Samsung saytında bir neçə proqram təminatı mövcud olduqda, televizor üçün hansı proqram təminatı (firmware) seçilməlidir

Son yeniləmə tarixi : 30-05-2024

Proqram təminatı (firmware) necə seçilməlidir

Bir televizor üçün bir neçə proqram təminatı (firmware) mövcud ola bilər. Hansı faylın endirilməli olmasını müəyyən etmək üçün:

1 Televizorda hansı proqram təminatının quraşdırıldığını müəyyən edin.
Samsung saytında bir neçə proqram təminatı mövcud olduqda, televizor üçün hansı proqram təminatı (firmware) seçilməlidir.
2 Veb-saytda və televizorda proqram təminatı versiyasının ilk hərflərini müqayisə edin. Hərflərin televizordakı proqram təminatına uyğun olduğu fayl endirilməlidir.

Başqa hərflərlə proqram təminatını endirsəniz, televizor onu tanımayacaq.

Televizordakı proqram təminatı versiyası T-MSX6DEUC ilə başlayırsa, aşağıdakı iki proqram təminatından: T-VAL6DEUC-1017.0 və T-MSX6DEUC-2001.0, məhz T-MSX6DEUC-2001.0 seçilməlidir.

3 Proqram təminatı (Firmware) versiyasının sonundakı rəqəmləri müqayisə edin. Rəqəmin televizordakı proqram təminatındakı rəqəmdən böyük olduğu fayl endirilməlidir.

Rəqəm daha kiçik olarsa, Siz proqram təminatını yeniləyə bilməyəcəksiniz (televizorda quraşdırılmış proqram təminatı daha yenidir).

Proqram təminatı niyə ingilis dilindədir

“Dil” xanasında proqram təminatının dili deyil, quraşdırılacaq proqramın dil əks olunur. Yeniləmədən sonra menyudakı dil dəyişməyəcək.

Şərhiniz üçün təşəkkür edirik!