Layfxaklar

Tətili təklikdə
keçirənlər üçün 4 fikir

Boş vaxtlarınızı ən yaxşı şəkildə dəyərləndirməyin yolları

Karantin rejiminə və səyahətə qoyulan məhdudiyyətlərə görə çoxları yeni ili yaxınlarından uzaqda keçirəcək. Bayramı təklikdə zövqlə keçirməyiniz: tarazlığı tapmağınız, yaradıcılıq potensialınızı ortaya çıxarmağınız, ailənizə və dostlarınıza xoş əhval-ruhiyyə bağışlamağınız üçün bir neçə ev tətili fikri təklif edirik.

Galaxy Tab S7
Rəsm sərgilərinə onlayn qatılın – Galaxy Tab S7 ekranında şedevrlərə yüksək keyfiyyətdə nəzər yetirin.
1

İncəsənət əsərlərindən ilhamlanaraq öz şedevrinizi yaradın

Məşhur muzeyi ziyarət etmək üçün ora getmək vacib deyil. Barselonada Pikasso Muzeyi, Seulda Milli Müasir İncəsənət Muzeyi, Parisdə Orse Muzeyi və bir çox digər muzey sizi zallarda onlayn turlara və virtual sərgilərə dəvət edir*.

Görkəmli rəssamların əsərləri öz rəsmlərinizi çəkmək həvəsi oyatdığı zaman PENUP tətbiqi ilə Galaxy cihazlarında şah əsərlər yaradan rəssam və sketçerlər cəmiyyətinə qatılın. S Pen-i əlinizə götürün, yarışmalar və qrup müzakirələrində iştirak edin, yaxud digər istifadəçilərin qalereyasına nəzər yetirin.

2

Səs-küydən uzaqlaşın, meditasiya edin

Samsung Health proqramında təcrübəli məşqçilərin məşq proqramını seçin və istənilən vaxt məşq edin. Aktiv səs-küy azaltma funksiyası ilə Galaxy Buds Live isə fon səslərini azaldacaq və fikriniz məşqdən yayınmayacaq.
Göstəricilərinizi ölçüb Samsung Health tətbiqinə göndərən Galaxy Watch ilə irəliləyişinizi və stress səviyyənizi asanlıqla izləyə bilərsiniz.

3

Virtual şam yeməyi təşkil edin

Bir nəfərlik klassik yeni il yeməkləri hazırlayın və sosial şəbəkələr üçün bir neçə kadr çəkin. Galaxy S20-də Scene Optimizer funksiyası isti yeməkləri və desertləri tanıyır. Rənglərin iştah oyandırması və parlaq alınması üçün kamera sazlamalarını tənzimləyin. Google Duo və ya digər video əlaqə tətbiqləri ilə uzaqda olanlarla onlayn qonaqlıq təşkil edin.

4

Öz əllərinizlə zinət əşyası düzəldin və əhval-ruhiyyənizi doğmalarınızla paylaşın

Bayram abu-havası yaratmaq çətin deyil: iynəyarpaqlı budaqlardan çələng hazırlayın, rəsm çəkin və divarları, qapıları onlarla bəzəyin. Alınan gözəlliyin şəklini çəkin, S Pen vasitəsilə elə şəklin üzərində bir neçə ürək sözü yazın, sosial şəbəkələrdə yerləşdirin. Üstəlik, yeni il interyeri video zənglər zamanı əla fon olacaq.

* Xidmətin əlçatanlığı bölgələrə görə dəyişir. Planşetdəki təsvir illüstrasiya üçün modelləşdirilib. Faktiki interfeys fərqlənə bilər.

Təşəkkür edin, hədiyyə edin, dəyər verin

Uzaqda olsalar belə doğmalarınızı sevindirin. Hədiyyə üçün bizim seçdiklərimizə nəzər salın.

Digər hekayələri oxuyun