Samsung televizorunda tarixi və vaxtı necə təyin etmək olar

Son yeniləmə tarixi : 05-06-2024

Tarix və vaxtın təyin edilməsi üsulları

Televizorda tarixi və vaxtı iki üsulla təyin etmək olar:

  • Avtomatik — televizor tarixi və vaxtı rəqəmsal televiziya siqnalından və ya İnternetdən müəyyən edəcək;
  • Manual (əl ilə) — tarix və vaxt tənzimləmələr vasitəsilə təyin edilir.

Aşağıda müxtəlif seriyalı modellər üçün təlimatlar verilmişdir (baxış üçün seriyanın adına vurun). Buna görə də, tənzimləmələrdən əvvəl televizorun seriyasını öyrənin.

• C, B, A, T, R, N, M, Q, LS, K seriyalarına aid Samsung televizorunda vaxtı və tarixi necə tənzimləmək olar

1 Pultdan asılı olaraq, tənzimləmələri açın və ya "Menyu" düyməsinə vurun, və ya «Home» düyməsinə vurun.
Parametrlər (Parametrler > Bütün Parametrlər) seçin.
Parametrlər seçin
2 Ümumi (Ümumi və Məxfilik) seçin.
Ümumi seçin
3 Sistem Meneceri seçin.
Sistem Meneceri seçin
4 Vaxt seçin.
Vaxt seçin
5 Saat seçin.
Saat seçin
6 Saat Rejimi seçin.
Saat Rejimi seçin
  • Avtomatik tənzimləmə üçün Saat rejimiSaat qurşağı bəndlərində Avtomatik seçin.
  • Manual tənzimləmə üçün Saat rejimi bəndində Əllə seçin və tarix və vaxtı təyin edin.

Avtomatik rejimdə tarix və vaxt yanlışdırsa — onları manual qaydada tənzimləyin. 

Parametrlər seçin

• J, H, F seriyalarına aid Samsung televizorunda vaxtı və tarixi necə tənzimləmək olar

  1. Televizorun menyusuna daxil olun. Pultun modelindən asılı olaraq:
    J seriya — Menu və ya Menu/123 səhifə düyməsini vurun və TV ekranında Menyu seçin.
    H seriya — Menu və ya Keypad səhifə düyməsini vurun və TV ekranında Menyu seçin.
    F seriya — Menu və ya More səhifə düyməsini vurun və TV ekranında Menyu seçin.
  2. Sistem seçin.
  3. Vaxt seçin.
  4. Saat seçin.
  5. Avtomatik tənzimləmə üçün Saat rejimi  bəndində Avtomatik seçin. Avtomatik rejimdə tarix və vaxt yanlışdırsa - onları manual qaydada tənzimləyin. 
    Manual tənzimləmə üçün Saat rejimi bəndində Əllə seçin və Saatın təyin edilməsi bölməsində tarix və vaxtı təyin edin.

Şərhiniz üçün təşəkkür edirik!