Samsung soyuducusunda dondurucu kamera soyumursa, nə etməli
Əgər bütün soyuducunuz pis sərinlənirsə, "Samsung Soyuducusu soyutmur" məqaləsini oxuyun.
Nə baş verir
Dondurucu kamera ərzaqları sərinlətmir.
Səbəb
- Soyuducu sönüb
- Yeni soyuducunun birinci dəfə qoşulması və ya donunun tam açılmasından sonra işə düşməsi
- İşığın müvəqqəti kəsilməsi.
- Smart Conversion texnologiyalı soyuducu.
- Soyuq havanın dondurucu kameraya daxil olduğu dəliklərdə çirklənmə və ya buz.
- Soyuducu onun iqlim sinfinə müvafiq olmayan məkanda quraşdırılıb.
Nə etməli
Əgər soyuducu kamerada işıq yoxdursa, bu, aşağıdakı səbəblərdən ola bilər:
- soyuducu elektrik yuvasına qoşulmayıb.
- "İşə salma" düyməsi "sönülü" vəziyyətdədir (bütün soyuducu modellərində yoxdur, olmasını istifadəçi bələdçisində dəqiqləşdirmək olar, onu Təlimatlar & yükləmələr bölməsində yükləmək olar);
- bölməsində yükləmək olar);
- evdə işıq yoxdur və ya o, qeyri-stabildir;
- enerji kabeli və ya elektrik yuvası zədələnib.
Əgər soyuducu yanılıdırsa və elektrik şəbəkəsi ilə hər şey qaydasındadırsa - soyuducunun işinin diaqnostikası üçün səlahiyyətli servis mərkəzinə müraciət edin.
Əgər siz donun tam açılmasını həyata keçirməsəniz, soyuducuya sərinləmək üçün də vaxt lazım olacaq.
Soyuducunu 10 dəqiqəliyinə elektrik yuvasından ayırın, onu söndürüb-yandırın. Sonra onu birbaşa elektrik yuvasına (uzadıcı olmadan) qoşun, lazımi temperaturu təyin edin (standarta görə +3°C və - 19°C). Birinci dondurucu bölmə sərinləməyə başlayacaq.
- Əgər söndürüb-yandırdıqdan 5-6 saat sonra dondurucu bölmədə lazımi temperatur təyin edildisə — soyuducu normal işləyir.
- Əgər söndürüb-yandırmaq kömək etmədisə və dondurucu kamera sərinləmədisə — soyuducunun diaqnostikası üçün səlahiyyətli servis mərkəzinə müraciət edin.
Mövzu üzrə:
Ola bilsin, sizdə dondurucu kameranın yanılı olduğu və ya soyuducu bölmə kimi işlədiyi rejim var. Lazımi rejimi necə qoşacağınızı soyuducunuzun istifadəçi bələdçisində oxuya bilərsiniz.
Əgər siz bütün əvvəlki tövsiyələri yerinə yetirdiniz, amma dondurucu kamera yenə də ərzaqları sərinlətmirsə, soyuducunun diaqnostikası üçün səlahiyyətli servis mərkəzinə müraciət etməyi tövsiyə edirik.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.