BƏYANNAMƏ

 

Saytımızı ziyarət etdiyinizə və oradakı məlumatlarla tanış olduğunuza görə çox məmnunuq. Biz bu məlumatın şəxsi istifadə üçün çap edilməsinə və şəxsi kompüterinizdə saxlanmasına icazə veririk. Bununla belə, Samsung Electronics-in əsas və köməkçi saytlarının bütün ziyarətçiləri üçün qoyduğumuz bəzi hüquqi məhdudiyyətlər barədə sizə məlumat vermək istərdik və sizdən aşağıdakı qaydalara əməl etməyinizi xahiş edirik.

Saytda Samsung Electronics şirkətinin mülkiyyəti olan məlumatlar var. Bu mülkiyyətə müəllif hüquqları, ticarət nişanları və texnologiya məlumatları daxildir, lakin bunlarla da məhdudlaşmır. Yuxarıda göstərilənlərin hamısı mətnlər, qrafiklər, audio, video və yüklənə bilən məlumatlar, mənbələrə keçidlər və ya kodlar şəklində təqdim olunur. Samsung Electronics korporasiyası yuxarıda göstərilən materiallara dair bütün hüquqlarını özündə saxlayır, bunlar yalnız Samsung müştəriləri üçün nəzərdə tutulub və sizin rahatlığınız üçün burada təqdim olunur.

Korporasiya yuxarıda göstərilən materialların heç birinə heç bir lisenziya və ya mülkiyyət hüququ təqdim etmir.

Samsung Electronics korporasiyası əsas və ikinci dərəcəli saytlarda verilən məlumatların düzgünlüyünə, tamlığına və ya etibarlılığına zəmanət verə bilməz. Buna görə də, bizdən yazılı bildiriş almayana qədər yuxarıda göstərilən saytlarda dərc olunan məlumatlara tam etibar edə bilməzsiniz.

Saytda yerləşdirilən məlumatlara tamamilə etibar etməyin və onlardan qiymətli kağızların alınması, satılması və ya başqa üsullarla əməliyyatların aparılması üçün istifadə etməyin. Nəzərə alın ki, burada təqdim olunan məlumat hər zaman ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının tələbləri daxil olmaq  və bununla   məhdudlaşmamaq şərtilə, digər ölkələrin tənzimləyici orqanları tərəfindən müəyyən edilmiş məlumatın açıqlanmaması tələblərinə uyğun gəlməyə bilər.

Məlumat Samsung Electronics korporasiyası tərəfindən "olduğu kimi" təqdim edilir (heç bir dəstək və ya zəmanət olmadan).

Korporasiya burada təqdim olunan hər hansı xidmət və materialların alınması, satışı və ya müəyyən məqsəd üçün istifadəsi ilə bağlı bütün zəmanətlər də daxil olmaqla, məhdudiyyətsiz olaraq bütün müəyyən və nəzərdə tutulan zəmanətlərdən açıq şəkildə imtina etdiyini təsdiqləyir.

Samsung Electronics korporasiyası heç bir halda burada təqdim olunan xidmət və materialların istifadəsi ilə bağlı birbaşa, dolayı, təsadüfi və ya hər hansı digər zərər və ya cərimələrə görə məsuliyyət daşımır.

Səhmlərə aid məlumat və ya saytlarda təqdim olunan hər hansı digər məlumat qiymətli kağızlarla bağlı Samsung Electronics tərəfindən edilən hər hansı təklif və ya onları almaq niyyəti demək deyil.

Əsas və ya köməkçi saytlardan hər hansı məzmunu yükləmək icazəsinə baxmayaraq, Samsung Electronics korporasiyası təqdim olunan bütün mətn və qrafiklərlə bağlı müəllif hüquqlarını və ticarət nişanlarını özündə saxlayır. Korporasiya şəxsi istifadə istisna olmaqla, onlardan hər hansı birini hər hansı formada və ya hər hansı məqsədlə təkrar istehsal etmək hüququnu vermir.

İnternetdə məxfilik siyasətinin təminatı haqda

Samsung Electronics Korporasiyası şəxsi məlumatlarınızın məxfiliyini onlayn şəkildə qorumaq üçün bütün səylərini birləşdirir. Biz internet üzərindən sizin haqqınızda aldığımız məlumatı, buna aiddiyyatı olan hər hansı bir müvafiq şəraitdən asılı olmayaraq, mümkün qədər təhlükəsiz şəraitdə saxlamağa çalışırıq. Samsung təqdim olunan məlumatdan (əgər varsa) yalnız saytımızın istifadəsini müəyyən etmək, onun məzmununu inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə istifadə edir.

 Topladığımız şəxsi məlumatlar yalnız sorğunuza cavab vermək, sifarişi emal etmək və ya sizin xüsusi məlumatlara girişinizi təmin etmək üçün istifadə edilə bilər. Bəzi hallarda biz məlumatın məxfiliyini təmin etmək üçün daha təkmil mexanizmlərə malik olan Samsung Korporasiyasının qurumlarına e-poçt ünvanları haqqında məlumat əldə etmək imkanı veririk.

Sizi müəyyən növ məlumatla təmin etmək üçün kukilərdən (cookies) istifadə edilə bilər. Onlar veb-saytın sizin brauzerinizə göndərə biləcəyi və sonradan kompüterinizin sərt diskində saxlanılan kiçik bir məlumat parçasıdır ki, sayta növbəti ziyarətləriniz zamanı sizi asanlıqla tanıya bilək. Brauzerinizi elə tənzimləyə bilərsiniz ki, kuki qəbul etdiyiniz zaman o sizi bundan xəbərdar etsin.

Nəzərə alın ki, Samsung Electronics Corporation veb-saytında digər vebsaytlara keçidlər və istinadlar var. Biz yalnız bizim kimi məlumatın yüksək keyfiyyətinə və məlumatların məxfiliyinə hörməti ilə tanınan saytlara keçidləri təqdim etməyə çalışırıq. Bununla belə, biz digər saytların məzmununa və ya onların məxfilik təcrübələrinə görə məsuliyyət daşıya bilmərik.