Samsung texnikasının hazırlanma (istehsal) tarixini necə öyrənmək olar

Son yeniləmə tarixi : 28-06-2024

İstehsal tarixinə harada baxmaq olar

İstehsal tarixi seriya nömrəsində şifrələnib. Seriya nömrəsi latın hərflərindən və rəqəmlərdən ibarətdir. Məsələn: R38K503SRVD, R38K503SR4.

Seriya nömrəsindəki simvolların sayı fərqli ola bilər.

Əllə seriya nömrəsindən istehsal tarixini necə öyrənmək olar

İstehsal tarixini öyrənmək üçün son simvola baxın.

Simvol hərfdirsə, həmin hərfdən sola 5 simvol sayın. Simvol rəqəmdirsə, seriya nömrəsinin sonundan sola 5 simvol sayın.

son simvola baxın

Seriya nömrəsinin sonundan 6-cı simvol istehsal ayını bildirir:
1 — yanvar, 2 — fevral, 3 — mart, 4 — aprel, 5 — may, 6 — iyun, 7 — iyul, 8 — avqust, 9 — sentyabr, A — oktyabr, B — noyabr, C — dekabr.

Seriya nömrəsinin sonundan 7-ci simvol istehsal ilini bildirir:
Y — 2005, L — 2006, P — 2007, Q — 2008, S — 2009, Z — 2010, B — 2011, C — 2012, D — 2013, F — 2014, G — 2015, H — 2016, J — 2017, K — 2018, M — 2019, N — 2020, R — 2021, T — 2022, W — 2023, X — 2024, Y — 2025.

Bizim baxdığımız misalda istehsal tarixi 2018-ci ilin may ayıdır.

İstehsal tarixini müəyyən etmək mümkün deyil

Siz dəqiq istehsal tarixi barədə məlumatı dəstək xidmətindən əldə edə bilərsiniz.


Şərhiniz üçün təşəkkür edirik!