Səyyar SSD USB 3.2 T7 Touch 2ТB
MU-PC2T0S/WW
QR kodunu smartfonunla skan et və obyekti otağına yerləşdir.
Əsas məqamlar
Özəlliklər
Təkmilləşdirilmiş xarici toplayıcı
Oyun oynamağınız, film seyr etməyiniz və fayllarla işləməyinizdən asılı olmayaraq, son dərəcə yığcam ölçülü portativ Portable SSD T7 toplayıcısı sürət və məlumatlarınızın təhlükəsizliyini təmin edəcək. Xarici toplayıcının yeni səviyyəsini qiymətləndirin.
Məlumatların köçürülməsi
USB 3.2 Gen2 interfeysli SSD T7 Touch toplayıcısının yüksək sürəti məlumatlarınızın praktik olaraq saniyələr içərisində köçürülməsini təmin edəcək. Toplayıcının özünə quraşdırılmış PCIe NVMe texnologiyası ardıcıl oxunma/yazılma prosesini müvafiq olaraq 1050/1000 MB/saniyəyədək sürətləndirir. Bunun sayəsində T7 Touch toplayıcının iş sürəti əvvəlki T5 toplayıcısının iş sürətindən demək olar ki, iki dəfə çoxdur.
* İstismar xassələri sistem konfiqurasiyasından asılı ola bilər. Məlumatların oxunma/yazılma sürətlərinin maksimum 1050/1000 MB/saniyəyə çatmasını təmin etmək üçün, host-cihaz və birləşdirici kabellər USB 3.2 Gen 2 protokolunu dəstəkləməli, UASP rejimi isə aktivləşdirilmiş olmalıdır. ** Məlumatlar bu toplayıcının firma laborator sınaqlarının və Samsung HDD 1TB(HX-MTD10EA) xarici sərt diskinin xassələrinin müqayisəsindən əldə olunmuş nəticələrə əsaslanır. Sınaq üçün aşağıdakı sistem konfiqurasiyası istifadə olunmuşdur: ASUS Z370 ROG MAXIMUS X APEX (USB 3.2 Gen 2 Type-C), Intel® Core i7-8700K CPU @ 3.70GHz(Coffeelake), OS-Windows 10 RS6.
Konstruksiya möhkəmliyi və məlumatların təhlükəsizliyi
Etibarlı konstruksiya
SSD qısaltması Solid State Drive (bərk cismli toplayıcı) deməkdir. Yəni, onun içərisində hərəkət edən hissələr yoxdur. Möhkəm metal korpus onun içərisindəki elektron komponentləri etibarlı şəkildə qoruyur və elektronikanın zərbələrə və 2 metrədək hündürlükdən düşməyə qarşı həssas olmamasını təmin edir. Nəhayət, T7 Touch toplayıcısı 3 illik məhdud zəmanətlə təmin olunmuşdur.
* Düşmə zamanı zərbələrə qarşı dayanıqlığı müəyyən etmək üçün zavod sınaqları nəzarət olunan şəraitdə aparılmışdır. ** Zəmanət barədə əlavə məlumatı www.samsung.com/az/support saytından əldə etmək mümkündür.
* Düşmə zamanı zərbələrə qarşı dayanıqlığı müəyyən etmək üçün zavod sınaqları nəzarət olunan şəraitdə aparılmışdır. ** Zəmanət barədə əlavə məlumatı www.samsung.com/az/support saytından əldə etmək mümkündür.
Girişin sensorlu qorunması
Giriş rahatlığınızı pozmadan məlumatlarınızın təhlükəsizliyini təmin edin. T7 Touch toplayıcısına quraşdırılmış məlumat mühafizəsi opsiyalarına 256 bit AES şifrələmə sistemi daxildir. Onlar məlumatlara keçidi barmaq izi və ya şifrənizlə bloklanmadan çıxartmağa imkan verir.
SSD vəziyyətinin işıq diodlu indikatoru
SSD T7 Touch toplayıcısının korpusunda işıq diodlu kvadrat indikator var. Onun işığı hal-hazırda toplayıcı ilə nə baş verdiyini bildirir. Toplayıcı korpusunun iki klassik rəngindən birini seçin - qara və ya nəfis boz rəng toplayıcının tutum nominalına uyğundur: 500 GB, 1 TB və ya 2 TB.
* Rəng seçimi toplayıcının tutum göstəricilərindən asılı ola bilər. **1 GB = 1000000000 bayt, 1 TB = 1000000000000 bayt. Daha kiçik tutum göstəriciləri başqa ölçmə standartından istifadəyə görə ola bilər.
Nazik və yığcam
T7 Touch toplayıcısının standart əlamətləri onun nazikliyi və cibə yerləşən ölçüdə olmasıdır. Toplayıcının çəkisi 58 qramdır, ölçülərinə görə isə kredit kartını xatırladır. Zərif və möhkəm alüminium korpusu sayəsində toplayıcı əlinizin içərisində rahat yerləşir.
