Layfxaklar

Problemlər robotlar və ağıllı cihazlarla qalsın

SmartThings ilə vaxtınıza qənaət edin və sevdiyiniz işlə məşğul olun

31.07.2023   |   ~2,5 dəq

Ağıllı evin missiyası - həyatınızı asanlaşdırmaq və daha çox vaxt qazandırmaqdır. Ancaq Samsung SmartThings proqramı vasitəsilə ağıllı cihazları vahid sistemdə birləşdirib birləşdirməyəcəyinizlə bağlı hələ də şübhə edirsinizsə, sizinlə bir neçə arqumentlər paylaşmaq istərdik. Qənaət olunan vaxtı sayın və nəticəni görün (qadcetlər bunu sizin üçün etməyi öyrənənə qədər).

Tez-tez itən açarları axtarmağa ehtiyac yoxdur: +10 dəqiqə

Hər dəfə ciblərinizə və ya rəflərə tək-tək axtarmaq lazım olmayacaq. Galaxy SmartTag-i açar bağlamasına əlavə edin və siz həmişə smartfon ekranında açarların yerini görəcəksiniz. Bu ev heyvanınız üçün də keçərlidir.

Ütünün söndürüldüyünü yoxlamayın: +30 dəqiqə

Təsəvvür edin ki, iş yerinizə çatırsınız və həmin anda ağlınıza ütü gəlir! Narahat olmayın - evə getməyə ehtiyac yoxdur. SmartThings tətbiqini açın və ağıllı elektrik yuvasını söndürün.

Evinizdə adi elektrik yuvasından istifadə edilirsə, yenə də ütünü uzaqdan yoxlaya bilərsiniz. Robot tozsorana qoşulun və mənzili yoxlamaq üçün onun kamerasından istifadə edin.

Çamaşırlar yuyulana qədər gözləməyin: +60 dəqiqə

Adətən insanlar nə edir: işdən evə gəlir, paltayuyan maşını işə salır, fırlanan barabanın hipnozuna düşür və ən azı yarım saat gözləməli olur. Bu, əlbəttə ki, metaforadır, amma mənası belədir - biz çox vaxt işə salınmış paltaryuyan maşının girovuna çevrilirik və onun öz işini bitirməsini səbirlə gözləyirik. Vaxt itkisi kimi görünür, elə deyilmi?

SmartThings istifadəçilərinin etdikləri budur: ofisdən çıxmazdan əvvəl smartfon vasitəsi ilə paltaryuyan maşını işə salırlar (və bundan əvvəl maşının barabanını bir neçə günə doldururlar). Evə gəlikləri zaman artıq paltarlar yuyulmuş vəziyyətdə olur.

Sobanı əvvəlcədən qızdırın: +20 dəqiqə

Ağır iş günündən sonra özünüzə şam yeməyinə təşkil etmək planlayırsınız və buna görə də dondurulmuş pizza üçün mağazaya baş çəkirsiniz. Əla fikirdir! Mağazaya gedərkən sobanı 180 ° C-yə qədər qızdırın. Siz həmçinin sobanı smartfonunuzdan və ya android Auto-nu dəstəkləyən avtomobildən idarə edə bilərsiniz.

Evdəki havanı idarə edin: +20 dəqiqə

İsti yay günlərində evə qayıdarkən, otağınızda sərinlik hiss etmək istəyirsiniz. Ancaq daha aşağı temperatur istəyirsinizsə, kondisioneri uzaqdan işə salın. Bu, gəlişiniz üçün mükəmməl mikroiqlim yaradacaq.

Ağıllı cihazları proqramlaşdırın: +30 dəqiqə

SmartThings proqramında senari yarada bilərsiniz. Yuxudan oyanmazdan əvvəl işıqları yandırın, robot tozsoranını müntəzəm təmizləyəcək şəkildə, toz konsentrasiyası əsasında hava təmizləyicisini işə salın və s. Bir çox öhdəliklər cədvələ bir dəfə əlavə edilə bilər - sistem hər şeyi özü edəcək.

Yeni qadcetlər lazım olmayacaq: +60 dəqiqə

SmartThings vasitəsi ilə evinizi smartfonunuzdan idarə etməyə başladıqdan sonra mütləq daha çox ağıllı qadcet əldə etmək istəyəcəksiniz. Onları almaq məcburiyyətində deyilsiniz – SmartThings öz işinin öhdəsindən rahatlıqa gələcək.

Nəticə: Sizə ağıllı ev və Samsung-un SmartThings proqramı ilə təxminən 4 saata necə qənaət edə biləcəyinizi izah etdik. Dəyərli vaxtınızı səmərəli idarə edin.

  • * Mövcud texnologiyalar, xüsusiyyətlər və imkanlar ölkəyə, xidmət təminatçısına, şəbəkə mühitinə və məhsula görə dəyişə bilər. Onlar xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
  • * Wi-Fi, Bluetooth və ya digər simsiz şəbəkə bağlantısı və SmartThings proqramında qeydiyyatdan keçmiş cihazlar tələb olunur.
  • * Qoşula bilən cihazlar ayrıca satılır.

Növbəti hekayələri oxu