Samsung soyuducunda temperatur göstəricisi yanıb-sönür
Son yeniləmə tarixi : 24-03-2025
Nə baş verib
Soyuducu və ya dondurucu bölməsində temperatur təyin olunmuş göstəricilərdən yüksək olduqda temperatur indikatoru yanıb-sönür.

Mümkün səbəblər
- enerji təchizatı problemi (elektrik kəsilməsi, gərginlik dalğalanması, ildırım və s.);
- qapının uzun müddət açıq qalması;
- texniki nasazlıq.
Qeyd:
- RB modellərində yanıb-sönən göstərici soyuducu ("Fridge") və ya dondurucu ("Freezer") bölməsində temperaturun təyin olunmadığını göstərir. Temperaturu təyin etmək üçün idarə panelində müvafiq düyməni basın.
- Əgər göstərici 12 saatdan çox yanıb-sönürsə, diaqnostika və təmir üçün ən yaxın rəsmi servis mərkəzinə müraciət edin.
Nə etməli
1
Elektrik şəbəkəsinə qoşulmanı yoxlayın.
Əgər soyuducu uzadıcı kabel, üçlük və ya digər oxşar cihaz vasitəsilə qoşulubsa, onu 15 dəqiqə söndürün və sonra birbaşa rozetkaya qoşun.
Əgər soyuducu uzadıcı kabel, üçlük və ya digər oxşar cihaz vasitəsilə qoşulubsa, onu 15 dəqiqə söndürün və sonra birbaşa rozetkaya qoşun.
2
İstədiyiniz temperaturu təyin edin.
Əgər hansı göstəriciləri təyin etməyi bilmirsinizsə, tövsiyə olunanlar: soyuducu bölməsi üçün +3 °C və dondurucu bölməsi üçün -19 °C. Adətən temperatur bir neçə saat ərzində təyin olunmuş göstəriciyə çatır.

3
Bölmə qapısının möhkəm bağlanmasını yoxlayın.
4
Soyuducuya ən azı 5 saat (daha uzun müddət daha yaxşıdır) nəzarət edin.
Əgər soyuducu təyin olunmuş temperaturu bərpa etmirsə, diaqnostika və təmir üçün ən yaxın rəsmi servis mərkəzinə müraciət edin.
Əgər soyuducu təyin olunmuş temperaturu bərpa etmirsə, diaqnostika və təmir üçün ən yaxın rəsmi servis mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.