![Biri digərinin üzərində, azacıq bucaq altında olan İki Galaxy S25 Ultra cihazı. Arxadan görünən bir cihaz S Pen ilə təchiz olunub. Galaxy AI.](http://images.samsung.com/az/smartphones/galaxy-s25-ultra/images/galaxy-s25-ultra-features-kv.jpg?imbypass=true)
Əsas məqamları qaçırmayın
Sadə. Təsirli
Galaxy S25 Ultra cihazının yuxarı hissəsinin yaxından görüntüsü dəbdəbəli dizaynı göstərir. Cihaz dairəvi künclərini göstərmək üçün fırlanır və S Pen görüntüdə peyda olur.
Galaxy S25 Ultra modelinin dairəvi dizaynı Galaxy S Series modelləri üçün vahid kimliyi ifadə edir. Dəbdəbəli və güclü titan çərçivəsi və daxilə inteqrsiya edilmiş S Pen qələmi ilə bu cihaz ultra-müasir cəsarətli dizaynın vizyonudur.
Galaxy AI
Now Bar soldan sağda peyda olur və Now Brief bildiriş daxil olur. Sonra Now Bar fokusa gətirilən Galaxy S25 Ultra cihazının əsas ekranın aşağı hissəsinə keçir. Now Bar-dan daxil olan üç digər bildiriş birinci bildiriş, taymer, musiqi və məşqin üzərində toplanmış kimi görünür.
Hər bir ehtiyacınıza sizi bir addım qabaqlayan AI yoldaşı ilə mobil AI-ın növbəti erasına zəng edin. Sadəcə təbii söhbətə gündəlik tapşırıqlara asanlıqla yerinə yeitrməsinə imkan verin.
Basın, danışın, bu qədər
Galaxy S25 Ultra-nın yan düyməsi görünür. Videoda qeyd olunan yerləri sıralamaq və Note kimi saxlamaq üçün təbii dildən istifadə edərək Google Gemini-dən soruşmaq məqsədilə yan düyməyə basıb saxlayın. Onlayn axtarış etmək və sonra Note yaratmaq və saxlamaq üçün müxtəlif proqramlardan keçəcək.
Müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac olmadan, tapşırıqlarınızı fasiləsiz şəkildə tamamlayın. Sadəcə kömək əldə etmək məqsədilə Google Gemini-nə keçid əldə etmək üçün yan düyməni basın və hər şey bir toxunuşla həll olunacaq.
Canlı açın, cavablarınızı əldə edin
Gemini Live aktivdir və Talk Live seçilib. Sonra Gemini Live-a qoşma şəklində təsvir göndərilir. Gemini Live təsviri təhlil edir və siz təbii səslənən dildən istifadə edərək məzmun barədə onunla danışa bilərsiniz.
İdeyaları beyin həmləsindən keçirmək və ya şəkillər əlavə etməklə təqdimatlara hazırlaşmaq üçün Gemini Live ilə sərbəst axıcı söhbət aparmaq və söhbət tərzinizə uyğnlaşan real vaxt rejimində cavablar əldə etmək.
Gününüz üçün fərdiləşdirilmiş təlimatlar
Now Brief gün ərzində fərdi qısa bildirişlər göndərir. Səhər üçün qısa bildirişlərə hava proqnozu və Energy Score yeniləmələri, Günorta qısa bildirişlərinə avtomobil idarəetmə tövsiyələri və müddəti bitən kuponların yenilənməsi haqqında məlumatlar, Axşam qısa bildirişlərinə isə, qalereyanızdan seçilən şəkillərlə günü fotosunun göstərilməsi və gündəlik fəaliyyətin əsas məqamları daxildir.
Tam yeni Now Brief funskiyasından gün ərzindən fərdiləşdirilmiş təlimatlar əldə edin.
