Samsung Galaxy ekranında zolaqlar və ləkələr

Son yeniləmə tarixi : 05-09-2024

Zolaqlar və ləkələr iki səbəbdən yarana bilər:

1) Ekranın fiziki zədələnməsi

2) Hansısa proqramların və ya tənzimləmələrin təsiri

Proqram və tənzimləmələrin təsirini istisna etmək üçün aşağıdakı tövsiyələrdən yararlanın.

"Tərtibatçı parametrləri"ni söndürün

  1. "Menyu"nu açın.
  2. "Tənzimləmələr" bəndini seçin.
  3. "Tərtibatçı parametrləri" bəndini seçin. Əgər belə bənd yoxdursa, aşağıdakı məsləhətə keçid edin.
  4. "Tərtibatçı parametrləri"ni söndürün.

Cihazı təhlükəsiz rejimdə yoxlayın

Cihazın işinə yüklənmiş, yəni onu aldıqdan sonra quraşdırılmış tətbiqlər təsir edə bilər. Belə tətbiqlərin olub-olmadığını aydınlaşdırmaq üçün cihazı təhlükəsiz rejimdə yükləyin. Bu rejimdə bütün yüklənmiş tətbiqlər sönür, yalnız zavodda quraşdırılanlar işləyir.

Əgər cihaz təhlükəsiz rejimdə normal işləyirsə, problem hansısa yüklənmiş tətbiqdədir. Təəssüf ki, təhlükəsiz rejim məhz hansı tətbiqin problem yaratdığını aydınlaşdırmağa kömək etməyəcək. Ona görə də tətbiqləri bir-bir silərək ləkələrin və ya zolaqların itib-itmədiyinə baxmağı tövsiyə edirik. Son quraşdırılmış və ya yenilənmiş tətbiqdən başlamaq daha yaxşı olar.

Əgər təhlükəsiz rejimdə ləkələr və ya zolaqlar itmədisə, növbəti məsləhətə keçin.

Məlumatları sıfırlayın

Əgər yuxarıdakı tövsiyələr kömək etmədisə, ola bilsin, problem proqramın dayanmasındadır.  Bunu aradan qaldırmaq üçün məlumatları sıfırlayın. Məlumatları yaddaşdan çıxaran zaman bütün fayllar silinir, əməliyyat sisteminin tənzimləmələri sıfırlanır və səhvlər yoxa çıxır.

Tənzimləmələrin sıfırlanması cihazınızdakı bütün məlumatların silinməsinə gətirib çıxaracaq.

Biz sıfırlamadan əvvəl bütün vacib məlumatlarınızın ehtiyat sürətini yaratmağı təkidlə tövsiyə edirik.

Əgər məlumatları sıfırlamaq kömək etmədisə, çox güman, problem ekranın fiziki zədələnməsindədir. Diaqnostika və təmir üçün Samsung-un xidmət mərkəzinə müraciət edin.


Şərhiniz üçün təşəkkür edirik!