Galaxy Store-dan tətbiqin yüklənməsi zamanı baş verən səhvin necə aradan qaldırılması
Aşağıdakı məqalədə Galaxy Store-dan tətbiqin yüklənməsi zamanı səhv baş verdikdə, yüklənmə başlamadıqda və ya kəsildikdə nə etməli olduğunuzu izah edirik.
Məsləhətlərimizi sınayın və bundan sonra tətbiqi yenidən yükləyin.
Tətbiqin keşini təmizləyin
Səhv yenə də görünərsə, zəhmət olmasa bizə səhv haqqında məlumat göndərin.
Hesabat Samsung Members tətbiqi vasitəsilə göndərilir. Aşağıdakı addımları izləyərək avtomatik olaraq ona keçəcəksiniz.
Kifayət qədər yaddaş boşaldın
Tətbiqlərin yüklənməsi üçün tövsiyə olunan boş yer həcmi — 1,5 Gb.
Lazımi həcm — yüklənən tətbiqin tutduğu həcmdən 2,5 dəfə çoxdur. Məsələn, tətbiq 100 Mb çəkirsə, cihazda ən azı 250 Mb boş yaddaş olmalıdır.
Cihazın yaddaşını yoxlayın. Əgər boş yer çatışmırsa, tətbiqi yükləmək mümkün olmayacaq. Əvvəlcə ehtiyac olan yeri boşaltmaq lazımdır - məsələn, istifadə etmədiyiniz faylları və ya tətbiqləri silmək.
Cihazın yaddaşını necə yoxlamaq olar:
1-ci addım. Cihazınızda Parametrləri açın və Cihazın texniki xidmətinə keçin.
2-ci addım. Saxlama bölməsində cihazın yaddaşının vəziyyətini görə bilərsiniz. Daha ətraflı məlumat almaq üçün Saxlama-ya basın.
İnternet bağlantısını yoxlayın
İnternet bağlantısını və əlaqə keyfiyyətini yoxlayın.
Əgər şəbəkə bağlantısı qeyri-sabitdirsə, tətbiqlərin yüklənməsi zamanı problemlər yarana bilər. Bundan əlavə, bəzi şəbəkə provayderləri maksimal yükləmə sürətini məhdudlaşdırırlar.
Mövzu ilə bağli:
Как устранить неполадки при подключении Samsung Galaxy к Wi-Fi
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.