Kondisionerlər: mənzilinizə və evinizə ən uyğun kondisioneri seçmək üçün mərhələli plan
Məyus etməyəcək split sistem axtaraq (və tapaq)
Yay həm uzun günlər, təzə meyvələr və sərin geyimlər deməkdir, həm də qızmar günəş, küçələrdə boğucu isti və otaqlarda havasızlıq. İndiki dövrdə çox adam evdən işlədiyi üçün, otağın rahat temperaturu özünü yaxşı hiss etmək və daha məhsuldar olmaq üçün vacib elementdir. Əvvəllər çoxları kondisionersiz işləyə bilirdisə də, indi onsuz heç də asan deyil. Buna görə də, sizə cihaz alarkən nələrə diqqət etməli olduğunuzu deyəcəyik.
Əvvəlcə, gəlin, kondisionerlərə baxaq. Adətən, kondisionerlər iki blokdan ibarətdir: daxili – içəridə quraşdırılan və xarici – çöldə quraşdırılan. Belə kondisionerlərə ingilis dilində split – bölünmüş deyilir. Hər iki blok ventilyatorlarla təchiz olunub və soyuducu element – freonun dövr etdiyi mis borularla birləşdirilir. Bu element temperaturun artması və azalması ilə cəld mayedən qaza və əksinə çevrilir.
Split sistem belə işləyir:
- 1. Soyuq maye freon daxili blokun buxarlandırıcısına daxil olur və ventilyator ondan otaqdak isti havanı keçirir. Freon isti havanı soyudur və eyni zamanda onun istiliyi ilə qaynayır, qaz halına keçir.
2. Kompressor kondensasiyanı sürətləndirmək üçün qaz halındakı freonu sıxır və xarici qurğunun kondensatoruna ötürür.
3. Xarici aqreqayın ventilyatornun köməyi ilə kondensator sarğısından keçən freon artıq istiliyini itirir, soyuyur və yenidən maye halına keçir.
4. Dövr təkrarlanır.
1. İşləmə prinsipinə görə kondisioner seçək: invertor və ya ənənəvi
• Ənənəvi olanı yandırılır/söndürülür, yəni iş zamanı yanır və sönür, kompressoru isə həmişə 100% gücündə işləyir. Bu kondisionerin dövrü belə görünür:
- 1. Yandırıldıqdan sonra kondisioner otaqdakı havanı müəyyən edilmiş temperatura soyudana qədər işləyir.
- 2. Sonra kondisioner sönür və hava tədricən isinməyə başlayır.
- 3. Temperatur müəyyən bir nöqtədən yuxarı qalxdıqda kondisioner işə düşür və havanı yenidən soyudur.
- 4. Dövr təkrarlanır.
• İnverter kondisioner — Kompressorun sönmədiyi bir kondisioner. Daim işləyir, lakin həmişə 100% güc istehlak etmir, otaqdakı temperaturdan asılı olaraq sürəti tənzimləyir. Bu belə baş verir:
- 1. Kondisioneri işə salındıqdan sonra otaqdakı havanı müəyyən edilmiş temperatura soyudana qədər işləyir.
- 2. Sonrasında kondisioner sönmür, lakin kompressorun sürətini azaldır və sistemdə freonun dövrünü temperaturu saxlamaq üçün lazım olan qədər yavaşladır.
- 3. Havanın temperaturu yüksələrsə, kompressorun sürətini artırır və soyutma sürətlənir.
İnverteri olan split sistemlər ənənəvi sistemlərdən daha bahalıdır, lakin daha təkmildir, çünki elektrik enerjisinə qənaət edir, daha sakit işləyir, artan resursa malikdir və daha uzun müddət işləyir. Həmçinin otaqdakı temperaturu sabit səviyyədə, fasilələr olmadan saxlayırlar.
Əgər səs-küy yaratmayacaq və yüksək enerji sərf etməyəcək uzunmüddətli split sistemə ehtiyacınız varsa, o zaman inverter modeli ən yaxşı seçimdir.
2. Otağın ölçüsündən asılı olaraq kondisionerin tələb olunan gücünü təyin edin
Güc kondisionerin əsas xarakteristikasıdır ki, bu da onun öz vəzifələrinin öhdəsindən necə gələcəyini müəyyən edir. Kifayət qədər güc yoxdursa, split sistem lazım olan temperaturu saxlaya bilməyəcək, daim öz tam gücü ilə işləyəcək və tez sıradan çıxacaq. Kiçik bir otaqda böyük bir sahə üçün nəzərdə tutulmuş kondisioner quraşdırsanız, boş yerə artıq pul ödəməli olacaqsınız. Bundan əlavə, kondisioner nə qədər güclüdürsə, bir o qədər yüksək səslə işləyir.
