Layfxaklar

Fərqli kondisioner funksiyaları

Nələr faydalı, nələr yararsızdır

09.08.2024   |   ~4 dəq.

Hər şeydən əvvəl, split sistemlər (və ya kondisionerlər) məkanda havanı sərinlədirlər, amma daha çoxuna qabildirlər. Onlar filtr, quruducu, nəmləndirici və ya qızdırıcı kimi işləyə bilir, öz-özünü təmizləmə, havanı zərif şəkildə ötürmə, enerjiyə qənaət funksiyalarına da sahibdirlər - və bu, hələ hamısı deyil. Mükəmməl cihazı seçmək üçün hansı seçimlər dəstinin məhz sizə lazım olduğunu başa düşmək gərəklidir.

Mənzil üçün kondisioner: inverter və ya adi

Bu, önəmli məsələdir, çünki söhbət split-sistemin ən vacib elementi olan kompressordan gedir. Adi modellərdə kompressor yan./sön. rejimində işləyir: yandı → hava sərinlədi → söndü. Bu, məkanda temperaturun qəfil enməsinə və böyük miqdarda enerji sərfiyyatına gətirib çıxaracaq (Elektrik enerjisinə görə heyrətamiz hesab)

Müasir inverter sistemlərdə kompressor məkanda tələb olunan temperaturdan asılı olaraq gücü ölçərək aramsız işləyir. Beləcə, lazımi şərait davamlı dəstəklənir və minimal enerji sərf olunur. İnverter kondisionerlərin ümumi enerji istehlakı 73%-ə qədərdir.

Ümumilikdə, inverter split-sistemlər nisbətən bahadır, amma daha yüksək səviyyədə rahatlığı təmin edirlər.

İnverter VS "Adi" kondisioner

Инверторный VS «Обычный» кондиционер

İnverter

Qeyri-inverter

Müsbət tərəfləri

Enerjiyə qənaət və daha effektiv sərinlətmə/qızdırma

Alan və quraşdıran zaman aşağı qiymət

Təyin olunmuş temperatura tez çatması

İstismarın sadəliyi və etibarlılığı

Kompressorun gücünün axıcı tənzimlənməsi

Qulluq və təmirin sadəliyi

Səsinin aşağı səviyyədə olması 

Mənfi tərəfləri

Alan və quraşdıran zaman daha yüksək qiymət

Elektrik enerjisinin çox sərf olunması və aşağı effektivlik

Tez-tez mürəkkəb və bahalı təmir

Kompressor işləyərkən temperaturun hissolunacaq dərəcədə tərəddüdü

İstifadə müddəti az olan kompressor

İş zamanı çox səs çıxarması

Kondisionerlərin əsas funksiyaları

Sərinlətmə


Split-sistemləri elə bunun üçün alırlar.

Kondisionerin daxilində maye var - freon soyuducu amili. Siz "yan." düyməsinə basanda o, qaz halına keçir, qazın temperaturu aşağı enir, freon isə sistemin xarici blokundan (pəncərənin arxasından) daxili blokuna (otaq) doğru yerini dəyişir. Orada qaz buxarlandırıcıya - borular sisteminə daxil olur. Daxili blok məkandakı havanı filtrlər vasitəsilə sorur və həmin buxarlandırıcı vasitəsilə çıxarır ki, orada da soyumuş qaz artıq istilik alır. Soyudulmuş hava məkana üfürülür, soyuducu amil isə xarici bloka qayıdır. Və bu, dövri olaraq təkrarlanır.

İsitmə


Məkanda temperaturu qaldırmaq üçün freonun hərəkət istiqaməti dəyişir və isinmiş soyuducu amil məkandakı havanı isidir.

Vacib funksiyadırmı? Əgər qış vaxtı evdə hava soyuqdursa - bəli.

Ventilyasiya


Məkanda temperaturu dəyişmədən oradakı havanın dövr etməsini təmin edir. Qışda isti hava tavana yaxın, soyuq hava isə döşəməyə yaxın olduğundan və havanı bərabər yaymaq lazım gəldiyindən bu funksiya qış vaxtı yararlıdır.

Vacib funksiyadırmı? Xeyr.

Havanın qurudulması


Split-sistem havanı sərinlətməklə onu qurudur: bunun üçün ayrıca seçim etmək lazım deyil. İsti hava axınları radiatora düşərək nəmliyini itirir - o, drenaj şlanqı vasitəsilə küçəyə axır. Və kiminsə başına damcılayır (təsəssüf ki, belə də olur).

Hava çox nəmdirsə və mebeli korlaya ya da kif əmələ gəlməsinə şərait yarada bilərsə, xüsusi qurutma funksiyası lazımdır. Bu, məsələn, dəniz kənarındakı mənzillər üçün səciyyəvidir.

