Samsung Galaxy smartfonunda zəng ekranının fonunu necə dəyişməli

Son yeniləmə tarixi : 13-09-2024

Siz zəng ekranını istəyinizə uyğun tənzimləyə bilərsiniz:

  • ekranın maketini dəyişmək,
  • zəng ekranına öz şəklinizi qoymaq,
  • fon əvəzinə animasiya ya da video yerləşdirmək.

Android 11 və daha yüksək əməliyyat sisteminə malik Samsung Galaxy smartfonlarında zəng ekranının fonunu tənzimləmək mümkündür.

"Telefon" tətbiqi "Telefon" tətbiqi

1. Telefon tətbiqini açın.

Üç nöqtə üzərinə vurun. Üç nöqtə üzərinə vurun.

2. Sağ yuxarı küncdə üç nöqtənin (⁝) üzərinə basın.

"Parametrlər"-un üzərinə basın "Parametrlər"-un üzərinə basın

3. Menyuda Parametrlərin üzərinə basın..

"Zəng fonu" ya da "Zəng edənin məlumatları"-un üzərinə basın "Zəng fonu" ya da "Zəng edənin məlumatları"-un üzərinə basın

4. Zəng fonu və ya Zəng edənin məlumatları bölmələrində zəng ekranının lazımi elementini tənzimləyin.

Zəng edən məlumatların qurulması

Zəng edənin məlumatları bölməsində zəng edən abonent haqqında məlumatın necə əks olunacağını seçmək olar.

Gələn zəng haqqında məlumatın əks olunmasının maketi

Zəng ekranının fonunun "Qalereya"dan olan şəkillə tənzimlənməsi

Susmaya görə şəkillərdən birini və ya qalereyadan hər hansı bir şəkli (fotoşəkil, gif-fayl, ya da video) fon qismində təyin etmək olar.

"Fon"-un üzərinə basın "Fon"-un üzərinə basın

1. Zəng fonu açin, Fon düyməsini sıxın.

"Qalereya"-un üzərinə basın "Qalereya"-un üzərinə basın

2. Susmaya görə şəkillərdən birini təyin etmək üçün onun üzərinə, sonra Zəng fonu kimi təyin et düyməsinə basın. Qalereyadan şəkil, gif və ya videonu təyin etmək üçün Qalereya seçmək basın.

Lazım olan şəkli seçin Lazım olan şəkli seçin

3. Lazım olan şəkli tapın və onu seçin.

"Zəng fonu kimi təyin et"-un üzərinə basın "Zəng fonu kimi təyin et"-un üzərinə basın

4. Zəng fonu kimi təyin et düyməsini sıxın.

Şəkil zəng ekranının fonu qismində Şəkil zəng ekranının fonu qismində

5. Şəkil zəng ekranının fonu olacaqdır.

Əgər fon qismində video təyin etmək istəyirsinizsə:

  • 15 saniyəyə qədər çəkən videonu təyin edə bilərsiniz. 
  • Əgər video 15 saniyədən çox çəkirsə, "Zəng fonu kimi təyin et" düyməsinə basmadan öncə lazımi hissəni seçə bilərsiniz.
  • Videodakı səsi zəng qismində istifadə edə bilərsiniz. Bunun üçün "Video səsini zəng melodiyası et" sürüngəcini aktiv vəziyyətə gətirin.

Zəng ekranının fonunun öz yaratdığınız emoji ilə tənzimlənməsi

Siz öz emojinizi yarada və onu zəng ekranının fonu qismində tənzimləyə bilərsiniz.

Üç nöqtəyə Üç nöqtəyə

1. Zəng fonu açin, Fon düyməsini sıxın. Üç nöqtəyə (⁝) üzərinə basın.

AR Emoji ilə yarat üzərinə basın AR Emoji ilə yarat üzərinə basın

1. AR Emoji ilə yarat sıxın.

AR emoji seçin AR emoji seçin

3. Yeni (+) yaradın və ya artıq yaradılmış AR emojisini seçin.
Əgər siz artıq yaradılmış AR emojisindən istifadə edirsinizsə, 6-ci addıma keçin.

Özünüz emojilər yaradın Özünüz emojilər yaradın

4. Mövcud emojilərdən birini seçin, ya da öz şəkliniz əsasında emoji yaradın. Selfi çəkmək üçün Kamera ilə emoji yaratdüyməsinə basın. Qalereyadan şəkil seçmək üçün Şəkildən emoji yarat düyməsinə basın.

Emojinin görünüşünü tənzimləyin Emojinin görünüşünü tənzimləyin

5. Emojinin görünüşünü tənzimləyin. Daha sonra Saxla düyməsi üzərinə vurun.

Emojinin hərəkətlərini seçin Emojinin hərəkətlərini seçin

6. Emojinin hərəkətlərini seçin və Saxla basın.

Fon kimi təyin edin Fon kimi təyin edin

7. Videodakı səsi zəng qismində istifadə etmək üçün Video səsini zəng melodiyası et sürüngəcini aktiv vəziyyətə gətirin. Zəng fonu kimi təyin et düyməsini sıxın.

Şəkil zəng ekranının fonu qismində Şəkil zəng ekranının fonu qismində

8. Şəkil zəng ekranının fonu olacaqdır.

Qeyd:

Cihazların ekran şəkilləri və menyu bəndləri, cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq dəyişə bilər.

Şərhiniz üçün təşəkkür edirik!