Samsung Galaxy cihazının orijinallığını necə yoxlamaq və saxta cihaz almamaq üçün nə etmək lazımdır

Son yeniləmə tarixi : 27-04-2024

Təəssüf ki, cihazınızın orijinallığını yoxlamaq üçün etibarlı üsul mövcud deyil. Bununla belə, özünüzü sığortalamaq üçün IMEI kodu vasitəsilə Samsung Galaxy cihazını yoxlaya bilərsiniz..

Bunun üçün aşağıdakı xidmətdən istifadə edin: Samsung Galaxy IMEI-nin yoxlanılması

Bundan əlavə bu məqalədə orijinal və saxta cihazlar arasında ən populyar fərqlər və onları necə tanımaq olar barədə məlumat əldə edəcəksiniz.

Hansı cihazlar saxtalaşdırılır

Əvvəllər fırıldaqçılar yalnız Galaxy S və Galaxy Note seriyalarını saxtalaşdırırdılar. 2018-ci ildə A və J də daxil olmaqla istənilən seriyaya aid saxta məhsullar peydə oldu. 

IMEI kod vasitəsilə cihazın orijinallığını necə yoxlamaq olar

Alınan cihazın orijinallığının IMEI kod vasitəsilə yoxlana biləcəyi barədə fikir mövcuddur. Bu bir mifdir: yoxlanılan cihaz deyil, IMEI koddur. Çox vaxt orijinal IMEI kodları saxta məhsullara tətbiq edilir. 

Bununla belə ucuz saxta məhsullar üçün fırıldaqçılar çox güman ki, buna getməyəcəklər. 

IMEI kodunun yoxlanılması üsulunu yalnız əlavə sığortalanma vasitəsi kimi kimi istifadə edin. Bunun üçün aşağıdakı sayta keçid edin: Samsung Galaxy IMEI-nin yoxlanılması

Orijinal məhsul saxta məhsuldan nə ilə fərqlənir

Komplektləşdiricilərin keyfiyyəti

Orijinal smartfon və planşetlər yüksək keyfiyyətli komponentlərdən hazırlanır. Samsung flaqman cihazlarına onların buraxılışı vaxtına ən yaxşı komponentləri quraşdırır, bunlara displeylər, prosessorlar, kameralar, yaddaş modulları və digər detallar aiddir. Detalların əksəriyyəti Şirkətin özü tərəfindən istehsal edilir. Buna görə Samsung cihazları hər il bir çox mükafatlara layiq görülür və müştərilərdən yüksək reytinq alır.

Saxta məhsullar köhnəlmiş və ucuz hissələrdən istehsal olunur. Nəticədə flaqman cihazlarının saxta versiyaları Samsung tərəfindən istehsal edilmiş ucuz cihazlardan belə pis işləyir.

Proqram təminatının keyfiyyəti və təhlükəsizliyi

Samsung öz cihazları üçün proqram təminatını yoxlayır, əvvəlcə daxili sınaq şöbəsi, sonra isə Android-in yaradıcısı olan Google şirkətinin köməyi ilə. Bunun sayəsində smartfon və planşetlər surətli işləyir və mobil bankçılıqdan təhlükəsiz şəkildə istifadə etmək, ödəniş xidmətlərinə kartlar əlavə etmək və şəxsi fotoşəkilləri saxlamaq imkanlarını yaradır. Samsung, buraxıldıqdan sonra belə cihazlarında proqram yeniləmələri məsələsini diqqətdə saxlamağa davam edir: yeni proqram təminatı və təhlükəsizlik yeniləmələrini buraxır.

Fırıldaqçılar proqram təminatının keyfiyyətinə diqqət yetirmirlər - əsas məqsəd cihazın işləməsidir. Onlar saxta cihaza fotoları, kontaktları, bank kartı məlumatlarını, şifrələri və digər məlumatları oğurlaya bilən casus və ya fişinq proqram təminatını quraşdıra bilərlər. Saxta cihazlar üzrə sertifikatlaşdırma aparılmır. Onlar yenilənmir və ya proqram təminatının təhlükəsizliyi nəzarət olunmur. 

Xüsusi xidmətlər və funksionallıq

Orijinal cihazlarda xüsusi xidmətlər mövcuddur, onların çoxunun analoqu yoxdur. Məsələn, bank kartını smartfonla əlaqələndirməyə və demək olar ki, istənilən terminal vasitəsilə alış-verişi ödəməyə imkan verən Samsung Pay.

Saxta cihazlarda xüsusi xidmətlərin heç biri işləməyəcək.

Zəmanətin mövcudluğu

Bütün orijinal Samsung cihazları üzrə zəmanət mövcuddur: istehsal qüsurları pulsuz olaraq aradan qaldırılacaqdır.

Saxta cihaz üzrə isə zəmanət mövcud deyil: alqı-satqının baş verdiyi gündən sonrakı gün belə cihaz xarab olsa, o əvəz olunmayacaq və təmir edilməyəcək.

Saxta məhsullar harada satılır

Saxta cihazlar, əsasən, qara bazarda və pulsuz elanlar saytlarında satılır.

Qara bazar

Metro stansiyalar, dəmiryol vağzalları və ya iri mağazanın yaxınlığında bir şəxs sizə yaxınlaşaraq smartfon və ya planşeti olduqca aşağı qiymətə almağı təklif edir və bunu təcili pula ehtiyacın olması ilə izah edir. Adətən qəbz və zəmanət talonu belə göstərilir. Satıcı çox tələsir, sizinlə fasiləsiz danışır, diqqətinizi cəmləməyə və cihazı yoxlamağa imkan vermir. O Sizə deyə bilər ki, onun bütün pulları, sənədləri oğurlanıb, uşaqları onu gözləyir, təyyarəyə gecikir. Yəni, yöndəmsizlik hiss etməniz və pulu tez verməniz üçün hər cür səy göstərir. 

