Samsung Galaxy-də tətbiqin qovluğu itibsə, nə etməli
Tətbiqlərin qovluqları Samsung smartfonunun ekranından müxtəlif səbəblərdən yoxa çıxır. Məsələn, əgər tətbiqi gizlədiblərsə, söndürüblərsə və ya təsadüfən siliblərsə.
Əvvəlcə tətbiqin quraşdırıldığını yoxlayın. Tənzimləmələr > Tətbiqlər menyusunu açın.
- Əgər tətbiq yoxdursa, o, silinib. Onu yenidən yükləyin.
- Əgər tətbiq siyahıda varsa, növbəti addımlara keçin.
Android 10, 9, 8 üçün:
Tənzimləmələr > Ekran > Əsas ekran > Tətbiqi gizlətmək menyusunu açın. Sizə lazım olan gizli tətbiqləri siyahıdan silin.
Android 10, 9, 8 üçün:
Tənzimləmələr > Tətbiqlər menyusunu açın. Bölmənin yuxarı hissəsindəki menyunun üzərinə basın və Söndürülüb çeşidləmə rejimini seçin. Sizə lazım olan tətbiqləri yandırın.
1-ci addım. Tənzimləmələri açın.
2-ci addım. Əlavə funksiyaların üzərinə basın.
3-cü addım. Game Launcher funksiyası aktivdirsə, onu söndürün. Ya da Game Launcher-ə daxil olun və Mənim oyunlarım bölməsində tətbiqi tapın.
1-ci addım. Tənzimləmələri açın.
2-ci addım. Əsas ekran düyməsinə basın.
3-cü addım. Əgər Tətbiqlərin işarələrini əlavə et funksiyası aktiv deyilsə, onu yandırın.
Android 10, 9, 8 üçün:
Tənzimləmələr > Ekran > Əsas ekran menyusunu açın > və Əsas ekrana əlavə etmə düyməsini yandırın.
Google hesabınızda valideyn nəzarəti tənzimləmələrini yoxlayın.
Mövzu üzrə:
Tənzimləmələrin sıfırlanması cihazınızdakı bütün məlumatların silinməsinə gətirib çıxaracaq. Bununla bərabər səhvlər də yoxa çıxır. Biz sıfırlamadan əvvəl bütün vacib məlumatlarınızın ehtiyat sürətini yaratmağı təkidlə tövsiyə edirik.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.