Samsung Health-də addım sayını necə bilmək olar?

Son yeniləmə tarixi : 13-09-2024

Samsung Health tətbiqində telefonunuzdan və ona qoşulmuş daşına bilən cihazdan alınmış fəallıq tarixçəsi saxlanılır. Tətbiqdə atılmış addımların sayına, seçilmiş dövr ərzində addımlar üzrə statistikaya baxa, habelə məqsəd qoya və rekordları izləyə bilərsiniz. 

 Samsung Health

Addım sayı necə hesablanır

Addım sayı smartfonun yerləşməsi haqqında məlumatlar əsasında müəyyən olunur. Çox vaxt başqa fəaliyyətlər (məsələn, nəqliyyat vasitəsinin titrəməsi, velosiped sürmə və ya əllərin hərəkəti) addım kimi hesablana bilər.

Əgər smartfonu çantaya və ya cibinizə qoysanız, addım sayı dəqiq hesablanmaya bilər. Smartfonunuz əlinizdə olmadıqda addımlarınızı və fəaliyyət növünüzü dəqiq ölçə bilməz.

Addımın uzunluğu profilinizdəki məlumatdan və yeriş tempindən çıxış edərək hesaba alınır.

Əgər görsəniz ki, addımlarınız dərhal sayılmağa başlamadı, bir az da yeriməyə cəhd edin. Ola bilsin, addımları saymağa başlamaq üçün bir qədər çox zaman və hərəkətə ehtiyac var.

Addım sayının hansı cihazdan ölçüləcəyini necə seçmək olar?

Əgər Galaxy Watch-dan istifadə edirsinizsə, addım haqqında məlumatların hansı mənbədən qeydə alınacağını seçə bilərsiniz: yalnız smartfondan, ya da smartfon və daşına bilən cihazdan. 

Bunun üçün aşağıdakı addımları yerinə yetirin:

Samsung Health > Addımlar Samsung Health > Addımlar

1. Samsung Health tətbiqini açın və Addımlar bölməsinə keçin.

Üç nöqtəyə Üç nöqtəyə

2. Üç nöqtəyə (⋮) basın.

Göstəriləcək addim verilənlərini seçin Göstəriləcək addim verilənlərini seçin

3. Göstəriləcək addim verilənlərini seçin bəndinə toxunun.

Samsung Health-də addımlar sayılarkən hansı məlumatların əks olunacağını seçin:

  • Bütün addımlar — smartfonun və ona qoşulmuş daşına bilən cihazın bütün məlumatları tətbiqdə əks olunacaq. Hətta əgər siz eyni zamanda həm telefondan, həm də Galaxy Watch-dan istifadə edirsinizsə, göstəricilər təkrarlanmayacaq, tətbiq atılmış addımlar barədə ümumi informasiyanı nəzərə alacaq. Məlumatları sinxronlaşdırmaq üçün daşına bilən cihazı Bluetooth vasitəsilə smartfona qoşun.
  • Mobil telefon — telefona qeydə alınmış addımlar haqqında məlumatlar tətbiqdə əks olunacaq. Daşına bilən cihazların məlumatları nəzərə alınmayacaq. Sinxronlaşdırma ani baş verir. 
Göstəriləcək addim verilənlərini seçin

Addımların gündəlik normasını necə tənzimləməli

Addımlar üzrə gündəlik məqsəd qoymaq üçün aşağıdakı hərəkətləri icra edin:

Samsung Health > Addımlar Samsung Health > Addımlar

1. Samsung Health tətbiqini açın və Addımlar bölməsinə keçin.

Hədəfi qur Hədəfi qur

2. Üç nöqtəyə (⋮) basın və Hədəfi qur

Gündəlik addım sayını seçin. Gündəlik addım sayını seçin.

3. Gündəlik addım sayını seçin.

Bu rəqəm Galaxy Watch ilə avtomatik sinxronlaşır. 

Ümumi və rekord addım sayına necə baxmalı

Samsung Health tətbiqində seçilmiş dövr ərzində addım statistikasını və ya təyin olunmuş rekordları izləyə bilərsiniz.

Samsung Health > Addımlar Samsung Health > Addımlar

1. Samsung Health tətbiqini açın və Addımlar bölməsinə keçin.

Statistika işarəsinə Statistika işarəsinə

Шаг 2. Sağ yuxarı küncdə statistika statistika işarəsinə basın.

Dövr ərzində addımların orta və ya ümumi sayını Dövr ərzində addımların orta və ya ümumi sayını

3. Açılmış pəncərədə seçilmiş dövr ərzində addımların orta və ya ümumi sayını görmək olar: həftə, ay və ya il üzrə.

Rekord addım sayına baxmaq üçün aşağıdakı hərəkətləri icra edin:

Samsung Health > Səhifəm Samsung Health > Səhifəm

1. Samsung Health tətbiqini açın və Səhifəm bölməsinə keçin.

Ən yüksək şəxsi göst Ən yüksək şəxsi göst

2. Ən yüksək şəxsi göst düyməsinə basın.

Addımların və yüksəkliyə qalxmağın rekord göstəricisi Addımların və yüksəkliyə qalxmağın rekord göstəricisi

3. Addımlar bəndində addımların və yüksəkliyə qalxmağın (mərtəbələr) rekord göstəricisi əks olunacaq.

Şərhiniz üçün təşəkkür edirik!