Vacib funksiyadırmı? Hamı üçün yox.

Havanın filtrdən keçirilməsi


Kondisionerlər, adətən, havadakı tozu, tozcuğu, bakteriyaları və digər çirkləri tutan filtrlərlə təchiz olunur.

Kondisionerlərin filtrlərinin müxtəlifliyi

Разновидности фильтров кондиционеров

Filtrin növü

Müsbət tərəfləri

Mənfi tərəfləri

Mexaniki

— Toz və çirkin böyük hissəcilərini tutur

— Sadəcə təmizləyir

— Ən xırda hissəcikləri və mikroorqanizmləri buraxır

Aktivləşmiş kömürlü filtr

— Qoxuları və toksik maddələri yox edir

— Tüstünün, kimyəvi buxarlanmaların və qazların filtrlənməsi ndə effektivdir

— Dövri dəyişdirilməsi tələb olunur 

— Toz və allergenlərə qarşı məhdud effektivlik

Elektrostatik filtr

— Ən xırda hissəcikləri, tozu və allergenləri tutur

— Dəyişdirməyə ehtiyac yoxdur

— Bahadır

— Mütəmadi təmizlənməlidir

Fotokatalitik filtr

— Ən xırda hissəcikləri, tozu və allergenləri tutur

— Dəyişdirməyə ehtiyac yoxdur

— Mütəmadi dəyişməlidir
— Toz və sərt çirklərə qarşı çox da effektiv deyil

HEPA-filtr

— 0,3 mikrona qədər ölçülü hissəciklərin 99,97%-ni tutur

— Havanı tozdan, tozcuqdan, bakteriyalar və allergenlərdən təmizləyir

— O qədər möhtəşəmdir ki, tibbi və laboratoriya şəraitində də istifadə edilir

— Bahadır
— Dövri dəyişdirilməsi tələb olunur

Vacib funksiyadırmı? Bəli Filtrlər nə qədər effektivdirsə - havanın keyfiyyəti də bir o qədər yaxşıdır. Xüsusən, uşaqlar və allergiyalı insanlar üçün vacibdir.

Avtomatik iş rejimi


Kondisionerə məkanda rahat şəraiti təmin etmək üçün müstəqil şəkildə temperaturu,ventilyatorun sürətini və başqa parametrləri tənzimləməyə imkan yaradır.

Vacib funksiyadırmı? Faydalı funksiyadır, amma onsuz da keçinmək olar.

Mənzildəki kondisonerin əlavə funksiyaları

Wi-Fi-ya qoşulmaq


Müasir kondisionerləri onlayn - smartfon və ya planşetin köməyi ilə idarə etmək olar. Məsələn, Samsung split-sistemlərinə siz evdə olmasanız belə SmartThings tətbiqi ilə nəzarət edə bilərsiniz. Ofisdən çıxdınız, smartfondan kondisioneri yandırdınız, evə gəldiniz - artıq orada rahat şərait yaranıb.

Vacib funksiyadırmı? Müsir split-sistemlər üçün - bəli.

"Rahat yuxu" rejimi


Dərin rahat yuxu üçün optimal şərait (havanın temperaturu, üfürmənin istiqaməti və sürəti) yaradır və onun davamlılığını təmin edir.

Vacib funksiyadırmı? Arzuolunandır.

WindFree™


Samsung-un birbaşa hava üfürmədən yumşaq və bərabər hava axınını təmin edən xüsusi texnologiyası. Axın 23 000 mikrodəlikdən keçir və xoş olmayan soyuq külək hissiyyatı yaratmır. Üstəlik bu, çox qənaətlidir: WindFree rejimində cihaz adi rejimlə müqayisədə 77% daha az elektrik enerjisi istehlak edir.

Vacib funksiyadırmı? Əgər siz xüsusi rahatlığa və ekolojiliyə dəyər verirsinizsə, bəli.

Axın ventilyasiyası


Adətən split-sistemlər artıq məkanda olan havanı ora-bura hərəkət etdirir. Amma artıq elə modellər var ki, küçədən bir qədər hava götürməyə imkan yaradır. Bu, məkan pis havalandırılıdıqda və qoxuları yox etmək üçün yararlıdır.

Müsbət tərəfləri:


  1. — təmiz hava içərinin havasını dəyişmədən daxil olur

  2. — hava filtrlər vasitəsilə təmizlənib

Mənfi tərəfləri:


  1. — kondisionerin və onun quraşdırılmasının qiymətini artırır

  2. — çox səs-küylüdür

  3. — montaj etmək çətindir


Vacib funksiyadırmı Xeyr.

Avtomatik sönüb-yanma


Cihazın tənzimləmələrini saxlayaraq enerjiyə qoşulması bərpa edildikdən sonra işini avtomatik yeniləməsinə kömək edir. Elektrik enerjisi gözlənilmədən kəsildiyi hallar üçündür.

