Samsung Galaxy proqram təminatını necə yeniləmək olar

Son yeniləmə tarixi : 15-05-2024

Proqram təminatının yenilənməsi üçün iki üsul

Qeyd: 

  • Yeniləmədən sonra mikroproqramın köhnə versiyasına geri qayıtmaq mümkün deyil.
  • Yeniləmədən əvvəl vacib olan məlumatları digər smartfon və ya kompüterdə yadda saxlayın.

Smartfon parametrləri vasitəsilə proqram təminatını necə yeniləmək olar

Qeyd: 

  • Yeniləmədən əvvəl batareyanın enerjisini əvvəlcədən ən azı 80% doldurun.
  • Cihazı ən azı 5 Mbit/s sürətlə Wi-Fi-a qoşun.
Parametrleri açın və Proqram yeniləməsi bəndini seçin. Parametrleri açın və Proqram yeniləməsi bəndini seçin.

1. Parametrleri açın və Proqram yeniləməsi (Proqram təminatının yeniləməsi) bəndini seçin.

Endir və quraşdır basın. Endir və quraşdır basın.

2. Endir və quraşdır (Yeniləmələri əllə yükləyin) basın.

Yüklə düyməsinə basın Yüklə düyməsinə basın

3. Cihaz yeni proqram təminatının mövcudluğunu yoxlayacaq. Cihaz üçün yeni proqram təminatı mövcuddursa, onu endirmək təklifi əks olunacaq.

Mesaj "Proqram tıminatı yenilənib" Mesaj "Proqram tıminatı yenilənib"

Yeni proqram təminatı yoxdursa, ekranda bu mesaj əkd olunacaq: Proqram tıminatı yenilənib.

Yeni proqram təminatı mövcuddursa, Yüklə (Yenilə) düyməsinə basın. Android-in bəzi versiyalarında açılan pəncərədə endirməyə icazə verilməlidir.

Faylın ölçüsü əməliyyat sisteminin versiyasından və cihaz modelindən asılı olaraq dəyişir.

Proqram təminatını (Firmware) quraşdırarkən cihazı söndürməyin — cihaz xarab ola bilər.

İndi quraşdır basın. İndi quraşdır basın.

4. İndi quraşdır basın.

 Cihaz yenidən işə salınacaq və yeniləmələri quraşdıracaq.  Cihaz yenidən işə salınacaq və yeniləmələri quraşdıracaq.

5. Cihaz yenidən işə salınacaq və yeniləmələri quraşdıracaq.

OK düyməsinə basın. OK düyməsinə basın.

6. Proqram yeniləməsi tamamlandı — OK düyməsinə basın.

  • Yeniləmədən sonra məlumatlarınızı sıfırlaya bilərsiniz Sıfırlanmadan sonra bütün şəxsi məlumatlar silinir.
  • Onları yadda saxlamaq üçün Smart Switch proqramında "Ehtiyat nüsxənin yaradılması" opsiyasından istifadə edin.
  • Məlumatları sıfırlamasanız, cihaz düzgün işləməyə bilər.

Cihaz  rooting prosesindən keçibsə və ya proqram təminatı dəyişdirilibsə, “Cihaz dəyişdirilib” mesajı görünəcək. Belə bir cihazda proqram təminatını yeniləmək üçün Samsung xidmət mərkəzinə müraciət edin.


Smart Switch vasitəsilə proqram təminatını necə yeniləmək olar

1 Smart Switch proqramını kompüterinizə endirin və quraşdırın.
2 Proqramı işə salın və cihazı kabel vasitəsilə kompüterə qoşun. Kompüter İnternetə qoşulmalıdır.
3 Cihaz üçün yeni proqram təminatı mövcuddursa, onu endirmək təklifi əks olunacaq.
Yeni proqram təminatı yoxdursa, belə bir bildiriş görünməyəcək.
SmartSwitch
4 "Yeniləmə" düyməsini sıxın
5 Proqramın əvvəlcə kompüterə, sonra isə cihaza endirilməsi başlayacaq. Yeniləmək üçün sadəcə kompüterinizin ekranındakı təlimatlara əməl edin.
6 Yeniləmə prosesi başlayanda cihaz sönəcək və yenidən işə salınacaq Ekranda yenilənmə prosesinin gedişatını göstərən şkala görünəcək.

Qeyd: 

 Proqram təminatını (Firmware) quraşdırarkən cihazı və ya kompüteri söndürməyin və ya cihazı kompüterdən ayırmayın - cihazlar xarab ola bilər.

Ekranda yenilənmə prosesinin gedişatını göstərən şkala görünəcək.
7 Proqram təminatı quraşdırıldıqdan sonra cihaz yenidən işə düşəcək.
8 Yenilədikdən sonra məlumatlarınızı sıfırlamağı tövsiyə edirik. Sıfırlanmadan sonra bütün şəxsi məlumatlar silinir. Onları yadda saxlamaq üçün Smart Switch proqramında "Ehtiyat nüsxənin yaradılması" opsiyasından istifadə edin. Məlumatları sıfırlamasanız, cihaz düzgün işləməyə bilər.
Proqram təminatının (Firmware) yeniləməsindən sonra problemlər yaranarsa və onlar məlumatların sıfırlanması vasitəsilə aradan qaldırılmazsa, xidmət mərkəzi ilə əlaqə saxlayın, onlar mühəndislik metodundan istifadə etməklə proqram təminatını yenidən quraşdıracaqlar.

Proqram təminatına (Firmware) dair bildirişi əks olunmazsa

Əgər bildiriş yoxdursa, onda:

  • proqram təminatı hələ buraxılmayıb;
  • cihazda nasazlıq var: cari proqram təminatı səhv quraşdırılıb və ya dəyişdirilib, cihaz ölkənizdə satılmaq üçün nəzərdə tutulmayıb.

Birinci halda gözləyin, ikinci halda isə xidmət mərkəzinə müraciət edin.


Şərhiniz üçün təşəkkür edirik!