Ən son Energy Score göstəricinizin və məşğul cədvəlin xatırlatmalarını yoxlanılması kimi səhərinizi növbəti günün planlaması ilə başlayın. Sonra isə axşam çağı gündəlik fəaliyyət təhlili ilə günün hadisələri üzərindən təkrar keçin.
Dairəyə alın, tapın. Eşidin, tapın
Google ilə Dairəyə alaraq axtarın funksiyası ekranınızda istənilən şeyin axtarışını həyata keçirməyə və AI İcmallarla məlumatları daha tez əldə etməyə imkan verir. Sadəcə obyekti, o cümlədən, şəkilləri, videoları və ya mətni barmağınızla və ya S Pen ilə dairəyə alın və nəticələr dərhal sizə təqdim olunacaq. Siz hətta, tətbiqlərə keçmədən, müvafiq anda eşitdiyiniz mahnını belə axtara bilərsiniz.
![Google ilə Dairəyə alaraq axtarın.](/samsung/resources/global/galaxy-s25-ultra/common/images/blank.gif)
Barmağınızın ucunda səs studiyası
Subyektlərin videosu ortadan səs dalğaları keçərək nümayiş olunur. Audio Eraser ilə seçilmiş arzu olunmayan səs 0-da ən minus 100 qədər azaldıla bilər. Minus 100-də, Səssiz seçilir.
Şəxsi məlumatlar şəxsi qalır
Şəxsi Məlumatlar Mühərriki sizin əsas məlumatları birləşdirir və emal edir və xüsusi təklifləri təmin edir. O, bu məlumatları şifrələyir və onu Knox Vault-da yaddaşa verməklə onlara başqalarının çıxışının qarşısını alır.
Ən Qabaqcıl AI ProVisual Engine
Bizim yeni nəslə aid Provisual Engine mühərriki güclü prosessorla dəstəklənir və o, da ən yaxşı kamera və montaj təcrübəsi üçün sizə şəkilləri çəkməyə, izləməyə və montaj etməyə imkan verəcək.
Galaxy S25 Ultra telefonunun kamera obyektivinin içərisinin yaxından görüntüsü verilir, sonra isə yan tərəfdən bucaq altında nümayiş olunur. Əksetdirmələr və virtual işıq linza üzərində fırlanır və yenidən içəridə itir.
- 12 MP Selfi kamerası
- 50 MP Ultra geniş
- 200 MP Geniş bucaq 2x optik keyfiyyətli zoom
- 50 MP Telefoto 5x optik zoom və 10x optik keyfiyyətli zoom
- 10 MP Telefoto 3x optik zoom
Rəqabətsiz Gecə çəkilişi videosu. Daha az səs, daha çox aydınlıq
Axşam çağı küçədə qadın və itin kadrı çəkilir. İt qadına doğru qaçır və şəkil Galaxy S25 Ultra-nın kamerası sayəsində daha aydındır.
İndi siz daha da möhtəşəm videoqrafiya təcrübəsi üçün təkmilləşdirilmiş 10-bit HDR ilə çəkiliş edə bilərsiniz. Bizim qabaqcıl AP prosessorumuz küyün daha dəqiq aradan qaldırılmasını təmin etdiyinə görə siz artıq küylü gecə kadrları haqqında narahat olmayacaqsınız.,
Yeni 50 MP Ultra Geniş kamerası ilə adilər içində qeyri-adiyə fokuslanın və dəqiq təfərrüatlı makro kadrlar çəkin.
Space Zoom. Görünməyəni görün
AI təkmilləşdirilmiş Space Zoom ilə 1x-dən hiss olunmayan dərəcə 100x keçid edərək ağlınıza gətirə biləcəyinizdən daha uzağı görün.,
Subyektin 0.6 dəfə böyük miqyasda körpünü keçməsi nümayiş olunur. Sonra, 1 dəfə böyük miqyasda, 2 dəfə böyük miqyasda, 3 dəfə böyük miqyasda, 5 dəfə böyük miqyasda, 10 dəfə böyük miqyasda, 30 dəfə böyük miqyasda, 50 dəfə böyük miqyasda, 70 dəfə böyük miqysda, 100 dəfə böyük miqyasda və sonra geriyə 10 dəfə böyük miqyasda nümayiş olunur. Miqyasın artırılması və ya kiçilməsindən asılı olmayaraq, təfərrüatlar aydın qalır.
