Samsung paltaryuyan maşınında doldurucu filtri necə təmizləməli

Son yeniləmə tarixi : 13-06-2024

Filtri nə vaxt təmizləmək lazımdır

Yarım ildə bir dəfə və ya "4E", "4C" və ya "E1" xətaları üzə çıxanda. Pas, xırda zibil və ya digər yad hissəciklər doldurucu filtri tıxayır və suyun verilməsini bloklayır, ona görə də filtrin təmizlənməsi - zəruri prosedurdur.  

Filtri necə çıxarmalı və təmizləməli

1 Maşını elektrik yuvasından ayırın.
2 Paltaryuyan maşına axmasın deyə suyu bağlayın. Maşın üçün ayrıca kran yoxdursa, bütün mənzildə soyuq suyu bağlayın. Adətən kran sayğacların yanında yerləşir.
3 Əski parçası və təxminən bir litr həcmində qab hazırlayın.
4 Şlanqlara əliniz çatsın deyə maşını divardan uzaqlaşdırın.
Şlanqlara əliniz çatsın deyə maşını divardan uzaqlaşdırın
5 Su boşaltma şlanqını tapın və onu saat əqrəbinin əksi istiqamətində açmağa başlayın.
Su boşaltma şlanqını tapın və onu saat əqrəbinin əksi istiqamətində açmağa başlayın.

Şlanq asanlıqla açılmağa başlayanda, şlanqın altına əski parçası və qab qoyun və onu tamamilə açın. Şlanqdan bir qədər su çıxacaq.

Şlanqdan bir qədər su çıxacaq.
6 Pinset və ya kəlbətinin köməyi ilə filtri çıxarın və onu suyun altında yuyun. Əgər siz bütün evdə suyu kəsmisinizsə, şlanqı vannaya və ya çanağa yönləndirib kimdənsə suyu açmağı xahiş edin. Şlanqdan su axacaq, onunla filtri yuyun. Yivli birləşmənin daxili hissəsini olduğu kimi, xarici hissəsini də təmizləmək lazımdır.
Pinset və ya kəlbətinin köməyi ilə filtri çıxarın və onu suyun altında yuyun.

Yeni modellərdə filtr iki tordan ibarət ola bilər. Filtri çıxararkən onun xarici toru maşında qala bilər - onu da çıxarmaq və yumaq lazımdır.

Yeni modellərdə filtr iki tordan ibarət ola bilər.

Su boşaltma şlanqında (onun paltaryuyan maşına birləşmə yerində) çıxarmaq və təmizləmək lazım olan əlavə filtrin quraşdırıldığına diqqət yetirin. 

Təmizləmə ilə bağlı bütün manipulyasiyalardan sonra suyu bağlayın.

7 Filtri maşına quraşdırın.
8 Qaykanı saat əqrəbi istiqamətində çevirərək şlanqı yenidən bağlayın və orta güclə sıxın.
9 Suyu açın və onun qaykanın axıb-axmamasını yoxlayın. Əgər su axırsa, deməli, şlanq yiv boyu bağlanmayıb və şlanqın qaykası zəif sıxılıb. Suyu bağlayın, şlanqı açın və yenidən şlanqı fırladın.
10 Suyu bir də açın. Əgər şlanq axıtmırsa, hər şey qaydasındadır - maşını elektrik yuvasına birləşdirmək və ondan istifadə etmək olar.

Şərhiniz üçün təşəkkür edirik!