Samsung paltaryuyan maşını paltarı sıxmırsa, nə etməli

Son yeniləmə tarixi : 17-06-2024
Samsung paltaryuyan maşını paltarları sıxmır

Əgər yuma bitməyibsə, ekranda vaxt dəyişir

Barabanın fırlanıb-fırlanmamasına baxın.

Əgər baraban fırlanmırsa

1 Xəta yaranana qədər 20 dəqiqə gözləyin.
2 Xəta yaranandan sonra onun açıqlamasını tapın və ya dəstək xidmətinə müraciət edin.

Əgər baraban fırlanmırsa

1 10 dəqiqə gözləyin, maşın paltarı düzəldib.
2 Əgər yuma davam etdisə, deməli, hər şey qaydasındadır, maşın paltarı düzəldib.
Əgər yuma davam etmədisə və ya ekranda UE, UB yaxud 4E xətası göründüsə, deməli, maşın paltarı düzəldə bilməyib. Belə hallarda "Paltaryuyan maşında UE, UB, E4 xətaları" məqaləsində gösgtərildiyi kimi hərəkət edin.

Əgər yuma bitdisə, ekranda xəta yoxdursa, amma paltar yaşdırsa

Paltar aşağıda sadalanan bir sıra səbəblərə görə yaş qalır Onların hər birini növbə ilə yoxlayın. 

  • Sıxmanın olmadığı yuma rejimi seçilib

    Zərif parçalar üçün rejimlərdə maşın paltarı sıxmır. Zərif parçalar üçün rejimlər: əldə yuma, əldə yun yuma, yun, amma başqaları da ola bilər. Ətraflı məlumat sizin paltaryuyan maşının təlimatındadır.
    Maşının düzgün işlədiyini yoxlamaq üçün paltarı başqa rejimdə yuyun: sürətli yuma, gündəlik və s.

  • Sıxma zamanı aşağı dövrələr 

    Sıxma üçün hansı dövrələrin seçildiyini yoxlayın. Aşağı dövrələrdə paltar demək olar ki, sıxılmır.
    Maşının düzgün işlədiyini yoxlamaq üçün yüksək dövrələr - 800 və ya 1000 qoyun.

  • Yataq dəsti və ya böyük əşyalar

    Yataq dəsti və böyük əşyalar çox vaxt bükülür və dolaşır. Belə hallarda maşın onları keyfiyyətli sıxa bilmir.
    Əgər belə şeylr yuyursunuzsa, onları maşından çıxarın, düzəldin, maşına qoyun və "Sıxma" rejimini təkrar işə salın.

  • Az miqdarda əşyanın yuyulması

    Bir-iki əşya yuyulanda maşın paltarı keyfiyyətli sıxmaya bilər. Daha keyfiyyətli sıxma üçün əşyalarnın sayı 4-dən az olmamalıdır.

  • Çirkli axın filtri

    Əgər axın filtri çirklidirsə, su lazım olduğundan yavaş axır. Sıxma zamanı suyun hissəsi axmağı çatdırmır və barabanda ləngiyir. Bunun ucbatından əşyalar yaş qalır.
    Su normal axsın deyə axın filtrini təmizləyin.

Şərhiniz üçün təşəkkür edirik!