Layfxaklar

Dəb fabriki
smartfonunuzda

Bir dizayner öz smartfonu ilə dəb dünyasında necə səs-küy saldı?

Oreli Fontan – fransalı gənc modelyer, dəb sahəsində beynəlxalq mükafatların laureatı. O, dünyada ilk dəfə ekoloji təbii materiallardan kolleksiya hazırladığı üçün şöhrət qazandı. Onun növbəti işi – müasir texnologiyaların maksimal dərəcədə istifadə olunduğu yeni təkmil geyim xəttidir. Rəsmdən podiumadək bütün mərhələlərdə Orelinin istifadə etdiyi əsas alətlər Samsung {1} və ultra həssas S Pen qələmi olub.

Video Alternative Text Video Alternative Text

“Bəli, kolleksiya telefon vasitəsilə hazırlanıb və bu əsl yüksək dəbdir!”

– Oreli Fontan

Galaxy Note9
Note9 smartfonunun S Pen qələmi kağızda istifadə olunan qələm kimidir və rəqəmsal rəsmlər üçün mükəmməl seçimdir.

Texnologiya və yüksək dəbin sintezi

Geyim modellərini hazırlayan zaman Oreli Fontan təbii materiallardan ilham alır – onun səs-küy salan geyimi kombuça, şəkər, bakteriya və mayalardan hazırlanıb.

Oreli izah edir: “Yaradıcılıqla məşğul olarkən elm və texnikanın imkanlarından istifadə etməyə çalışır, ekoloji proses və nəticəyə meyl edirəm. Uğurlu TENSEGRITY kolleksiyam da biomimikriyaya əsaslanır və DNT struktur sxemlərindən ilhamlanıb”.

Orelinin xüsusi bir məqsədi var idi: “Ənənəvi dizayn üsullarını texnologiyalarla əvəz etməyə çalışmamışam. Mən sadəcə cibimizdə və ya çantamızda daşıdığımız texnologiyanın ənənəvi dəb dizayn üsulları üçün təqdim edəcəyi yeni perspektivləri kəşf etmək istəyirdim. Çox rahat olduğunun fərqinə vardım!

Dəbin demokratikləşməsi

Orelinin “Mobil Dəb” (Mobile Couture) layihəsi çox güman ki dəb sənayesində yeni nəsil yaradıcılara ilham verəcək. O, istedad, texnologiya və rəqəmsal dəb illüstrasiya bacarıqlarına sahib hər kəsin başdan sona öz kolleksiyasını hazırlaya biləcəyini göstərdi.
Oreli ərsəyə gələn kolleksiyadan razıdır və hesab edir ki, öz xəyalını həyata keçirib: “Əlçatan texnologiya ilə bacarıqlarımı birləşdirərək unikal, kreativ və ümid edirəm ki, inqilabi bir şey yaratdım”.

Uğurun sirri

Orelinin xəyallarını həyata keçirməyə kömək edən alət və funksiyaları nəzərdən keçirin. Samsung texnologiyaları dünyanı və vərdişləri dəyişməkdədir. Siz də hüdudlardan kənara çıxa və inanılmaz uğurlara nail ola bilərsiniz!

Profile photo head shot of the female designer taken at an angle Profile photo head shot of the female designer taken at an angle

DİZAYNER HAQQINDA

Oreli Fontan (Fransa)

Dəb sahəsində beynəlxalq mükafatların laureatı, uğurlu dizayner və rəqəmsal yenilikçi.

Digər hekayələri oxuyun