Samsung soyuducusunun yan divarları niyə qızır

Son yeniləmə tarixi : 14-06-2024

Yan divarlar niyə qızır

İstənilən soyuducunun istiliyi mübadilə edən barmaqlıqlar kimi detalı var.

Barmaqlıqlar istiliyi soyuducunun kameralarından alıb çölə çıxarmaq üçün lazımdır. Soyuducu işləyərkən barmaqlıq kameralardakı istiliklə qızır və ətraf havanı sərinlədir. Beləcə soyuducu ərzaqları sərinlədir və dondurur.

Əksər soyuducularda bu barmaqlıqlar soyuducunun arxasında yerləşir. Belə yerləşmənin əsas çatışmazlığı - barmaqlıqlarda tozun tez yığılmasında, onun çətin silinməsində və istiliyin daha pis ayrılmasındadır. Tozlu barmaqlıqlar ucbatından enerji istehlakı artır.

Samsung soyuducularında barmaqlıqlar arxada yox, yanda quraşdırılıb və metal təbəqə ilə örtülüb. Məhz buna görə yan divarlar qızır - barmaqlıqlar soyuducunun kameralarından istiliyi ayırır və metalı qızdırır. Belə konstruksiya sayəsində toz toplanmır və enerji istehlakı artmır.

Soyuducunun arxa divarında istiliyi mübadilə edən barmaqlıq. Soyuducunun arxa divarında istiliyi mübadilə edən barmaqlıq.

Soyuducunun arxa divarında istiliyi mübadilə edən barmaqlıq.

Samsung soyuducusunun arxa divarı, barmaqlıq yoxdur. Samsung soyuducusunun arxa divarı, barmaqlıq yoxdur.

Samsung soyuducusunun arxa divarı, barmaqlıq yoxdur.

Divarlardakı barmaqlıqlar hamısından çox qızanda

Divarlardakı barmaqlıqlar ən çox qızırlar:

  • soyuducunu aldıqdan sonra işə salanda;
  • soyuducunu donu açıldıqdan sonra işə salanda.

Bu hallarda soyuducu kameralardakı temperaturu daha sürətlə aşağı salmaqdan ötrü tam gücü ilə işləyir.  Barmaqlıqlara çoxlu istilik daxil olur və onlar güclü qızırlar. Soyuducu temperaturu işçi temperatura saldıqdan sonra (adətən, bu, bir neçə saat vaxt aparır) barmaqlıqlar soyumağa başlayacaq.

Divarlar bir neçə saatdan sonra soyuyacaq.

Bu, soyuducunun təlimatda "Nasazlıqların aradan qaldırılmasında" bölməsində göstərilən normal işidir.

Şərhiniz üçün təşəkkür edirik!