Montaj üçün peşəkar səviyyəli çəkiliş
Expert RAW ilə hər bir kadrı peşəkarcasına çəkin
Expert RAW ilə Şəkillərinizi peşəkar kimi çəkin. Şəkillərinizi çəkdikdən sonra, RAW faylları qalereya yaddaşa verilməklə çevik montaja hazır olur.,
![Expert RAW-dan istifadə edərək çiçək redaktə olunur. Ekspoziya daxil olmaqla müxətlif redaktə seçimləri mövcuddur.](/samsung/resources/global/galaxy-s25-ultra/common/images/blank.gif)
Log video ilə filmə bənzər şah əsərlər yaradın.
Sadəcə Log videoda çəkiliş etməklə peşəkar avadanlığa ehtiyac olmadan xüsusi anları və kölgələri çəkin. Sonra isə, keyfiyyəti itirmədən rəng dərəcəsi kimi detallı redaktə üçün ekspert alətlərindən istifadə edin.
Galaxy S25 Ultra cihazının əsas ekranında Log video rejimində çəkilişi aparılan göl kənarında iki subeyktin gəzişməsi nümayiş olunur. Çəkiliş rejimindəki kadr açağı kontrastda göstərilir və peşəkar rəng dərəcəsi tətbiq edildikdə daha dinamik rəng keçidi və kontrast görünür.
Galaxy üçün xüsusi hazırlanmış ən güclü prosessor
Xüsusi olaraq Galaxy üçün hazırlanmış AP görünür, daha sonra isə, Night Crows oyunundan bir səhnəyə çevrilir. Galaxy üçün Snapdragon 8 Elite əsasında.
Xüsusilə Galaxy üçün hazırlanmış ən güclü prosessorumuzu sizə təqdim edirik. Təkmilləşdirilmiş real vaxt rejimində şüa izləmə (Ray Tracing) və Vulkan optimallaşdırması ilə, siz, Galaxy üçün Snapdragon® 8 Elite Mobil Platfroma sayəsində, ultra səlis oyun prosesindən zövq alaraq, tamamilə hadisələrin içinə dala biləcəksiniz.,,
-
CPU
37 % daha sürətli emal
-
GPU
30 % təkmilləşdirilmiş qrafika performansı
-
NPU
40 % daha sürətli AI performansı
Dəqiq miqyaslama. Fərqi hiss edin
Galaxy cihazını displeyində əvvəl və sonra müqayisəsi ProScaler effektəri təsvir edir. Prosscale daha təffərrüatlı qrafikanı təqdim edir.
ProScaler, qabaqcıl AI alqoritmin köməyi ilə, icazəni artırır, bununla da, displey tənzimləmələrini dəyişmək ehtiyacı olmadan, yüksək icazəli görüntünü izləmə imkanını təmin edir.,
Galaxy-yə keçid edin
Daha ətraflıGalaxy ilə birlikdə daha yaxşıdır
Ağıllı, bağlantıılı həyat üçün Galaxy-də digər Samsung cihazları ilə Galaxy S25 Ultra cihazını sinxronlaşdırın.
-
Galaxy S25 ∣ S25+
Daha ətraflı -
Galaxy Tab S10 Ultra
Daha ətraflı -
Galaxy Watch7
Daha ətraflı -
Galaxy Buds3 Pro
Daha ətraflı
Gələcəyə yönəlmiş yanaşmamız
Nə tökərsən aşına, o da çıxar qarşına. Biz bütün məhsulların ömür dövründə məhsul enerji səmərəliliyinə fokuslanırıq. Hər bir xırda detal kömək edir və biz daha çox işlər görməyə maraqlıyıq.
