Samsung Galaxy-də internetdən endirilmiş faylları necə tapmalı

Son yeniləmə tarixi : 09-09-2024

Bu məqalə üçün surdotərcüməli video tövsiyələr mövcuddur.

İnternetdən endirilmiş fayllar harada yaddaşda saxlanılır

Endirilmiş faylların saxlandığı yer brauzerədn asılıdır.

İnternet və Chrome brauzerləri: standart olaraq internetdən endirilmiş bütün fayllar Download (Yükləmələr) qovluğunda yaddaşda saxlanılır və bu qovluq cihazın yaddaşında yerləşir.

Digər yüklənmiş brauzerlər: endirilmiş faylların saxlanması üçün öz qovluqlarını yarada bilər. Məsələn, UC Browser-də faylların yaddaşda saxlandığı yer aşağıdakı kimidir: Cihazın yaddaşı → Android → data → com.UCMobile.intl → files → UcDownloads.

Diqqət edin: Android → data qovluğuna Android 11-də baxmaq mümkün deyil.

İnternetdən endirilmiş fayllar harada yaddaşda saxlanılır — surdotərcüməli video.

«Download» qovluğunun içindəkilərə necə baxmalı

Mənim fayllarım tətbiqini seçin. Adətən, bu tətbiq Samsung qovluğunda yerləşir.

Yükləmələr bəndini seçin (cihazınızda belə bir qovluq varsa).
Belə bir bənd yoxdursa, Cihazın yaddaşı bölməsini seçin, daha sonra isə, Download qovluğunu açın.

Qovluqda internetdən endirilmiş fayllar çıxır.

«Download» qovluğunun içindəkilərə necə baxmalı – surdotərcüməli video.

İnternetdən faylları birbaşa yaddaş kartında necə yaddaşda saxlamalı

Aşağıdakı linkdə yerləşdirilmiş məqalədə siz standart İnternet brauzeri üzrə təlimatla tanış ola biləcəksiniz.

«Download» qovluğunda endirilmiş faylları tapmaq mümkün deyil

Bu, yalnız bir halda mümkündür — İnternet və Chrome deyil, yüklənmiş başqa brauzer istifadə olunur.

Faylları tapa bilmirsinizsə, onları İnternet və ya Chrome brauzerləri vasitəsilə endirin.

Endirilmiş faylları «Download» qovluğunda tapmaq mümkün deyilsə, nə etməli – surdotərcüməli video.

Şərhiniz üçün təşəkkür edirik!