Samsung paltaryuyan maşınının displeyində UC və ya 9C xətası

Son yeniləmə tarixi : 16-04-2024

Nə baş verib

Paltaryuyan maşının displeyində “Uc” və ya “9C” xətası haqda mesaj yazılıb.

Samsung paltaryuyan maşınının displeyində "Uc" və "9c" xəta kodu

Xəta niyə yaranıb

Elektrik şəbəkəsində gərginli həddindən artıq aşağı və ya çox yüksəkdir: maşına 30 saniyədən çox müddətdə 200V-dən az və ya 250V-dən (+/- 4V) çox gərginlik verilirdi.

Sonra nə etmək lazımdır

1 Paltaryuyan maşının elektrik şəbəkəsinə qoşulmasını yoxlayın. Əgər uzatma kabelindən/keçid qurğusundan istifadə edirsinizsə, paltaryuyan maşını birbaşa elektrik mənbəyinə qoşun.
2 Elektrik şəbəkəsində gərginliyinin sabit olduğundan əmin olun. Yoxlanılması üçün elektrikə müraciət edin və ya multimetrdən istifadə edin.
  • Gərginlik qeyri-sabitdirsə, idarəetmə şirkətinə müraciət edin və ya gərginlik sabitləşənə qədər gözləyin. Gərginliyin normal dəyəri — 230 V ± 5%, tezliyi — 50 Hz.
  • Əgər gərginlik sabitdirsə, növbəti tövsiyəyə keçin.
3 Maşını işə salın, paltar və yuyucu toz olmadan eyni yuma rejimini işə salın.
  • Əgər xəta görünmürsə, maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir. Xəta elektrik şəbəkəsində qeyri-sabit gərginlik səbəbindən meydana çıxmışdı.
  • Əgər xəta görünməyə davam edirsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!