Telefonunuzu telefon qabında saxlayın, onu özünüzkü edin
Nə olursan olsun, tərzinizə uyğunlaşmaq üçün nəzərdə tutulub. Böyük şəxsiyyət ilə funksional aksessuarları əldə edin.
![Yastı düzülmüş dörd Galaxy S25 Series cihazının arxadan görüntüsü. Yuxarı sağ tərəfdən saat əqrəbi istiqamətində, üzərinə qırmızı rəngdə Silikon örtüyə taxılmış Galaxy S25 plus, üzərinə Qara rəngdə Qoruyucu örtüyə taxılmış Galaxy S25 Ultra modeli və yanında S Pen nümayiş olunur. Sonra, üzərinə Boz rəngdə Standing Grip örtük taxılmış Galaxy S25 plus və üzərində Keith Haring qrafikası olan Flipsuit örtüyünün flip kartı ilə digər Galaxy S25 plus nümayiş olunur.](/samsung/resources/global/galaxy-s25-ultra/common/images/blank.gif)
Tez-tez verilən suallar
![](/samsung/resources/global/galaxy-s25-ultra/common/images/blank.gif)
- Nəticələr yalnız illüstrativ məqsədlər üçün təqdim edilir. İnternetə qoşulma və Google Hesabına giriş tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə görə dəyişə bilər. Uyğun tətbiqlərlə işləyir. Abunəlikdən asılı olaraq, xüsusiyyətlər dəyişə, nəticələr isə, fərqli ola bilər. Müəyyən funksiyalar və ya tətbiqlərin tənzimlənməsi tələb oluna bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.
- Nəticələr çəkiliş şəraitindən, o cümlədən çoxsaylı subyektlər, fokusdan kənarlılıq və ya hərəkət edən obyektlərdən asılı olaraq dəyişə bilər.
- Əvvəlki modellərlə müqayisədə.
- LTE üzərindən standart parametrlər üzrə Bluetooth vasitəsilə qulaqlığa qoşulan verilmiş modelin buraxılışdan əvvəlki versiyası ilə Samsung daxili laboratoriya sınaq şərtlərinə əsaslanır. Videonun oxudulması (video faylın ayırdetmə qabiliyyəti 720p cihazda saxlanmışdır) zamanı batareyanın tutumu və batareyanın enerji istehlakı üzərində ölçülmüş cərəyanla müvafiq olaraq hesablanmışdı. Faktiki video oxutma müddətləri şəbəkə bağlantısı, parametrlər, fayl formatı, ekran parlaqlığı, batareya vəziyyəti və bir çox digər amillərə görə dəyişə bilər.
- Titan yalnız cihazın çərçivəsinə tətbiq olunur. Çərçivəyə səs səviyyəsi"ələri və yan"ələr daxil deyil.
- Rəng mövcudluğu ölkə və ya operatordan asılı olaraq fərqlənə bilər.
- Corning® Gorilla® Armor 2 cihazın ön və arxa hissəsinə tətbiq olunur.
- Dərinliyi 1,5 metrə qədər olan suya 30 dəqiqəyə qədər batırılması laboratoriya testinə əsaslanır. Tozun daxil olması istisna edilib. Cihazın su ilə təmasdan tam müdafiə olunması (tozkeçirməz olması), su- və tozkeçirməz olması həmişəlik deyil və, zamanla, təbii köhnəlmə səbəbi ilə, bu xüsusiyyətlər zəifləyə bilər.
- Nəticələr yalnız illüstrativ məqsədlər üçün təqdim edilir. Gemini Live funksiyası üçün İnternetə qoşulma və Google Hesabına giriş tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə görə dəyişə bilər. Abunəlikdən asılı olaraq, xüsusiyyətlər dəyişə, nəticələr isə, fərqli ola bilər. Müəyyən funksiyalar və müəyyən hesablar üçün uyğundur. Yalnız 18 yaşına çatmış və ya daha böyük şəxslər üçün. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.
