Layfxaklar

Tablet Vasitəsilə
Yüksək Səmərəlilik

Bullet jurnal kraliçası Amanda Reyç Li işi, təhsili və həyatı effektiv planlaşdırmağın yollarını göstərir.

Bullet jurnal artıq bir neçə ildir ki, interneti əhatə edib və hələ də inanılmaz dərəcədə məşhurdur. Ən əsası, bu sistem çox vaxt tələb etmir. #TeamGalaxy üzvü və bullet jurnal üzrə quru Amanda Reyç Li vaxt cədvəlinizi rəqəmsal mühitə daşımağın və nəhayət yeni şeylər öyrənməyə vaxt ayırmağın yollarını göstərir.

Eyni anda birdən çox iş
Video izləyərkən və ya musiqi dinləyərkən qeydlər aparmaq üçün bölünmüş ekran rejimindən istifadə edin.

Prioritetlərinizə əsasən planlaşdırıcı hazırlayın

Hər şeydən öncə: Bullet jurnal nədir? Bu, sizin faydalı vərdişlərə yiyələnməyinizə kömək edən və məhsuldarlığınızı artıran planlaşdırıcı və vaxt cədvəlidir. Həftəlik və ya aylıq planlarınızın siyahısını tərtib edin və onları həyata keçirməyə kömək edəcək bir sxem formalaşdırın. Amanda özünüzdən "Bu həftə nə etməliyəm və planlaşdırıcı mənə necə kömək edə bilər?" soruşmağınızı, daha sonra isə Galaxy Tab S6 Lite kimi bir planşetdə vaxt cədvəli tərtib etməyinizi təklif edir. “Aylıq planlaşdırıcı bütün aylıq planları, vacib tarixləri və hadisələri nəzərdən keçirməyə kömək edir. Həftəlik planlaşdırıcı isə gündəlik işlərin siyahısını aparmaq üçün əla seçimdir” – deyə Amanda bildirir. Məhsuldarlığınızı daha da artırmaq üçün onları birlikdə istifadə edin.

Baxın və öyrənin
Yeni sözləri lüğətinizdə axtarmaq üçün S Pen vasitəsilə mətni işarələyin.

Tərtibata sərf etdiyiniz vaxta qənaət edin

Məhz sizə uyğun olan planlaşdırıcı formatını tapmısınız? Onu Amandanın sevimli proqramı olan Samsung Notes ilə yaddaşda saxlayın və hər həftə şablon kimi istifadə edin. Proqramda hətta hərəkətdə olan zaman belə planlaşdırıcı dizaynı hazırlaya biləcəyiniz geniş fırça seçimi var. Amandanın sevimli alətləri hansılardır? “Bu akvarel fırçası ilə gözəl dekorativ elementlər yarada bilərsiniz. Mən pastel rəngləri və geniş fırçaları xüsusilə sevirəm. Adi yazı və qeydlər üçün isə nazik qara qələmdən istifadə edirəm”.

Fərdiləşdirilmiş izləyicilərlə bütün hədəflərinizə nail olun

Neçə dəfə əlavə bir kitab oxumaq və ya onlayn kursa qatılmaq istəmisiniz, amma cədvəliniz sizə mane olub? Biz siz başa düşürük. İşlə əyləncə arasında gerçəkləşdirmək istədiyiniz şəxsi inkişaf fəaliyyətlərinizi izləmək üçün öz bullet jurnalınızda vərdiş izləyiciləri əlavə edin. Özünüzə qaçışa çıxmağı və ya bir stəkan su içməyi xatırlatmaq üçün izləyiciləri Samsung Calendar-da bildirişlərlə birlikdə istifadə etsəniz daha çox faydasını görəcəksiniz.

Özünüzə daha çox vaxt ayırın

Vaxt cədvəlinizi Galaxy Tab S6 Lite kimi vaxta qənaət edən cihazlarla təkmilləşdirin.

A studio headshot of Amanda Rach Lee wearing a denim jacket over a grey turtleneck sweater. She is holding a pink marker to her right cheek and looking off to the right, smiling. A studio headshot of Amanda Rach Lee wearing a denim jacket over a grey turtleneck sweater. She is holding a pink marker to her right cheek and looking off to the right, smiling.

ROLLARDA

Amanda Reyç Li

Rəssam və rəqəmsal kontent hazırlayan. Torontoda yaşayır.

Digər hekayələri oxuyun

* Samsung Notes – Samsunq Nouts
* Galaxy Tab S6 Lite – Qelaksi Tab S6 Layt