Samsung qabyuyan maşınında Uc xətası

Son yeniləmə tarixi : 13-06-2024

Nə baş verib

Samsung qabyuyan maşınının ekranında "Uc" xətası göründü.

Quraşdırılan Samsung qabyuyan maşınının ekranında Uc xətası

Səbəb

  • Şəbəkədə gərginlik yolverilən 180-270V diapazonundan kənara çıxır. Bu daha çox ehtimal olunan səbəbdir.
  • Ötürücünün xətası. Olduqca nadir hallarda baş verir.

Nə etməli

Ən əsası — gərginlik məsələsini həll etməkdir. Bunu elektrikin köməyi ilə etmək olar. O, nasazlıqların olub-olmamasını təyin edəcək və zərurət olsa, onları aradan qaldıracaq.

Elektrikə müraciət etməzdən əvvəl gərginliyin normallaşmasını gözləmək olar. Ola bilsin, evdə sadəcə gərginliklə bağlı müvəqqəti problemlər var. Amma əgər problem yoxa çıxmasa, mütəxəssisə müraciət etmək lazımdır.  

Əgər gərginlik normadadırsa, amma "UC" xətası yenə də üzə çıxırsa, Samsung-un səlahiyyətli xidmət mərkəzinə müraciət etməyi tövsiyə edirik. Nadir hallarda qabyuyan maşının ötürcüsünün xətası mümkündür.


Şərhiniz üçün təşəkkür edirik!