- Now Brief funksiyasından istifadə etmək üçün Samsung Hesabına daxil olmaq tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə, tətbiqlərə görə dəyişə bilər. Bəzi funksiyalar şəbəkəyə qoşulma tələb edə bilər. Kontekstə əsasən Qaydaların təklif edilməsi məqsədilə Personal Data Engine-dan istifadə etmək üçün Rejimlər və Müəyyən edilmiş qaydalar aktivləşdirilməlidir. İstifadəçilərdən fotoşəkillərə, audio fayllara və təqvim tədbirlərinə keçidə icazənin və digər icazələrin verilməsi tələb oluna bilər. Nümayiş siyasətindən asılı olaraq, məqamları göstərməyə bilər. Məqamlar funksiyasının fotoşəkillər üçün verdiyi təsvir istifadəçinin niyyəti ilə üst-üstə düşməyə bilər. Tədbir qrafiki bildirişləri Android təqvimləri verilənlər bazasından istifadə edən təqvim tətbiqləri tərəfindən dəstəklənir və Samsung Calendar quraşdırılmış olduğu halda istifadə oluna bilər. Kuponlarla bağlı bildirişlər yalnız Samsung Pulqabına əlavə edilmiş etibarlılıq müddəti bitmiş kuponlarla əlaqədar göndərilir. Enerji göstəricilərinin yoxlanması üçün, Samsung Galaxy Watch-dan sağlamlıqla bağlı əldə olunan verilənlər Samsung Health tətbiqi ilə sinxronlaşdırılmalıdır. Əldə olunan nəticə yalnız şəxsi olaraq vəziyyətlə tanış olmağınız üçün nəzərdə tutulub və tibbi məqsədlərlə istifadə oluna bilməz.
- Dairəyə alaraq axtarın Google MMC-nin ticarət nişanıdır. Qısaldılmış və simulyasiya edilmiş ardıcıllıqlar. Yalnız illustrativ məqsədlər üçün nəticələr Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə görə dəyişə bilər. İnternetə qoşulma tələb olunur. İstifadəçilər Android və Google tətbiqini ən son versiyaya uyğun olaraq yeniləməli ola bilər. Vizual oxşarlıqlardan asılı olaraq nəticələr fərqlənə bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir. Uyğun tətbiqlər və səthlərlə, habelə, yalnız ambient musiqi ilə işləyir. Qulaqlıqlardan gələn musiqini və ya telefonun səsi batırıldığı halda musiqini müəyyən etmir.
- Hər bir videoda, videodakı səsdən asılı olaraq, nəticələr fərqli ola bilər. Samsung Hesabına giriş tələb olunur. Müəyyən səs növləri, məsələn, səslər, musiqi, külək, təbiət, kütlə və səs-küy müəyyən edilə bilər. Faktiki olaraq, səs, audio mənbədən və videonun vəziyyətindən asılı olaraq, fərqli şəkildə müəyyən edilə bilər. Nəticələrin dəqiqliyinə zəmanət verilmir.
- Enerji göstəriciləri (Energy score) Androidlə (Android 11 və ya daha yeni versiya) işləyən telefonlarda mövcuddur və bu funksiyadan istifadə etmək üçün Samsung Health tətbiqi (v6.27 və ya daha yeni versiyada) tələb olunur. Samsung Hesabına giriş tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, bölgəyə və ya dilə görə dəyişə bilər. Enerji göstəricisinin yoxlanması üçün Samsung Galaxy Watch-dan (Galaxy Watch 4 seriyası və OS 5.0 və ya daha yeni versiya ilə işləyən daha yeni modellər) izlənilən sağlamlıq haqqında verilənlər Samsung Health tətbiqi ilə sinxronizə edilməlidir. Ən azı əvvəlki günə aid fəaliyyət və yuxu barədə verilənlər, habelə, yuxu saatlarında nəbzlə bağlı verilənlər tələb olunur. *Hər hansısa bir tibbi xəstəliyin aşkarlanması, diaqnostikası, müalicəsində istifadə üçün nəzərdə tutulmayıb. Nəticələr yalnız şəxsi məlumatlılıq məqsədləri ilə istifadə oluna bilər. Məsləhət üçün həkimə müraciət etməyiniz xahiş olunur.
