Samsung paltaryuyan maşınında AE, AC, AC6 xətası

Son yeniləmə tarixi : 15-04-2024

Nə baş verib

Paltaryuyan maşının displeyində “AE”, “AC” və ya “AC6” xətası haqda mesaj yazılıb.

Xəta niyə yaranıb

İdarəetmə plataları arasında siqnal yoxdur.

Nə etmək olar

1 Maşını söndürmək üçün enerji təchizatı düyməsini sıxın (Çubuq ilə dairəcik).
2 Maşını elektrik mənbəyindən ayırın.
3 15 saniyədən sonra maşını işə salın və həmin yuma rejimini seçin.
  • Əgər xəta görünmürsə, hər şey qaydasındadır. Paltaryuyan maşından istifadə etməyə davam edə bilərsiniz. 
  • Əgər xəta yenidən görünürsə, işləməsinin diaqnostika edilməsi və texnikanın təmir edilməsi üçün səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!