Layfxaklar

Evdə ağıllı ab-hava: avtomatik iqlim nəzarətinin quraşdırılması

Samsung-un SmartThings tətbiqi ilə

09.07.2024   |   ~2 dəq.

SmartThings — məişət cihazları və qadgetləri vahid sistemdə birləşdirə bilən bir tətbiqdir. O, evi eyni zamanda rahat və ağıllı bir yerə çevirməyə imkan yaradır. Avtomatik iqlim nəzarətinin necə quraşdırılacağını öyrənək.

Necə texnika lazımdır

Ağıllı termostat


Bu qadcet sensorlarının quraşdırıldığı otaqlardakı temperatura nəzarət edir.

Modeldən asılı olaraq, o, həmçinin hava rütubəti haqqında məlumatları toplayır və otağa daxil olduğun zaman iqlim tənzimləmə proqramlarını işə salmaq üçün hərəkət sensorları ilə təchiz olunub.


Ağıllı termostat evdə quraşdırılmış kondisioner, istilik və havalandırma sistemləri ilə birlikdə işləyir və onların işini sənin cədvəlinə və parametrlərinə uyğun olaraq avtomatik tənzimləyir.

SmartThings ilə uyğun olan bütün marka və modelləri tətbiqdə və saytda tapa bilərsən.

Adi elektrik qızdırıcısı

SmartThings-ə uyğun model seçsən, cihazı uzaqdan yandırıb-söndürmək və evdə temperatur səviyyəsini normada saxlamaq kimi əməliyyatlar edə bilərsən. Bunun üçün tətbiqə temperatur sensoru və ağıllı cərəyan yuvası qoşmaq lazımdır. Qızdırıcı ağıllı cərəyan yuvasına qoşulur, sensor isə rahat temperatur tənzimləyicisi kimi xidmət edir.
Bu cihazları həm də qızdırıcı əvəzinə hava nəmləndiricisi qoşaraq otaqda rahat rütubəti saxlamaq üçün istifadə etmək olar.

SmartThings-də lazımi cihazları əlavə etmək və iki ssenari yaratmaq lazımdır:




  1. 1) sensorun temperaturu seçilmişdən aşağıdırsa, cərəyan yuvasını (qızdırıcını) yandır;

  2. 2) sensorun temperaturu seçilmişdən yüksəkdirsə, cərəyan yuvasını söndür;

Hava rütubətinin ideal səviyyəsini tənzimləmək eyni şəkildə baş verir, sadəcə temperatur seçmək əvəzinə rütubət faizi seçilir.

Kondisioner

SmartThings tətbiqi ilə uyğun olan istənilən model evdəki temperaturu tənzimləməyə, onu telefondan idarə və təyin etməyə imkan verir. Məsələn, AR9500T WindFree antibakterial filtrli split sistemi. Sənə uyğun variantı Samsung saytında «Kondisionerlər» bölməsində seçə bilərsən.

SmartThings tətbiqi ilə smartfon

SmartThings evdəki ağıllı cihazları idarə etməyi asanlaşdırır. Tətbiqi Galaxy Store, Play Market və App Store-dan yükləmək olar.

Hər şeyin mümkün qədər avtonom işləməsi üçün həm kondisioner, həm də termostatlar SmartThings vasitəsilə vahid bir sistemə birləşdirilərək quraşdırılmalıdır. Ancaq evin iqlimini ağıllı şəkildə idarə etmək və lazımi temperaturu saxlamaq üçün hətta yalnız kondisioner belə kifayət edəcəkdir.

Kondisioneri SmartThings-ə necə qoşmalı

Tətbiqi aç və Samsung hesabı yarat. Onsuz alınmayacaq. Sonra cihazlar siyahısında "Kondisioner" seç, daha sonra onun və otağın növünü seç.

Daha sonra, Android istifadəçiləri üçün:



  1. 1. Kondisionerin pultunda, smartfonun ekranında kondisioner işarəsi görünənədək Timer düyməsini 5 saniyə basıb saxla.

  2. 2. Pultda Power düyməsini bas.

  3. 3. Cihazları sinxronlaşdırmaq üçün Wi-Fi şəbəkəsi haqqında məlumatı daxil et.

  4. 4. Kondisioner sistemdə qeydiyyatdan keçənə qədər gözlə.

  5. 5. Kondisionerə bir ad ver.

  6. 6. Hazırdır!

iOS istifadəçiləri üçün:



  1. 1. Kondisionerin pultunda AP hərfləri görünənədək Timer düyməsini 5 saniyə basıb saxla.

  2. 2. Smartfonu və kondisioneri Wi-Fi ilə birləşdirmək üçün SmartThings-dəki göstərişlərə əməl et.

  3. 3. Kondisioner sistemdə qeydiyyatdan keçənə qədər gözlə.

  4. 4. Kondisionerə bir ad ver (Morozko? Qar kralı? Bəlkə Soyuq ürək?).

  5. 5. Hazırdır!

Termostatı SmartThings-ə necə qoşmalı


  1. 1. Tətbiqdə "Cihaz əlavə et" → "Termostat" üzərinə kliklə.

  2. 2. Siyahıdan modeli seç.

  3. 3. Tətbiq SmartThings-də və termostat istehsalçısının saytında hesablarını sinxronizasiya etməyi tələb edirsə, belə bir hesab yarat və sinxronizasiya et.

  4. 4. Hazırdır. İndi tətbiqdə termostat sensorlarının quraşdırıldığı otaqlarda hava temperaturunu görə bilərsən.

İndi bunları edə bilərsən:

Bir tətbiq vasitəsilə mənzilin iqliminə nəzarət edə bilərsən! Məsələn, evə gəlməzdən əvvəl kondisioneri yandıra bilərsən ki, gəldiyin zaman istədiyin temperatur olsun. Və ya avtomatik ssenari yarada bilərsən. Məsələn: evdə havanın temperaturu 24 dərəcədən yuxarı olarsa, kondisioner öz-özünə yansın. Və ya digər SmartThings ssenariləri: ağıllı ev sistemində nə qədər çox cihaz olarsa, imkanların bir o qədər geniş olar.

*Bütün uyğun cihazların siyahısını SmartThings tətbiqində tapa bilərsən.

Sürətli soyutma.

Rahatlıqla.

Növbəti hekayələri oxu