Samsung paltaryuyan maşınının displeyində BE, BE1, BE2, BE3, BC, BC2, EB xətaları

Son yeniləmə tarixi : 15-04-2024

Nə baş verib

Paltaryuyan maşınının displeyində "BE", "BE1", "BE2", "BE3", "BC", "BC2" və ya "EB" xətası haqda mesaj yazılıb.

Samsung paltaryuyan maşınının displeyində BE, BC, EB xətaları

Xəta nə deməkdir

İdarəetmə panelinin üzərindəki hansısa düymə ilişib (batıb yapışıb).

Sonra nə etmək lazımdır

İdarəetmə panelinin üzərindəki düymələrə diqqətlə baxış keçirin və hansısa bir düymənin ilişib - ilişmədiyini yoxlayın.

Onun başlanğıc vəziyyətinə geri qayıtması üçün ilişib qalmış düymənin üzərinə bir neçə dəfə basın.

  • Əgər düymə başlanğıc vəziyyətinə qayıtdısa, maşından istifadə etməyə davam edin, onunla hər şey qaydasındadır.
  • Əgər düymə başlanğıc vəziyyətinə qayıtmadısa, texnikanın təmir edilməsi üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Maşını elektrik təchizatı düyməsi ilə bir dəqiqəlik söndürün. Sonra maşını işə salın və istənilən yuma rejimini seçin.

  • Əgər xəta görünmürsə, maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir.
  • Əgər xəta görünməyə davam edirsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!