Samsung Galaxy-də brauzer məlumatlarını: keşi, tarixçəni, kukiləri necə silməli

Son yeniləmə tarixi : 04-10-2024

Keş, kuki və digər brauzer məlumatları nədir

Brauzerdən istifadə prosesində müxtəlif sistem faylları və qeydlər yaranır. Aşağıda onlardan bəziləri göstərilib.

Baxış tarixçəsi - bu cihazda açılmış səhifələrin jurnalı.

Cookie (kuki) — sayta baş çəkərkən onun yaratdığı kiçik xidmət faylları. Siz növbəti dəfə daxil olarkən saytın sizi "tanıması" üçün lazımdır (məsələn, bundan əvvəl baş çəkdiyiniz zaman internet mağazanın səbətinə əlavə etdiyiniz malları göstərdi).

Keş — sayta baş çəkərkən ondakı məlumatların bir hissəsi müvəqqəti olaraq cihazın yaddaşında saxlanılır (məsələn, şəkillər). Bu, həmin saytı növbəti dəfə daha tez açmaq üçün lazımdır.

Parollar — əgər siz hansısa saytda loginlər/parollar daxil edirsinizsə, əksər brauzerlər onları yadda saxlaya bilir. Növbəti dəfə parolu daxil etməyə ehtiyac olmur, o artıq cihazınızda saxlanılacaq.

Brauzerin məlumatlarını nə vaxt silmək lazımdır

Adi istifadə zamanı məlumatları silmək lazım deyil. Məlumatları, adətən, iki halda silirlər:

  1. Cihazı başqa adama verəndə;
  2. Əgər əvvəllər qaydasında işləyən hansısa saytla bağlı problem varsa (məsələn, yüklənmə xətaları, bəzi elementlərin əks olunması ilə bağlı problemlər və s.). Bu hallarda kuki və keşi silirlər.

"İnternet" brauzerində məlumatları necə silməli

"İnternet" tətbiqini açın və "Menyu / Seçimlər" düyməsinə basın "İnternet" tətbiqini açın və "Menyu / Seçimlər" düyməsinə basın

1-ci addım. İnternet tətbiqini açın və Menyu, ya da Seçimlər düyməsinə basın. Düymə üç şaquli nöqtə və ya üç xətt kimi görünəcək.

"Tənzimləmələri"i seçin "Tənzimləmələri"i seçin

2-ci addım. Tənzimləmələri açın.

"Baxışlar haqqında şəxsi məlumatlar"ı seçin "Baxışlar haqqında şəxsi məlumatlar"ı seçin

3-cü addım. Baxışlar haqqında şəxsi məlumatlar bəndinə keçin (bənd Şəxsi məlumatlar da adlana bilər).

"Baxış haqqında məlumatların silinməsi"ni seçin. "Baxış haqqında məlumatların silinməsi"ni seçin.

4-cü addım. Baxış haqqında məlumatların silinməsi bəndini seçin.

Məhz nəyi silmək istədiyinizi qeyd edin və "Məlumatları silmək" düyməsini sıxın. Məhz nəyi silmək istədiyinizi qeyd edin və "Məlumatları silmək" düyməsini sıxın.

5-ci addım. Məhz nəyi silmək istədiyinizi qeyd edin və Məlumatları silmək düyməsinə basın.

Chrome brauzerində məlumatları necə silməli

"Chrome" tətbiqini açın və "Seçimlər" düyməsini sıxın. "Chrome" tətbiqini açın və "Seçimlər" düyməsini sıxın.

1-ci addım. Chrome tətbiqini açın və Seçimlər düyməsinə basın (üç şaquli nöqtə kimi görünür).

"Tənzimləmələr"ə keçin "Tənzimləmələr"ə keçin

2-ci addım. Tənzimləmələri açın.

"Məxfilik və təhlükəsizlik" bəndini seçin "Məxfilik və təhlükəsizlik" bəndini seçin

3-cü addım. Məxfilik və təhlükəsizlik hissəsinə keçin. Tarixçəni təmizləmək düyməsinə basın.

"Tarixçəni təmizləmək" düyməsini sıxın "Tarixçəni təmizləmək" düyməsini sıxın

4-cü addım. Tarixçəni sil düyməsini sıxın.

Silmək istədiyinizi dəqiq qeyd edin və "Məlumatları Sil"düyməsini basın Silmək istədiyinizi dəqiq qeyd edin və "Məlumatları Sil"düyməsini basın

5-ci addım. Məhz nəyi silmək istədiyinizi qeyd edin və Məlumatları silmək düyməsinə basın.

Şərhiniz üçün təşəkkür edirik!