Samsung qabyuyan maşınında E9 və ya bc2 xətası
Son yeniləmə tarixi : 13-06-2024
Nə baş verir
Qabyuyan maşının displeyində "E9" və ya "bC2" mesajı əks olunur.
Displeyi olmayan qabyuyan maşın modelində aşağıdakı indikatorlar eyni anda yanıb-sönür:
"Qənaətcil yuma" və "İlkin yuma" |
Səbəb
- Düyməyə və ya idarəetmə panelinə su düşüb və ya toz yığılıb.
- İdarəetmə panelindəki düymə 30 saniyə ərzində basılı vəziyyətdə qalıb.
- İdarəetmə panelindəki düymənin nasazlığı.
Nə etməli
1
Modelinizdə düymələr varsa, idarəetmə panelində "sıxılaraq" qalmış düymələrin olmadığından əmin olun (yəni, düymə sıxılmış vəziyyətdədir və ilkin mövqeyə qayıtmır)
- Düymənin sıxılmış vəziyyətdə olduğunu görsəniz, onun ilkin mövqeyə qayıtması üçün bir neçə dəfə üzərinə basın.
- Bu tövsiyə kömək etmirsə, 4-cü maddəyə keçid edin.
2
Modelinizdə sensorlu idarəetmə paneli varsa, idarəetmə panelinin üzərində ləkə və ya suyun olmamasından əmin olun.
- Hər hansı izlər varsa, idarəetmə panelini yaxşıca silin və qabyuyan maşının işini yenidən yoxlayın.
- İdarəetmə panelinin üzərinə su düşübsə, onu yaxşıca silin və qurumağa imkan verin (1 - 2 saat), sonra isə qabyuyan maşının işini yenidən yoxlayın.
3
Düymələri və idarəetmə panelini mexaniki zədələrin, məsələn, zərbə izləri, çatlar və s. olmaması baxımından yoxlayın.
- Mexaniki zədələr varsa — təəssüf ki, bu hal zəmanətlə əhatə olunmur, zəmanətlə əhatə olunmayan təmir üçün xidmət mərkəzinə müraciət edin.
- Mexaniki zədələr yoxdursa — növbəti maddəyə keçid edin.
4
Qabyuyan maşının diaqnostikası və təmiri üçün xidmət mərkəzi ilə əlaqə saxlayın.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.