Gen2 Prosessoru
  • Quantum Matrix Pro texnologiyası
  • 8K AI Upscaling
  • Neo Quantum HDR 8K Pro
  • Motion Xcelerator 165Hs
  • Var
  • OTS+
  • Metal Frame Dizayn
  • -
  • One UI Tizen
  • 85/75/65
  • 8K Görüntü keyfiyyəti
    (7680 * 4320)
  • Var
  • NQ8 AI Gen3 Prosessoru
  • Quantum Matrix Pro texnologiyası
  • 8K AI Upscaling Pro
  • Neo Quantum HDR 8K Pro
  • Motion Xcelerator 240Hs
  • Var
  • OTS Pro
  • Infinity Air Dizayn
  • Taxıla bilən One Connect
  • One UI Tizen
  • * Təsvir illüstrativ məqsədlə modelləşdirilmişdir. Məhsulun fəaliyyətinə təsir etməyən görünüş və dizayn xüsusiyyətlərində dəyişikliklər əvvəlcədən xəbərdarlıq edilmədən baş verə bilər. İstifadəçi interfeysi (UI), məzmun və xidmətlər regiondan asılı olaraq dəyişə bilər və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
  • * İzləmə keyfiyyəti məzmun növünə və formatına görə dəyişiklik göstərə bilər
  • * Xüsusiyyətlər modelə görə dəyişə bilər. Daha ətraflı məlumatlar üçün hər bir modelin funksiyaları ilə tanış olun.
  • * Global No.1 TV: Mənbə–Omdia, Fevral-2025. Nəticələr Samsung tərəfindən təsdiq edilməyib. Bu nəticələrə istinad edilərkən üçüncü tərəflər risklərlə bağlı məsuliyyət daşıyır.
  • * Tizen ƏS üçün yeniləmələr 2025-ci ildən etibarən, 2025-ci ildə buraxılmış məhsullar üçün 7 illik müddətdə dəstəklənəcək. Zəhmət olmasa, nəzərinizə çatdırırıq ki, bu yeniləmə aparat performansı, funksionallığını və davamlılığını əhatə etmir.
  1. Generativ Ekran Fonları: Hər gün icazə verilən yaratma cəhdlərinin sayı məhdud ola bilər. Bu xüsusiyyət Çin xaricindəki ölkələrdə dəstəklənir.
  2. 8K AI Upscaling Pro: Baxış təcrübəsi məzmunun növü və formatına görə dəyişə bilər. Upscaling texnologiyası Komputerin qoşulması və Oyun Rejimi üçün tətbiq olunmaya bilər.
  3. AI Fərdiləşdirmə Rejimi: Bəzi yayımlama və video-on-demand (VOD) xidmətlərində bu xüsusiyyətin istifadəsi onların siyasətinə görə məhdud ola bilər.
  4. Adaptiv Səs Pro: Təcrübə məzmun və mühitdən asılı olaraq dəyişə bilər.
  5. Ev heyvanlarına qulluq: Mobil cihazlarda real vaxt yayımı Android OS 11.0 və daha yüksək versiyalarda və ya iOS 16.0 və daha yüksək versiyalarda dəstəklənir və 2025-ci il Samsung televizorları və daha yeni modellərdə mövcuddur. Yalnız televizor söndürüləndə işləyir. Bu funksiyadan istifadə etmək üçün televizor enerji mənbəyinə qoşulmalıdır. Bildirişləri göndərmək və qəbul etmək üçün TV və mobil cihaz SmartThings-ə qoşulmalıdır.
  6. Bixby: Səsli əmrlər və çox mərhələli dialoqlar 10 dil üçün dəstəklənir (ABŞ/Birləşmiş Krallıq/Hindistan (en)/Almaniya/Fransa/İtaliya/İspaniya/Braziliya/Meksika/Koreya). Bütün ləhcələr, dialektlər və ifadələr tanış olmaya bilər. Q8F və yüksək modellər uzaq mənzilli mikrofonları dəstəkləyir. Q7F və yüksək modellər TV pultlarını dəstəkləyir. U8000F modeli üçün SmartThings mobil pultu tələb olunur.
  7. NQ8 AI Gen3 Prosessoru: Baxış təcrübəsi məzmun növü və formatdan asılı olaraq dəyişə bilər. Yüksəltmə funksiyası PC bağlantısı və Oyun rejimi üçün tətbiq edilməyə bilər.
  8. Həqiqi 8K görüntü keyfiyyəti: Həqiqi 8K görüntü keyfiyyəti 7,680 × 4,320 piksel olaraq müəyyən edilir. Doğma 8K məzmun mövcud 8K yayımlama, əlaqə və dekodlaşdırma standartlarına əsaslanır. Bəzi üçüncü tərəf və gələcək standartlar təmin edilmir və əlavə cihaz və ya adapter alınmasını tələb edə bilər.
  9. Parıltısız ekran: UL tərəfindən aparılan təsdiqləmə, məhsulları Beynəlxalq İşıqlandırma Komissiyası (CIE) tərəfindən müəyyən edilmiş Birləşmiş Parıltı Reytinqi (UGR) test standartlarına və Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən müəyyən edilmiş test standartlarına əsaslanaraq “Parıltısız” iddiasını qiymətləndirir. Nəticələr daxili işıqlandırma şəraitində aparılan testlərə əsaslanır.
  10. Motion Xcelerator 240Hs: 4K 240Hs yalnız bu spesifikasiyaları dəstəkləyən PC bağlantılı oyunlarda mövcuddur (PC qrafik kartı tələb olunur). Performans fərqli ola bilər.
  11. Simsiz One Connect: TV-ə ayrıca enerji bağlantısı tələb olunur. İşləmə məsafəsi istifadə mühitindən asılı olaraq dəyişə bilər. Simsiz One Connect, evdə TV-yə bağlantısının qarşısını alan divar kimi maneələr olduqda düzgün işləməyə bilər. Simsiz One Connect bağlı metal dolabın içərisinə qoyulduqda düzgün işləməyə bilər. QN990F yalnız giriş mənbəyi TV-nin MICRO HDMI portuna qoşulduqda FreeSync Premium Pro funksiyasını dəstəkləyir.