Samsung televizorunda görüntü yoxdursa, nə etməli

Son yeniləmə tarixi : 04-09-2024

Əgər siz aşağıdakı problemlərlə qarşılaşmısınızsa:

  • televizorunuzun ekranında görüntü yoxdursa, amma səs gəlirsə;
  • televizorun ekranında menyu üzə çıxmırsa;
  • kanalları dəyişdikcə səs gəlir, amma ekranda yenə də görüntü yoxdursa.

Aşağıdakı məqalə ilə tanış olmağı tövsiyə edirik.

1 Televizorunuzun ekranında mexaniki zədələrin olub-olmadığını yoxlayın.

Təəssüf ki, xidmət mərkəzi zəmanət üzrə mexaniki zədələri aradan qaldıra bilməyəcək, amma ödənişli təmir etdirmək olar.

Əgər mexaniki zədələnmələr yoxdursa, növbəti addıma keçin.

2 Televizoru şəbəkədən ayırın.

Televizoru və televizorun bütün xarici qurğularını (o cümlədən USB toplayıcıları, antena kabelini, CAM modulu) elektrik yuvasından ayırın.

One Connect blokundan istifadə edirsinizsə, əmin olun ki, televizora blokun məhz sizin televizor üçün nəzərdə tutulmuş modeli qoşulub.

Hər bir televizor modeli üçün One Connect blokunun müvafiq modeli nəzərdə tutulub. Buna görə televizor modelinin kodunun One Connect blokunun zavod lövhəsinin üzərindəki model koduna uyğun gəlib-gəlmədiyini yoxlayın. 

One Connect modullu televizor modellərində One Connect blokunun bütün xarici qurğularını söndürün.

3 Televizoru yandırın.

Uzaqdan idarəetmə pultu və ya korpusdakı düymə ilə televizoru yandırın.

4 Televizorun menyusunun əks olunub-olunmadığını yoxlayın.

Menyunu yenidən yandırmağa cəhd edin. Bunun üçün uzaqdan idarəetmə pultunda Menyu və ya Ev/Home düyməsinə basın.

5 Əgər əvvəlki addımların heç biri kömək etmədisə, xidmət mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Şərhiniz üçün təşəkkür edirik!