- Galaxy Watch cihazları ayrı satılır.
- Knox Matrix One UI 7.0 və ya sonrakı versiya ilə işləyən Galaxy smartfon və tabletlərində dəstəklənir. Mövcudluq ölkə və ya regiondan asılı olaraq dəyişə bilər.
- Optik Keyfiyyətli Zoom Adaptive Pixel sensoru tərəfindən aktivləşdirilir. 3x və 5x məsafələr optik böyütmədir. 2x və 10x məsafələr optik keyfiyyətdə böyütmədir.
- 100X Space Zoom-a 10x optik keyfiyyətli böyütmə və Super Resolution texnologiyası ilə 100x rəqəmsal böyütmə daxildir. 10x-ə keçmiş yaxınlaşdırma məsafələri keyfiyyətinin müəyyən dərəcədə pisləşməsinə səbəb ola bilər.
- AI Zoom rəqəmsal böyütmə uzunluqları arasındakı məsafələrə tətbiq edilir. Nəticələrin düzgünlüyünə zəmanət verilmir.
- Expert RAW istifadə etməzdən əvvəl pulsuz olaraq Galaxy Store-dan ayrıca endirilməlidir. S25, S24 və S23 seriyalı cihazlarda, S22 seriyalı cihazlarda, S21 Ultra, S20 Ultra, Note20 Ultra, Z Fold6, Z Flip6, Z Fold5, Z Fold4, Z Fold3 və Z Fold2-də dəstəklənir. Nəticələr montaj üsulundan və/və ya çəkiliş şəraitindən, o cümlədən çoxsaylı subyektlər, fokusdan kənarlılıq və ya hərəkət edən subyektlərdən asılı olaraq dəyişə bilər.
- Galaxy S25 Seriyasından olan və daha yeni cihazlarda Log Video dəstəklənir. Redaktə üsulundan və/və ya çəkiliş şəraitindən asılı olaraq, nəticələr dəyişə bilər. Orijinal Log Video materialı yastı və boz rəngli görünə bilər. Müəyyən redaktə vasitələrindən istifadə edərək, rənglərin korreksiyası tələb olunur.
- Galaxy S24 Ultra ilə müqayisədə.
- Galaxy S24 Ultra ilə müqayisədə AP performans təkmilləşdirmələri göstərilir. Faktiki performans istifadəçi mühitindən, şərtlərdən və əvvəlcədən quraşdırılmış proqram təminatı və tətbiqlərdən asılı olacaq.
- Snapdragon markalı məhsullar Qualcomm Technologies, Inc. şirkətinin və/və ya onun törəmə şirkətlərinin məhsullarıdır.
- ProScaler funksiyası Galaxy S25+ və Ultra modellərində dəstəklənir. Şəkillərin keyfiyyəti, cihazın ekran icazəsi tənzimləmələrindən asılı olaraq, "QHD+"-a qədər artırıla bilər.
- Yaddaş yeri üzrə seçimlər və mövcudluq operator, ölkə və ya regiondan asılı olaraq dəyişə bilər. Faktiki yaddaş mövcudluğu əvvəlcədən quraşdırlımış proqram təminatından asılı olaraq fərqlənə bilər.
- Bəzi funksional vidjetlər üçün şəbəkə bağlantısı və/və ya Samsung Account hesabına giriş tələb edilə bilər. Tətbiqlərdə dəstəklənən funksiyaların mövcudluğu ölkədən asılı olaraq fərqlənə bilər.
