Layfxaklar

Məlumatlar üçün detoks: Rəqəmsal
təhlükəsizliyinizi necə gücləndirməli

Rəqəmsal ayaq izinizi minimuma endirin və mobil cihazlarınızın təhlükəsizliyini yaxşılaşdırın.

Böyük məlumat sızıntıları, məxfiliyin pozulması, itirilmiş parollar, daha sonra isə hər kəsdə yaranan təşviş. Rəqəmsal təhlükəsizliyə yanaşmamızı “hadisə baş verməyincə, tədbir görülməz” ifadəsi ilə səciyyələndirmək olar. Xəbərlərdə sarsıdıcı başlıqları görənə kimi (və ya özümüz hadisə ilə qarşılaşana kimi) rəqəmsal təhlükəsizlik barədə düşünmürük. Lakin əmin olun ki, özünüz istəmədikcə, ömür boyu elektron poçt qeydiyyatından qaçınmaq və ya smartfonun kamerasını gizləmək məcburiyyətində qalmayacaqsınız. Şəbəkədə üzərinizə diqqət çəkməmək və internetdə maksimal təhlükəsizliyə nail olmaq üçün bir neçə tövsiyə.

İzlərinizi silin

Çox güman ki, onlayn mağazada ayaqqabı görüb, gələcəkdə almaq üçün linkini saxladığınız (məsələn, maaş alana kimi), bir müddət sonra keçidə daxil olan zaman öz xəbər lentinizə keçdiyiniz hallar olub. Qoy, bu dahiyanə marketinq hiyləsi sizə internetdə axtarış sorğularınızın məxfi olmadığını xatırlatsın. Brauzer tarixçəsini, cookie fayllarını (saytların fəallığınızı izləmək üçün istifadə etdiyi kiçik məlumat fraqmentləri) və keş (lazımsız) fayllarını müntəzəm olaraq silməklə yanaşı, brauzerdə “inkoqnito” rejimini aktiv edə bilərsiniz. Bu fərdi baxış funksiyası hər seansın sonunda cookie fayllarını silir, yəni şəxsi məlumatlarınız və əvvəlki axtarış sorğuları barədə məlumatlar brauzer pəncərəsini bağlayan kimi silinir. Bu, ictimai bir kompüterdə elektron poçtu yoxlamaq istədiyiniz və ya internetdə olan zaman xoşladığınız ayaqqabıları təkrar-təkrar görmək istəmədiyiniz zaman faydalı ola bilər.

MƏSLƏHƏT
İnkoqnito rejimində veb-səhifələrə baxış təhlükəsiz olsa da, sizi ziyanverici koddan qorumayacaq. Cihazınızda əməliyyat sisteminin ən son yeniləmələrinin quraşdırıldığı və antivirusun aktivləşdirildiyindən əmin olun.

Şübhəli mənbələrdən uzaq durun

Bir çox hallarda istifadə etdiyiniz elektron poçt şübhəli məktubları (fişinq cəhdləri ilə) sərbəst şəkildə filtrləyə bilər, lakin buna baxmayaraq, belə məktublar mühafizə sistemindən sızacaq. Keçidin üzərinə basıb hər hansı əlavəni açmazdan əvvəl məktubu diqqətlə oxuyun. Göndərən sizi bu və ya digər veb-sayta daxil olmağa, şəxsi məlumatlarınızı təqdim etməyə vadar edirsə, sizdən pul və ya başqa nəsə almaq üçün səy göstərirsə, diqqətli olun. Göndərənin elektron poçt ünvanı standart görünsə də və ya tanış sosial şəbəkə, firma brendi və ya təşkilata məxsus olsa da, sayta brauzerdə ünvanı yazaraq daxil olmaq və ya alınan məktubdan əmin olmaq üçün öncədən bildiyiniz adresə yeni məktub göndərmək daha yaxşıdır. Bu, kitabçanızda olan ünvanlar üçün də keçərlidir, çünki cinayətkarlar dostlarınızın da elektron poçtunu qıra bilər. Buna görə də internetdə olan zaman geniş yayılmış fişinq hücumları barədə unutmamaq və şübhəli məktublar barədə müvafiq orqanlara məlumat vermək vacibdir.

Keçidə daxil olmazdan və ya əlavəni açmazdan əvvəl məktubu diqqətlə oxuyun.

Özünüz xəfiyyə olun

Bəzən özünüzü hakerlərin yerinə qoymağınız lazımdır. Google-da özünüz barədə məlumatlar axtarmaq “rəqəmsal iziniz” (yəni, onlayn nüfuzunuza təsir edən hamı üçün əlçatan məlumatlar) haqqında təsəvvür yaratmağa imkan verəcək. Real həyatda nə dərəcədə yaxşı nüfuza sahib olmağınızdan asılı olmayaraq, axtarış nəticələrində sizi başqa cür təqdim edən və ya haqqınızda istədiyinizdən daha çox məlumat verən bir neçə şey tapa bilərsiniz. İstər ev ünvanınız, xalis dəyəriniz, istərsə də oxuduğunuz məqalələrin siyahısı olsun, məlumatları silmək istədiyiniz halda sayt inzibatçılarına müraciət edin. Bundan əlavə, belə xidmətlər təklif edən, vaxtınıza qənaət edəcək və rahat olmağınızı təmin edəcək xüsusi şirkətlərə müraciət edə bilərsiniz.

Dəlil saxlamayın

Kağızda olan yazışmaları atmazdan əvvəl kağız emaledicisindən istifadə etdiyiniz kimi rəqəmsal fayllar üçün də eyni şeyi etməyiniz lazımdır. Təəssüf ki, bütün “silinən” fayllar asanlıqla bərpa oluna bilər. Mobil təhlükəsizlik tətbiqləri istənilən faylları bərpa imkanı olmadan silməyə kömək edir. Elektron məktublara gəldikdə isə, poçt tətbiqində “məktubu səbətə göndər” və ya “həmişəlik sil” funksiyaları mövcuddur, buna görə də seçiminizi düzgün edin.

Galaxy S20
Ultrasəsli barmaq izi skaneri kimi mobil təhlükəsizlik funksiyalarından istifadə edərək sistemə daxil olun və ya alış-veriş zamanı ödəniş edin.

Kompleks təhlükəsizlik üçün

Hər kəsin sirləri var. Galaxy S20 kimi cihazlarla işləyən zaman sirlərinizin təhlükəsizliyindən əmin ola bilərsiniz. Ultrasəsli barmaq izi skaneri və Knox məlumatların mühafizə platforması sayəsində siz parolu yadda saxlamaq məcburiyyətində qalmadan, barmaq izi ilə məxfi məlumatlara çıxışı aça bilərsiniz.

Digər hekayələri oxuyun