Vaib funksiyadırmı? Xeyr, amma ümumilikdə rahatdır.

Xarici blokun donunun avtomatik açılması


Ətraf havanın temperaturu təyin olunmuş temperaturdan aşağı düşdükdə kondisionerin xarici bloku buzla örtülə bilər. Bu, zərərlidir və hətta qırılma təhlükəsiz yaradır. Əfsus. Amma bu, donun avtomatik açılması funksiyalı split-sistemlər üçün problem deyi. Ura.

Vacib funksiyadırmı? Əgər çöldə tez-tez şaxtalar olursa, bəli.

Hərəkət detektorları və ya iştirak rejimi


Məkanı skan edir: ora kimsə girəcəksə - kondisioner qoşulacaq. Siz gedəndə isə cihaz enerjiyə qənaət rejiminə keçə və ya işini sonlandıra bilər.

Vacib funksiyadırmı? Xeyr.

Havanın nəmləndirilməsi


Artıq qeyd etdiyimiz kimi, kondisioner havanı qurudur. Bu, həssas dərili insanlar, xüsusilə də, uşaqlar üçün problem ola bilər. Nəmləndirmə funksiyası ilə isə problem həllini tapır.

Vacub funksiyadırmı? O ev üçün seçmək daha yaxşı olar ki, orada havanın rütubətinə həssaslığı olan insanlar yaşayır.

Sürətli sərinlətmə və ya qızdırma


Məkanda arzuolunan temperatura tez çatmaq üçün maksimal gücündən istifadə edir.

Vacib funksiyadırmı? Bəli.

Özünü təmizləmə funksiyası


Kondisionerdə özünü təmizləmə funksiyası lazımdırmı? Lazımdır. Zaman keçdikcə sistemin filtrləri və buxarlandırıcısı (istilik dəyişdirici) tozdan, tozcuqdan və digər hissəciklərdən çirklənir. Onlar isə istər-istəməz havada var.

Sistem buxarlandırıcını necə lazımdır üfürüb, artıq nəmi çıxararaq özü təmizləyə bilər. Ya da çirkləri yumaq üçün onu dondurub sonra donunu aça bilər. Filtrləri isə əllə təmizləmək lazım gəlir. Həm də yaxşı olar ki, bunu mütəxəssislər etsin.

Vacib funksiyadırmı? Bəli.

Enerjinin saxlanılması rejimi


Split-sistemə elektrik enerjisinə qənaət etməklə aşağı güclə işləməyə və ya gözləmə rejiminə keçməyə şərait yaradır.

Vacib funksiyadırmı? Bəli.

Səslə idarəetmə


Çox split-sistemləri səs komandalarının köməyi ilə idarə etmək olar. Məsələn, Samsung kondisionerlərini - SmartThings tətbiqində.

Vacib funksiyadırmı? Əgər siz artıq ağıllı ev və səs köməkçisi olmadan həyatınızı təsəvvür edə bilmirsinizsə, bəli.

Kondisionerin havanın təmizlənməsi üçün əlavə imkanları



  • — UB lamlapar. Bakteriyaları və virusları effektiv şəkildə öldürür.

  • — İonlaşdırma. Şimşəkdən sonrakı kimi və ya dağlarda olduğu kimi təravət hissiyyatı üçün havanın mənfi yüklü oksigen atomları (ionları) ilə zənginləşdirilməsi. Üstəlik ionlar tozu döşəməyə tərəf qovur və xoşagəlməz qoxuları aradan qaldırır.

  • — Ozonlaşdırma. Bəzi kondisionerlərə ozon generatoru quraşdırılıb. O, split-sistemin sərinlətmə sistemi boyu dövrü edir və zərərli bakteriyaları, virusları öldürür. Habelə havadakı qoxuları və çirkləndirici maddələri aradan qaldırmağa kömək edir. Amma ozon yüksək konsentrasiyada olduqda - zəhərdir.


Vacib funksiyadırmı? İstəyə uyğun.

Nəticə olaraq

Ümumilikdə, müxtəlif istehsalçıların kondisionerlərinin əsas funksiyaları çox oxşardır. Amma ucuz split-sistemlərdə səmərəliliklə və iş keyfiyyəti ilə bağlı problemlər olur. Daha yaxşı olar ki, cihazları sınanmış istehsalçılardan seçəsiniz və əsas məsələlərə diqqət yetirəsiniz:


  1. — inverter növ

  2. — müasir effektiv filtrlər (HEPA/fotokatalitik)

  3. — özünü təmizləmə funksiyası

Qalan seçimləri özünüzə və məkana uyğun seçə bilərsiniz.

Rahat sərinlik

Soyuqluq hissiyyatı olmadan

Digər hekayələri oxuyun