Pulsuz elanlar saytlarında satış

Saytda yerləşdirilmiş elanda çox aşağı qiymətə satılan cihaz tapırsınız. Bu belə izah olunur: cihazı hədiyyə veriblər, lakin onların smartfonu və ya planşeti artıq var. Telefonla isə deyə bilərlər ki, artıq bir alıcı var və ya Sizi alışa təşviq edəcək başqa bir əfsanə fikirləşəcəklər. Suallara ümumi ifadələrlə cavab verirlər. Onlar metro, ticarət və ya biznes mərkəzlərinin yaxınlığında görüşür və yaşayış binalarının ünvanlarını demək olar ki, heç vaxt vermirlər. Görüşəndə ​​tələsirlər. Satışdan sonra telefon söndürülür və ya cihazı alan şəxs qara siyahıya salınır. 

Mağazalarda satış

Əlbəttə ki, saxta məhsullar həm adi həm də internet mağazalarda satılır.

Saxta məhsulu necə tanımaq olar

Saxta məhsullar Çin və Tayvanda fəaliyyət göstərən müxtəlif zavodlarda istehsal edilir, buna görə də onların hamısı bir-birindən fərqlənir. Saxta cihazı orijinal cihazdan vizual olaraq fərqləndimrək üçün istifadə edə biləcəyiniz zəmanətli xüsusiyyətlər yoxdur: müəyyən saxta cihazlar korpusdakı elementlər, bəziləri displey, digərləri isə yazıların tətbiqi üsulu ilə fərqlənə bilər. Əsas fərq - daxili hissələrdədir,  məlumatlı olmayan insan onları qiymətləndirə bilmir. Orijinal cihazın necə işlədiyini yaxşı bilməlisiniz: prosessorların, ekranların, bençmarkların və s. versiyaları və istehsalçıları barədə məlumatlı olmalısınız.

Buna görə də, saxta cihazı orijinal cihazdan ayırmağın yeganə yolu, cihazın bilikli mütəxəssis tərəfindən vizual yoxlanışıdır. Məsələn, belə bir şəxs qismində müvafiq xidmət mərkəzindəki mühəndis ola bilər. 

Bəzi hallarda istifadəçilər tam zəmanət verən xidmət və ya təhlükəsizlik təmin edilməsini xahiş edirlər. Lakin bunu etmək mümkün deyil: hal-hazırda belə texnologiyalar mövcud deyil. Xatırlatmaq istərdik ki, qorunma dərəcəsindən asılı olmayaraq, hər bir maddə uğurla saxtalaşdırıla bilər: pul, sənədlər, dərmanlar, avtomobillər, ehtiyat hissələri, zinət əşyaları, smartfonlar, planşetlər, qulaqlıqlar, paltarlar, ayaqqabılar, saatlar, proqram təminatı. Hətta qida məhsulları belə saxta olur. 

Bununla belə, saxta cihazlarla bağlı bütün çətinliklərə baxmayaraq, alış edərkən Sizə kömək edə biləcək bəzi məsləhətlər mövcuddur.

Menyu maddələrinin tərcüməsinin keyfiyyətinə diqqət yetirin

Orijinal cihazlarda tərcümə olduqca keyfiyyətlidir, səhvlər yoxdur, yazılar yalnız ingilis və rus dillərindədir.

Saxta cihazların menyu maddələrində Çin iyeroqliflərindən istifadə edilə bilər, tərcümənin özü olduqca qəribə səslənə bilər, ifadələr isə məntiqsizdir. Məsələn, blok (kilid) ekranında belə bir yazı ola bilər: "Blukdon çıxarmaq üçün çəkin". 

Əvvəlcədən yaradılmış Samsung hesabını əlavə etməyə çalışın

Kompüterinizdən istifadə etməklə evdə Samsung hesabı yaradın və satıcı razılaşarsa, onu cihazınıza əlavə etməyə çalışın.

Cihazda Samsung hesabını əlavə etmək üçün element yoxdursa və ya hesab əlavə etmək mümkün deyilsə, bu saxta cihazdır.

Alışdan əvvəl bir neçə mağazada olan cihazları nəzərdən keçirin

Menyuya daxil olun, parametrlərə baxın, kameranı yoxlayın, ekranı qiymətləndirin - bunların hamısı orijinal cihazın necə göründüyünü vizual olaraq yadda saxlamağa kömək edəcəkdir. Saxta cihaz aşağı keyfiyyətdə istehsal edilibsə, uyğunsuzluqları görəcəksiniz. 

Aşağı qiymətin Sizi aldatmasına imkan verməyin

Daha az xərcləmək istəyi təbii və başa düşüləndir. Lakin düşünün, naməlum mağazada və ya qara bazarda bahalı bir cihaz almaq üçün pulunuzu riskə atmağa həqiqətən hazırsınız?

Buna görə də, saxta cihazın alınmasından sığortalanmağın ən asan yolu cihazları firma mağazalarda və ya iri pərakəndə satış şəbəkələrində almaqdır. Gözləməyin ki, bəxtiniz gətirəcək və yarı qiymətə ən yüksək keyfiyyətli cihazı ala biləcəksiniz. Fırıldaqçılar məhz bu ümidlərlə hərəkət edirlər.

Şərhiniz üçün təşəkkür edirik!