Layfxaklar

Qabyuyan maşın qabların üzərində çirk saxlayır, bunun qarşısını necə almaq olar?

Təmiz qablar təkcə texnikanın işi deyil. Bəzi məqamlar sizdən də asılı ola bilər.

31.07.2023   |   ~3,5 dəq

Təsəvvür edin: çirkli qabları qabyuyan maşına yükləyirsiniz, lakin nəticəni görmürsünüz. Bəzən belə də olur. Gəlin, birlikdə təmizlik qaydalarının əsas məqamlarını nəzərdən keçirək.

Qabları yumaya hazırlayın

Mükəmməl yumanın ilk 50%-ni təmin edən sadə prosedur. Qabları yükləməzdən əvvəl:

1. Yemək qalıqlarını və qırıntılarını təmizləyin. Əks halda qabların üzərindəki qalıqlar maşının filtrinə yığıla və gələcəkdə problem yarada bilər.

Bu qədər – cəmi bir qayda. Çətin deyil, razısınız?

Qabları düzgün yerləşdirin

Bəli. Maşının rəflərində düzgün qaydada yerləşdirilən qablar müvəffəqiyyətin ikinci 50%-dir. Bunu hər kəs bacarar.

Tam ölçülü qabyuyan maşında adətən üç səbət mövcuddur. Aşağı hissəsi böyük boşqablar, qazanlar, tavalar və iri badələr, orta hissəsi isə – digər qablar, kiçik fincanlar və yastı qab-qacaq üçün nəzərdə tutulub. Üst hissə də çəngəl-bıçaqlar üçündür, bəzən isə onlar üçün alt rəfdə kiçik bir səbət olur. İndi bu rəflərə qabları necə yığmaq lazımdır?

  1. 1. Qabyuyan maşını aşağıdan yuxarıya doğru yükləyin. Böyük qabları alt rəfə yerləşdirin və çalışın qablar üst-üstə düşməsin. Məsələn, səliqəli boşqablar sırasına tavanı necə gəldi yerləşdirsəniz, bu zaman su axınından kənarda qalan boşqabların bir hissəsi çirkli qalacaq.

  2. 2. Orta rəfdə olan qabları üzü aşağı yerləşdirmək lazımdır.

  3. 3. Üst rəfdə olan çəngəl-bıçaqları səliqəli və növlər üzrə yerləşdirmək lazımdır (qaşıq-qaşıq-qaşıq, çəngəl-çəngəl-çəngəl, bıçaq-bıçaq-bıçaq, süzgəc) – bu halda təmiz çəngəl-bıçaqları çıxarmaq daha asan olacaq. Növbə ilə bir hərəkətlə, məsələn, bütün qaşıqları çıxarırsınız.

  4. 4. Kiçik səbətdə olan çəngəl-bıçaqların hər tərəfdən təmizlənməsi üçün onları dəstə-dəstə yerləşdirmək tövsiyə olunmur. Burda yerləşən əşyaların tutacaqları isə aşağı baxmalıdır.

  5. 5. Evdə mövcüd olan bütün qab-qacağı yerləşdirməyə çalışmayın, alınsa belə. Qablar nə qədər çox olsa, maşına bir o qədər yük düşür. Qabyuyan maşın müəyyən sayda dəstlərlə işləmək üçün nəzərdə tutulub. Bu qayda təlimatda da göstərilir.

  6. 6. Nəhəng şorba qazanın və digər böyük qabların su çiləyicilərin fırlanmasına mane olmadığına əmin olun. Həmin mexanizmlər alt və orta səbətin altında və üst səbətin üstündə yerləşir. Onlar fırlanmasa, qablar yuyulmayacaq.

Təmizləyici vasitələri düzgün seçin

Bu da uğurun üçüncü 50%-ni təşkil edir!

Qabyuyan maşınlar üçün duz

Duz, suyu yumşaltmaq üçün lazımdır. Tərkibində çoxlu maqnezium və kalsium olan su sərt sayılır – bu maddələr istilik elementlərinin (elektrik su qızdırıcılarının) üzərində ərp şəklində yığıla bilər. Bu məsələ qabyuyan maşınlara, çaydanlara, paltaryuyan maşınlara və su qızdırıcılarına aiddir. Ərp istilik elementinin resursunu təsirli şəkildə azaldır.