Toplayıcının idarə olunması üçün proqram təminatı
T7 Touch toplayıcısı fərdi kompüter və Mac əməliyyat sistemləri üçün yenilənmiş proqram təminatı ilə birlikdə təchiz olunur. Bu, parollar quraşdırmağa və barmaq izi skanerini tənzimləməyə və proqram təminatının ən son yenilənmələrini əldə etməyə imkan verir. Siz həmçinin Android əməliyyat sistemli smartfonlar və planşetlər üçün mobil tətbiq yükləyə bilərsiniz.
*Proqram təminatını quraşdırmaq üçün Windows 7 və daha yeni, Mac OS X 10.10 və daha yeni, yaxud Android 5.1 (Lollipop) və daha yeni əməliyyat sistemi tələb olunur. Daha köhnə Windows, Mac və Android əməliyyat sistemləri dəstəklənməyə bilər. ** Proqram təminatının yenilənməsi üçün toplayıcı fərdi və ya Mac kompüterinə qoşulmalıdır. Android üçün tətbiqi Google Play resursundan əldə etmək mümkündür.- * Host-cihazlar ilə uyğunluq dəyişə bilər. Bəzi əməliyyat sistemləri üçün T7 toplayıcısının təkrar formatlaşdırılması tələb oluna bilər. Uyğun cihazların siyahısını www.samsung.com/az/support saytında əldə etmək mümkündür. ** T7 toplayıcısı USB 3.0 və USB 2.0 ilə uyğundur.
- * Host-cihazlar ilə uyğunluq dəyişə bilər. Bəzi əməliyyat sistemləri üçün T7 toplayıcısının təkrar formatlaşdırılması tələb oluna bilər. Uyğun cihazların siyahısını www.samsung.com/ru/support saytında əldə etmək mümkündür.
** T7 toplayıcısı USB 3.0 və USB 2.0 ilə uyğundur. - * Host-cihazlar ilə uyğunluq dəyişə bilər. Bəzi əməliyyat sistemləri üçün T7 toplayıcısının təkrar formatlaşdırılması tələb oluna bilər. Uyğun cihazların siyahısını www.samsung.com/ru/support saytında əldə etmək mümkündür.
** T7 toplayıcısı USB 3.0 və USB 2.0 ilə uyğundur. - * Host-cihazlar ilə uyğunluq dəyişə bilər. Bəzi əməliyyat sistemləri üçün T7 toplayıcısının təkrar formatlaşdırılması tələb oluna bilər. Uyğun cihazların siyahısını www.samsung.com/ru/support saytında əldə etmək mümkündür.
** T7 toplayıcısı USB 3.0 və USB 2.0 ilə uyğundur.
Dünyanın №1 Fleş yaddaşı
2002-ci ildən yaddaş sistemləri istehsal edən dünya liderindən SSD toplayıcısının əla istismar xassələrini və etibarlılığını qiymətləndirin. Bütün proqram təminatı və elektron komponentlər, o cümlədən bütün dünyada məşhur olan Samsung DRAM və NAND yaddaş modulları şirkətin öz müəssisələrində layihələndirilmiş və istehsal olunmuşdur. Bu onları yüksək səviyyədə etibarlı olan yaddaş sistemlərinə inteqrasiya etməyə imkan verir.
* Mənbə: 2019 Q2 IHS Markit data: NAND suppliers' revenue market share
* Mənbə: 2019 Q2 IHS Markit data: NAND suppliers' revenue market share
Xüsusiyyətlər
-
Интерфейс
USB 3.2 Gen.2 (10 Gbit/saniyə)
-
Режим UASP
Dəstəklənir
-
Tutum
2TB (*1 GB=1000000000 bayt, 1 TB=1000000000 000 bayt)
-
İnterfeys
USB 3.2 Gen.2 (10 Gbit/saniyə)
-
Ölçülər (ExHxD)
85 x 57 x 8,0 mm
-
Çəki
58 q. (* Məhsulun faktiki çəkisi daşıyıcının tutumundan asılı ola bilər)
-
Ötürmə sürəti
Məlumatların ardıcıl oxunması: 1050 MB/saniyəyədək, Ardıcıl yazılma sürəti: 1000 MB/saniyəyədək* (* Məhsuldarlıq hətta UASP dəstəkləyən USB 3.2 interfeysli sistem əhatəsindən asılı ola bilər)
-
UASP rejimi
Dəstəklənir
-
Məlumatın şifrələnməsi
AES 256-bit aparat şifrələnməsi
-
Təhlükəsizlik
Samsung Portable SSD Software proqram təminatı (*Əlavə parol qorunması)
-
Sertifikatlaşma
CE, BSMI, KC, VCCI, C-tick, FCC, IC, UL, TUV, CB, EAC
-
RoHS göstəriş tələblərinə uyğunluq
RoHS2
-
Zəmanət
3 ilədək məhdudlaşdırılmış (**Zəmanət şərtlərinin tam mətni www.samsung.com/ssd и www.samsung.com/support saytında təqdim olunur)
Son baxilanlar