Samsung Galaxy-də qara ekran çıxdığı və smartfon işə düşmədiyi, lakin telefon işlədiyi zaman nə etmək lazımdır

Son yeniləmə tarixi : 17-12-2024
Smartfonun ekranı işləmir

Aparat nasazlığı və ya mexaniki zədələnmə

Ekranın və ya işıqlandırmanın aparat nasazlığı ekranın işləməməsinin ən geniş yayılmış səbəbidir. Təəssüflər olsun ki, bu halda, diaqnostika və displey modullarının dəyişdirilməsi üçün servis mərkəzinə getmək lazımdır. 

Geniş yayılmış daha bir səbəb mexaniki zədələnmələrdir. Smartfonun üzərində çatlar və ya qırıqlar varsa, smartfon suyun təsirinə məruz qalıbsa, habelə, görüntü belə zədələnmələr ortaya çıxdıqdan sonra sönübsə, displeyin dəyişdirilməsi üçün servis mərkəzinə müraciət etmək lazımdır.

Servisə getməzdən öncə, verilənləri USB kabel vasitəsilə smartfonunuzdan kompüterə köçürün. Samsung DeX stansiyanız varsa, siz faylları telefona Samsung DeX vasitəsi köçürə bilərsiniz.

Smartfonun donması

Ola bilər ki, smartfon həddindən çox yüklənmə səbəbi ilə donub.

Eyni zamanda İşəsalma Səsartırma düymələrini on saniyə ərzində basıb saxlayın (daha erkən çıxmış modellərdə yalnız İşəsalma düyməsi basılıb saxlanmalıdır). 

Səsazaltma və işəsalma düymələri

Ekran işləkdirsə, smartfon işə salındığı zaman onun üzərində model və Smasung yazısı çıxacaq. Smartfonun təkrar işə düşdüyünü qısa vibrasiyadan və ya melodiyadan bilmək olar.

Təhlükəsiz rejimdə telefonun işləyib-işləmədiyini yoxlayın

Ekranda görüntünün olmamasının səbəbi cihazın endirilmiş tətbiqlərlə ziddiyyətindən ibarət ola bilər.

Kənar proqramların təsirinin istisna edilməsi üçün, təhlükəsiz rejimdə telefonun işləyib-işləmədiyini yoxlayın. Təhlükəsiz rejimdə ekran işləyirsə, yaxınlarda quraşdırılmış tətbiqləri silin və ya tətbiqləri bir-bir silin və telefonun adi rejimdə işləyib-işləmədiyini yoxlayın.

«Ekrandan oxuma» / Voice Assistant / Talkback rejiminin aktiv olub- olmadığını yoxlayın

Bu rejim aktiv olduqda, telefon istifadəçinin hərəkətlərini səsləndirir. Talkback rejimində ekranın söndürülməsi funksiyası var. Ola bilər ki, cihazınızda bu funksiya aktiv edilib və məhz buna görə ekran işləmir.

Smartfon ekranla edilən bütün hərəkətləri səsləndirirsə:

  • Ekrana üç barmaqla toxunun,
  • Yaxud iki dəfə «Qidalanma» düyməsinə basın.

Nəticədə ya ekran yanacaq (menyu çıxacaq, «Ekran işıqlandırmasını aktiv et» bölməsini seçin), ya da səsli yardımçı bunun necə edilməli olduğunu xatırladacaq.

Talk Back funksiyası sizə lazım deyilsə, onu tamamilə deaktiv edə, yaxud yalnız ekranın söndürülməsi funksiyasını deaktiv edə bilərsiniz. Bu funksiyanın söndürülməsi üsulu Android versiyasından asılıdır: smartfonunuzdakı Android versiyasını dəqiqləşdirin və təlimatı açmaq üçün onun adının üzərinə basın.

Talk Back funksiyasını deaktiv etmək üçün:

  • Parametrlər > Xüsusi imkanlar > TalkBack açın və dəyişdiricini deaktiv vəziyyətə gətirin.
     

Yalnız ekranın tündləşməsini deaktiv etmək üçün:

  • Parametrlər > Xüsusi imkanlar > TalkBack > Parametrlər > Menyuları fərdiləşdirin > Oxuma nizamlayıcılarını fərdiləşdirin açın və Ekranı gizlədin bölməsinin yanındakı quş işarəsini.

Talk Back funksiyasını deaktiv etmək üçün:

  • Parametrlər > Xüsusi imkanlar > Ekrandan oxuyucusu bölməsini açın və Voice Assistant yanındakı dəyişdiricini deaktiv vəziyyətə gətirin.
     

Yalnız ekranın tündləşməsini deaktiv etmək üçün:

  • Parametrlər > Xüsusi imkanlar > Ekrandan oxuyucusu > Parametrlər > Cəld menyu bölməsini açın və Tündü ekran bəndinin yanındakı quş işarəsini yığışdırın.

Cihazı tamamilə sıfırlayın

Cihaz işə salındıqda, ekran işləmirsə, düymələrlə cihazı sıfırlamağa çalışın. Tənzimləmələrin sıfırlanması proqram nasazlıqlarını və xətalarını aradan qaldırmağa kömək edəcək. 

Tənzimləmələrin sıfırlanması cihazınızdan bütün verilənlərin silinməsinə gətirib çıxaracaq.
Biz, sıfırlanmanı həyata keçirməzdən öncə, bütün əhəmiyyətli verilənlərin ehtiyat surətini yaratmağınızı israrla tövsiyə edirik.

Smartfonu USB kabel vasitəsilə kompüterə qoşun və lazım olan verilənləri köçürün. Samsung DeX stansiyanız varsa, siz faylları telefona Samsung DeX vasitəsi köçürə bilərsiniz.

Bütün əvvəlki addımlar fayda vermirsə, işləməsinin diaqnostika edilməsi və texnikanın təmir edilməsi üçün ən yaxın rəsmi servis mərkəzinə müraciət edin.


Şərhiniz üçün təşəkkür edirik!