Tələb olunan gücü təyin etməyin ən asan yolu, otağın sahəsinə görə kondisioner seçməkdir. Standart belədir: 10 m²-ni soyutmaq üçün 1 kVt güc tələb olunur. Beləliklə, 20 m² üçün kondisionerin gücü 2-2,5 kVt olmalıdır. Kondisionerin "aşınanadək" işləməməsi üçün kiçik bir güc marjası lazımdır.
Lakin bu hesablama bir qədər təxminidir. Optimal gücün daha dəqiq hesablanması üçün daha bir neçə parametr nəzərə alınmalıdır:
- • otağın həcmi — tavan nə qədər yüksək olsa, bir o qədər çox hava soyudulmalı olacaq;
- • günəşə məruz qalma — kölgəli otaq günəşli otaqdan daha kiçik kondisioner tələb edir;
- • məişət texnikası — onların çoxu havanı qızdırır
- • insanların sayı — insan bədəni istilik yayır, bunu da nəzərə almaq lazımdır.
Bütün bu parametrlərlə çaşmamaq və mənzilə ən uyğun gücə malik kondisioneri seçmək üçün onlayn kalkulyatordan istifadə edin: bütün parametrləri daxil edin və dəqiq hesablama əldə edin.
3. Filtrləri anlayaq
Filtrlər sağlam mikroiqlim yaratmağa və saxlamağa kömək edir: havanı təmizləyir və dezinfeksiya edir, xoşagəlməz qoxuları aradan qaldırır və allergenləri filtrləyir.
Dörd əsas filtr növü var:
- • Cuna. Toz, bitki tozcuğu, sporlar, heyvan tüklərinin hissəcikləri və digər çirkləndiriciləri saxlayaraq havanı mexaniki şəkildə təmizləyir. Cuna dəlikləri nə qədər kiçik olsa, təmizlik bir o qədər incədir. Belə bir filtr mütəmadi olaraq çıxarılmalı və yuyulmalıdır. Bunu özünüz də asanlıqla edə bilərsiniz.
- • Kömür. Qoxuları effektiv şəkildə udur. Belə bir filtri olan kondisioner hər hansı bir davamlı qoxunun, məsələn, yemək və ya siqaret qoxularının olduğu otaqlar üçün uyğundur.
- • Gümüş. Mikrob və göbələk əleyhinə təsir göstərən gümüş ionları ilə havanı dezinfeksiya edir.
- • Plazma. Havanı yüklü hidrogen və oksigen hissəcikləri ilə təmizləyir.
4. Daha çox rahatlıq üçün əlavə funksiyaları unutmayın
- • İstilik rejimi. Evdə mərkəzi istilik sistemi yoxdursa, bu rejim faydalıdır. İstilik funksiyası olan kondisionerin sıfırdan aşağı temperaturda işləmək üçün uyğunlaşdırılmışdır: bir qayda olaraq, -15 °С-ə qədər, bəzi modellərdə isə -25 °С-ə qədər.
- • Taymer. Avtomatik yandırma/söndürmə rejimini təyin etməyə imkan verir. Məsələn, taymerli kondisioner sahibləri işdən qayıdana qədər mənzildə havanı soyuda bilər və ya günəş radiasiyasının ən güclü olduğu saatlarda avtomatik işə düşə bilər.
- • Wi-Fi əlaqəsi. Kondisionerin uzaqdan idarəetmə sistemi: Dünyanın istənilən yerindən mobil tədbiq vasitəsilə kondisionerinizi yandırıb söndürə, işləmə və nasazlıqlar haqqında ətraflı məlumat ala bilərsiniz.
- • Gecə rejimi. Rahat yuxu üçün temperaturu avtomatik tənzimləyir. Məsələn, gecələr aşağı salır, səhər isə, əksinə, daha rahat oyanmaq üçün artırır. Samsung kondisionerlərində “Good Sleep” adlı gecə rejimi var və demək olar ki, səssiz işləyir.
Yoxlama siyahısı
- • İnverter modellərini seçməyə çalışın.
- • Kondisionerin gücünü düzgün hesablayın. Bütün amilləri nəzərə almaq üçün onlayn kalkulyatordan istifadə edin.
- • Əlavə funksiyalara qərar verin. İstilik lazımdırmı? Smartfondan nəzarət faydalı olacaqmı, yoxsa adi uzaqdan idarəetmə kifayət edəcəkdir?
- • Kondisionerin havanı necə filtrlədiyini öyrənin. Filtrləri nə qədər tez-tez dəyişdirmək lazımdır, bunun qiyməti nə qədərdir və özünüz edə bilərsinizmi?