Samsung Galaxy-də «Qulluq rejimindən» necə istifadə etməli

Son yeniləmə tarixi : 18-07-2024

Samsung Galaxy-ni servis mərkəzinə verməzdən öncə, cihazı «Qulluq rejiminə» keçirməyinizi tövsiyə edirik.

«Qulluq rejimi» — cihazdakı şəxsi verilənlərinizin və məlumatlarınızın qorunması üçün nəzərdə tutulan xüsusi rejimdir.

Qulluq rejimində, diaqnostika və təmirdən öncə, servis mərkəzinin mütəxəssis cihazda müvəqqəti servis hesabı açır. Bu hesabla cihaz sahibinin şəxsi məlumatlarına və tətbiqlərinə keçid mövcud verilmir. Qulluq başa çatdıqdan sonra «Qulluq rejimi» istifadə edildiyi zaman açılmış servis hesabının bütün verilənləri silinir.

Qeyd:

Verilənlərinizin qorunub saxlanması məqsədilə, cihazınızı təmirə göndərməzdən öncə, həmişə verilənlərin ehtiyat surətini yaratmağı tövsiyə edirik.

«Qulluq rejimi» Samsung Galaxy cihazınızda istənilən məxfi məlumatlara keçidi məhdudlaşdırır ki, onlara üçüncü şəxslərin keçidinin qarşısı alınmış olsun.

Cihazınızda «Qulluq rejimi» aktiv olduqda:

  • Foto, video və digər fayllara keçid mövcud olmur;
  • Kontaktlarınızın və telefon zənglərinizin siyahısına keçid mövcud olmur;
  • İsmarışlara keçid mövcud olmur;
  • Yalnız əvvəlcədən quraşdırılmış tətbiqlər işləyir. Həmin tətbiqlərdə istənilən hesablara keçid əldə etmək üçün login və parolu daxil etmək lazımdır.

Qeyd: 

Qulluq rejiminə keçmək üçün cihazda kifayət qədər yaddaş olmalı, habelə, ekran kilidi aktiv olmalıdır:

  • Daimi yaddaş həcmi 64 Gb və daha az olan cihazlar üçün 1.5 Gb yaddaş boş olmalıdır.
  • Daimi yaddaşı 128 Gb və daha çox olan cihazlar üçün 500 Mb yaddaş boş olmalıdır.

Boş yaddaş daha az olarsa, qulluq rejimi işə düşməyəcək.

Samsung Galaxy-də «Qulluq rejimini» aktiv etmək üçün aşağıdakı göstərişlərə riayət edin:

Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin. Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin.

Addım 1Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin.

Qulluq rejimini açın. Qulluq rejimini açın.

Addım 2. Qulluq rejimini açın.

Aktiv et düyməsinə basın. Aktiv et düyməsinə basın.

Addım 3Aktiv et düyməsinə basın.

Qulluq rejiminə keçərkən sizə sistem jurnalı yaratmaq imkanı veriləcək. Qulluq rejiminə keçərkən sizə sistem jurnalı yaratmaq imkanı veriləcək.

Addım 4.Qulluq rejiminə keçərkən sizə sistem jurnalı yaratmaq imkanı veriləcək.

Bu jurnalda tətbiqlərin yaxınlarda istifadəsi və sistem xətaları ilə bağlı cihazınızın təmiri zamanı yardım göstərə biləcək məlumatlar olacaq.

Təkrar işə sal düyməsinə basın. Təkrar işə sal düyməsinə basın.

Addım 5. Təkrar işə sal düyməsinə basın.

Qeyd: 

Jurnalın yaradılmasını deaktiv etməyin. Jurnalda xəta təsbit ediləcək və bu, nasazlığın səbəbini daha tez müəyyən etməyə kömək edəcək.

«Qulluq rejimi» deaktiv edildikdə, nə baş verəcək:

  • Rejim aktiv ikən edilmiş bütün dəyişikliklər ləğv ediləcək;
  • Qulluq rejimi istifadə edilərkən görülmüş tədbirlər haqqında məlumat yaddaşda saxlanmır. Bu, faylların yüklənməsinə, tətbiqlərin quraşdırılmasına və ya tənzimləmələrdə dəyişikliklərin edilməsinə aiddir.


Samsung Galaxy-də «Qulluq rejimini» deaktiv etmək üçün aşağıdakı göstərişlərə riayət edin:

Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin. Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin.

Addım 1. Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin.

Qulluq rejimini açın. Qulluq rejimini açın.

Addım 2. Qulluq rejimini açın.

Çıx düyməsinə basın. Çıx düyməsinə basın.

Addım 3. Çıx düyməsinə basın.

Təkrar işə sal düyməsinə basın. Təkrar işə sal düyməsinə basın.

Addım 4. Təkrar işə sal düyməsinə basın.

Qeyd:

«Qulluq rejimindən» çıxmaq üçün istifadə etdiyiniz şifrələmə kodunu (pin kod, barmaq izi, parol və ya qrafik açar) daxil etmək lazımdır. 

«Qulluq rejimi» Android 13 (One UI 5.0) versiyasından başlayaraq Samsung Galaxy smartfonlarında və planşetlərində dəstəklənir.

Cihazınızda cari Android versiyasını öyrənmək üçün aşağıdakı məqalədən istifadə edin: «Samsung Galaxy smartfonunda və ya planşetində Android versiyasını necə öyrənmək olar»

Qeyd:

Qulluq rejimi bütün modellərdə dəstəklənmir. Rejimin mövcudluğu modeldən, regiondan və proqram təminatının versiyasından asılıdır.

Şərhiniz üçün təşəkkür edirik!