Saydloadinq nədir
və niyə təhlükəlidir?
Spoyler: qeyri-rəsmi mənbələrdən tətbiqlərin yüklənməsidir.
Bildiyiniz kimi, elektron poçtunuza gələn şübhəli linklərə daxil olmaq və ya etibarsız saytlarda şəxsi məlumatları daxil etmək təhlükəlidir. Saydloadinq isə daha təhlükəlidir: o, istifadəçi fərqinə varmadan cihazın təhlükəsizlik sisteminə zərər verə bilər.
Saydloadinq nədir?
Skeytbord həmləsi kimi səslənsə də, saydloadinq əslində iki cihaz arasında məlumatların ötürülməsidir, məsələn, MP3 faylının kompüterdən smartfona ötürülməsi kimi.
Amma hər şey bu qədər sadə deyil
Mobil cihazlar aləmində saydloadinq, həmçinin tətbiqlərin Google Play, Amazon Apps və Galaxy Store kimi rəsmi mağazalardan deyil, kənar mənbələrdən yüklənməsidir. Rəsmi mağazalarda olan tətbiqlər yoxlamadan keçdiyi üçün təhlükəsizdir, lakin kənar mənbələrdən olan məlumatlara heç kim nəzarət etmir və onlar zərərli ola bilər. Belə tətbiqlərdə yerləşdirilən viruslar şəkillər və əlaqə nömrələrinin siyahısından bank kartlarının rekvizitlərinədək müxtəlif şəxsi məlumatları dələduzlara ötürə bilər.
Rahat olun: məlumatlarınız qorunur
Galaxy smartfonlarında Samsung Knox təhlükəsizlik sistemi quraşdırılıb. O, naməlum mənbələrdən yüklənən təhlükəli proqramları bloklayır.
Yenə də belə bir proqram yükləmək istəyirsinizsə, parametrlərdə xüsusi tətbiq icazəsini aktivləşdirin. Köhnə Android versiyalı smatrfonlarda (Android 7 və daha aşağı) “Parametrlər” > “Ekran kilidi və təhlükəsizlik” menyusundan “Naməlum mənbələr” bəndini işarələyin. Bundan sonra istənilən yerdən tətbiq yükləyə biləcəksiniz.
Lakin, unutmayın ki, təhlükəsiz proqramları istifadə etməyin ən yaxşı yolu onları etibarlı mağazalardan yükləməkdir.
Təhlükəsiz qovluq vasitəsilə kənar tətbiqlərin təsirinə qarşı mühafizəni gücləndirə bilərsiniz: bank tətbiqlərini, mesencer və fotoşəkilləri, və ya əlaqə nömrələrini bu qovluğa köçürün – onlar burada lazımi şəkildə mühafizə olunacaqlar.
Saydloadinq barədə ingilis dilində ətraflı məlumat üçün Samsung Business Insights saytındakı məqaləyə nəzər salın.