Sağlamlıq

Aktiv ol və dayanma

Samsung texnologiyaları idman məqsədlərinə çatmağa və sağlamlığı qoruyub saxlamağa necə kömək edir.

26.09.2024   |   ~2,5 dəq.

Taxılan Samsung qadcetləri və Samsung Health tətbiqi sizin şəxsi motivatorlarınızdır. Aktiv həyat tərzi sürməyə başlamaq üçün sadəcə başlamaq kifayət edir. Cihazlar isə, nə etməli olduğunuzu sizə deyəcək, gedişatı izləməyə və üzərinizdə işləməyə kömək edəcək.

Qarşınızda məqsəd qoyun

Bu olmadan, heç nə mümkün olmayacaq. Məşqləri yarımçıq buraxmamaq üçün nəyə doğru addımladığınızı bilmək əhəmiyyət kəsb edir. Samsung Health tətbiqində prioritetləri seçmək olar: çəkini normaya salmaq, rasionu yaxşılaşdırmaq, bədən kompozisiyasında düzəliş etmək, su balansını qaydaya salmaq, nəbzə və yuxu keyfiyyətinə nəzarət etmək –– yaxud hər şeyi eyni zamanda etmək.

Taxılan Galaxy Watch4 cihazı orqanizmdə yağ miqdarına və skelet əzəllərinin həcminə nəzarət edir. Beləliklə, siz piy kütləsinin azalmasına və əzələ kütləsinin yığılmasına nəzarət edə biləcəksiniz. Həmçinin, su balansına nəzarət edə biləcəksiniz. Axı orqanizmdə su kifayət qədər olmadığı halda, məşqlər çox da effektiv olmayacaq. Cihaz gün ərzində optimal miqdarda su qəbul etməyə də kömək edəcək: displeyə toxunmaqla, qəbul etdiyiniz hər bir stəkan suyu qeyd edin, Galaxy Watch4 isə, məhz nə qədər su içdiyinizi hesablayacaq.

Sadəcə orqanizmdəki su mübadiləsini izləmək deyil, eyni zamanda qidalanmaya da nəzarət etmək mümkündür –– Samsung Health-də rasionda hansı istiqamətdə düzəlişlərin edilməli olduğunu göstərən xüsusi gündəlik nəzərdə tutulub ki, rasionunuz məqsədlərinizə uyğun olsun. Bundan əlavə, Galaxy Watch4 EKQ qeyd etməyi, təzyiqi, hətta saturasiyanı ölçməyi bacarır. Bunun hamısı xüsusi Samsung BioActive sensoru sayəsində mümkündür.

Ümumilikdə, Samsung sizin aktiv həyat tərzinizə hazırdır. Bəs siz? O zaman, başlayın!

Məşqçi ilə məşğul olun

Evdən çıxmadan belə. Samsung Health tətbiqində təcrübəli məşqçilərin müxtəlif intensivlikli və müxtəlif məqsədlər üçün nəzərdə tutulan video dərsləri var. Şpaqat açmaq və dostlarınızı təəccübləndirmək istəyirsiniz. Problem yoxdur. Daha dayanıqlı olmaq istəyirsiniz – bu da mümkündür. Qarnınızı yığışdırmaq istəyirsiniz – sizin üçün də proqram tapılar. Galaxy Watch4 məşq zamanı nəbzə və digər əhəmiyyətli xüsusiyyətlərə nəzarət edəcək (yalnız onları taxmağı unutmayın). Yeri gəlmişkən, məşqlərin videolarını, smartfonu TV-ə qoşaraq, TV ekranına çıxarmaq olar. Bu zaman taxılan cihaz ekranda nəbzi və sərf olunmuş kaloriləri yayımlayacaq.

Sərbəst şəkildə məşq edin

Samsung Health onlarla fəaliyyət növlərini analiz edir: voleyboldan tutmuş, idman yürüşünə qədər. Onları profilə əlavə edin, hesabat alın və irəliləyiş barədə məlumat əldə edin. Biz əminik ki, irəliləyiş mütləq olacaq. Yalnız Galaxy Watch4 barədə unutmayın — cihaz aktivliyiniz barədə məlumatları tətbiqə ötürəcək.

Dostlarınızla yarışın

Dostlarınızla məşq etmək (oflayn və ya distant qaydada), təklikdə məşq etməkdən daha əyləncəlidir. Bundan əlavə, daha yaxşı nəticə əldə etmək üçün bir-birinizi dəstəkləyə bilərsiniz. Qarşınızda gündə atacağınız addımların sayı ilə bağlı məqsəd qoyun, bütün iştirakçıların irəliləyişini izləyin və qalib gəlin! Daha çox nəticə əldə etmək istədiyiniz zaman isə, kütləvi çellencə qoşulun və müxtəlif şəhərlərdən olan sizin kimi aktiv insanlarla yarışın.

Elə indi başlayın

Növbəti hekayələri oxuyun