Suyun sərtliyini özünüz yoxlaya bilərsiniz – sadəcə tester almaq kifayətdir. Yaxud sadəcə çaydanın içinə baxın. Ağ çöküntü görürsünüz? Deməli, duz almaq vaxtıdır. Duz suyun sərtliyini tənzimləyir və istilik elementini qoruyur.

Duzu maşın kamerasının altında yerləşən dəliyə tökmək lazımdır. Paneldəki göstəricilərə diqqət yetirin: belə bir işarə yanırsa — Qabyuyan maşın işarəsi duz əlavə et — deməli, duz əlavə etmək vaxtıdır.

Yuyucu vasitə

Yuyucu vasitələr toz, gel və kapsul formasında olur və aralarında fərq yoxdur. Sadəcə iki məqamı nəzərə almaq kifayətdir: qabların çirklənmə dərəcəsindən asılı olaraq tozun dozasını seçmək daha rahatdır, tabletlər isə qısa yuma dövrləri üçün çox uyğun deyil – onların tam həll edilməsi üçün vaxt çatmır.

Tərkibi, qoxu və digər parametrlər baxımından sizə uyğun məhsulu tapmaq üçün bir neçə növlərini sınayın və ən uyğun olanı seçin.

Yaxalayıcı

Yaxalayıcı qabları, xüsusən də badələri, qurumuş su damcılarının izlərindən qoruyur. Faydalı, lakin mütləq sayılmayan bir məhsuldur, üstəlik, çox vaxt elə yuyucu vasitənin tərkibində olur.

Düzgün proqram quraşdırın

Təəccüblü deyil ki, qabyuyan maşının panelində çoxsaylı düymə və nişan var. Onları yaxşı öyrənsəniz, daha sonra baxmadan istədiyiniz proqramı məharətlə qura və nəticədə məhz bu münasibətlə xüsusi olaraq dəvət olunan dostlarınızı heyran edə bilərsiniz.

Məsələn, qablar çooox çirklidirsə, "İntensiv" rejimini seçmək vaxtıdır. Ailəvi şam yeməyindən sonra badələrə parlaqlığı qaytarmaq lazımdırsa, o zaman saxsı qablar üçün mövcud olan "Zərif" rejimini seçin. Yalnız alt rəfdə qablar varsa, "Yarım yük" rejimini aktivləşdirin – su və elektrik enerjisinə qənaət edin. Müxtəlif rejimlər haqqında düşünmədən, sadəcə qabları yumaq istəyirsinizsə, “Avtomatik” proqramını seçə bilərsiniz.

Qabyuyan maşınınıza qulluq edin

Sərt həqiqət: avadanlığın gigiyenasına diqqət yetirməsəniz, zamanla qabyumanın keyfiyyəti pozulacaq. Buna yol verməmək üçün nə etməli?

  1. 1. Ayda bir dəfə filtri dərindən yaxalamaq lazımdır - isti su və yuyucu vasitə ilə (avtomobil üçün deyil, qablar üçün). Yağ və qida hissəciklərini təmizləmək lazımdır.

  2. 2. Yemək qalıqları tez-tez qapı rezininin altında qalır. Bu hətta qoxuya da səbəb ola bilər. Ayda bir dəfə həmin rezini silin.

  3. 3. Su səpələyən xüsusi borular da diqqət tələb edir: bu dəliklərə də qida qalıqları düşə bilər (baxmayaraq ki, yükləməzdən əvvəl onları qabların üzərindən təmizləmək lazımdır). Boruları diş çöpü ilə təmizləyə bilərsiniz. Sonda isə bütün dəlikləri su ilə yaxşıca yuyun.

  4. 4. İldə üç-dörd dəfə gigiyenik təmizləyicidən istifadə edin. Bu, qabyuyan maşını ərpdən və yağdan təmizləyən toz və ya geldir. Yeri gəlmişkən, bu məhsulların bəziləri istilik elementini qorumaq üçün paltaryuyan maşında da istifadə edilə bilər.

Təmiz qab.
Vaxta qənaət.

Növbəti hekayələri oxu