- Android™ cihazlarından simli köçürmələr qəbul edən cihazdan Android™ 4.3 və ya daha yeni versiyaya malik olmasını tələb edir və göndərən cihaz Android™ 4.3 və ya daha yeni versiyaya sahib olmalıdır. Köçürmələr simsiz əlaqə vasitəsilə kabelsiz tamamlana bilər. Simsiz bağlantılar üçün qəbul edən cihazda Android™ 4.0 və ya daha yeni versiya, göndərən cihazda isə Android™ 4.0 və ya daha yeni versiya olmalıdır. Qəbul edən Galaxy cihazında "Parametrlər" bölməsində Smart Switch Mobile tətbiqini açın və ya Galaxy Store-dan Smart Switch Mobile tətbiqini endirin. Köçürmə üçün mövcud olan məlumat, məzmun və tətbiqlər ötürmə üsuluna görə fərqlənə bilər.
- iOS-dan simli köçürmələr qəbul edən cihazdan Android™ 4.3 və ya daha yeni versiya, göndərən cihazdan isə iOS 5 və ya daha yeni versiyaya malik olmasını tələb edir. Köçürmələr simsiz əlaqə və ya iCloud vasitəsilə kabelsiz tamamlana bilər. Simsiz bağlantılar üçün qəbul edən cihazda Android™ 4.0 və ya daha yeni versiya, göndərən cihazda isə iOS 12 və ya daha yeni versiya olmalıdır. iCloud köçürmələri qəbul edən cihazdan Android™ 4.0 və ya daha yeni versiya, göndərən cihazda isə iOS 5 və ya daha yeni versiyaya malik olmasını tələb edir. Qəbul edən Galaxy cihazında "Parametrlər" bölməsində Smart Switch Mobile tətbiqini açın və ya Galaxy Store-dan Smart Switch Mobile tətbiqini endirin. Simsiz ötürmələr üçün iPhone və ya iPad-də App Store-dan iOS üçün Smart Switch tətbiqini endirin. Köçürmə üçün mövcud olan məlumat, məzmun və tətbiqlər ötürmə üsuluna görə fərqlənə bilər. Kontaktlar, qalereya, videolar, təqvimlər və xatırlatmalar iOS cihazından simsiz ötürülə bilər.
- Müxtəlif verilənləri bir anda köçürərkən naqilli bağlantıdan istifadə etmək tövsiyə olunur.
- Galaxy Buds3 Pro, Galaxy Watch7 və Galaxy Tab S10 ayrıca satılır.
- Diaqonal şəkildə tam düzbucaq altında ölçülüb. Faktiki görünən sahə dairəvi yuvarlanmış künclər və/və ya kamera dəliyi sayəsində daha kiçikdir. Diaqonal şəkildə ölçüldükdə Galaxy S25 modelinin ekran ölçüsü tam düzbucaq olaraq 6.2", yumru küncləri hesaba alınmaqla isə 6.0", Galaxy S25+ modelinin ekran ölçüsü tam düzbucaq olaraq 6.7", yumru küncləri hesaba alınmaqla isə 6.5" və Galaxy S25 Ultra modelinin ekran ölçüsü tam düzbucaq olaraq 6.9", yumru küncləri hesaba alınmaqla isə 6.8" təşkil edir.
- Tipik dəyər üçüncü tərəfin laboratoriya şəraitində sınaqdan keçirilmişdir. Tipik dəyər IEC 61960 standartı üzrə sınaqdan keçirilmiş batareya nümunələri arasında batareya tutumunda sapma nəzərə alınmaqla təxmin edilən orta dəyərdir. Nominal tutum Galaxy S25 üçün 3885 mA/s, Galaxy S25+ üçün 4755 mA/s və Galaxy S25 Ultra üçün 4855 mA/s təşkil edir.