Fərdiləşdirilə bilən fleş-bildirimlər
Narahatsınız ki, telefonunuzun səsini eşitməyə bilərsiniz? Diqqətinizi çəkmək üçün kamera işığnın necə yandırıldığını öyrənmək məqsədilə Genişləndirilmiş tənzimlənmələrin necə dəyişdirildiyini öyrənin.
21-ci əsrdə texnologiyalar bizə birləşməyə kömək edirlər. Bax, məhz buna görə də xüsusi imkanlar belə vacibdir. Onlar bizim üçün bir nömrəli vasitələrdir: məhz onların hesabına biz əmin olmalıyıq ki, telefonlarımızdan daimi, müvəqqəti və ya vəziyyətlə bağlı fiziki məhdudiyyətlərindən asılı olmayaraq, hər bir kəs istifadə edə biləcək. Xüsusi imkanlar sadəcə doğru olduğu üçün üstün cəhət deyil. Xüsusi imkanlar tənzimləmələrində siz smartfonunuzun ən innovativ funksiyalarının bəziləri ilə də tanış olacaqsınız. Əgər fiziki imkanlarınız məhduddursa, bu parametrlər sizə sadəcə telefonunuzu gücləndirmək fürsəti verməyəcək. Eyni zamanda, kimliyinizdən asılı olmayaraq, sizin Galaxy S21 Ultra 5G kimi cihazlarınızın istifadəsini daha möhtəşəm və əyləncəli edəcək.
Görüntü bir spektrdir. Bir nəfər üçün oxunaqlı olan bir şey başqası üçün çox zaman aydın olmaya bilər. Üstəlik, bizim smartfonun ekranındakıları görmə imkanlarımız gün ərzində dəyişə də bilər. Ancaq imkanlarınız nə olursa-olsun, One UI Görüntünün yaxşılaşdırılması parametri sizə yardımçı olacaq. Əgər telefonunuzdan oxumaq sizin üçün çətindirsə, Yüksək kontrast şriftləri, klaviatura və digər simvolları aktiv edə bilərsiniz. Eyni zamanda, qaranlıqda telefonunuza baxmaq çətinlik törədirsə, Tutqun ekran funksiyasını seçə bilərsiniz. Hətta siz qismən daltonizm - rəng korluğundan əziyyət çəksəniz belə, telefonun rənglərini tənzimləyə və ya istəyinizə görə tamamilə fərqləndirə bilərsiniz.
One UI ilə xüsusi imkanlar parametrlərini dəyişmək su içmək qədər asandır. Xüsusi imkanlar düyməsini işə salmaqla siz yeni sürüşdürülə bilən düymə ilə fiksasiya olunmuş naviqasiya düyməsi arasında seçim edə bilərsiniz. Bu isə sizə imkan verəcək ki, hansı tətbiqdən istifadə etmyəinizdən asılı olmayaraq, xüsusi imkanlar parametrlərini aktivləşdirəsiniz. Bircə toxunuşla siz TalkBack (ekrandakı mətni ucadan oxuyan) və ya Böyütmə (daha rahat oxumaq üçün ekrandakıları böyüdən) kimi xüsusi imkanları işə sala bilərsiniz. Düymələrə bərk və klikləyərək basmağa üstünlük verirsiniz? Siz həmçinin səs artırma düyməsini basılı tutmaqla Galaxy smartfonunuzu xüsusi imkanlar parametrlərinin aktivləşməsinə proqramlamaq üçün Genişləndirilmiş tənizmləmələrdən istifadə edə bilərsiniz.
Çox səs-küylü restoranda dostumuzun səsini eşitmək üçün edilən cəhd olsa belə, biz hamımız ara-sıra subtitrdən istifadə edə bilərik. Canlı transkripsiya buna görə olduqca əyləncəlidir. Sadəcə Galaxy smartfonunuzun Xüsusi İmkanlar tənzimləmələrində "Səsin yaxşılaşdırılması" funksiyasını işə salın. Bu zaman ətrafınızdakı bütün səslər sizin telefonunuzda bir video kimi subtitr şəklində peyda olacaq, hətta adınız sadəcə çəkildikdə belə telefonunuz uğuldayacaq. Bu funskiolnallığı Galaxy Z Flip3 5G ilə uzlaşdırın və elə edin ki, bunu yalnız siz görəsiniz. O zaman siz dostlarınızla növbəti dəfə toplaşanda, kampaniyanızdan bir qədər uzaq düşsəniz belə, heç bir söhbəti qaçırmayacaqsınız.
Heç elə olubmu ki, böyük səbirsizliklə gözlədiyiniz bağlama sadəcə qapı zəngini eşitmədiyinizə görə gəlib sizə çatmasın? Ya da siz körpəsinin ağlamaq səsi altında təsadüfən yuxuya getməkdən qorxan narahat bir gənc valideynsiniz? ?-nin Səsin Yaxşılaşdırılması xüsusi imkanlar tənzimləmələrində Səs Bildirimlərini yoxlayın və ya Canlı Transkripsiya tətbiqinin Səs Bildirimlərini aktivləşdirin. Bununla da, siz Galaxy smartfonunuzun yanıb-sönən işığı və vibrasiyası sayəsində eşitmək istədiyiniz heç nəyi qaçırmayacaqsınız: istər mikrodalğalı sobanın səsi olsun, istərsə də yanğın haqda həyəcan siqnalı. Aydındır ki, əgər siz ağır eşidirsinizsə, bu, xüsusi faydalı funksiya olacaq. Ancaq belə bir probleminiz olmasa belə, Səs bildirimləri rəqib səslər dünyasında önəmli olan heç nəyi yanlışlıqla da olsa, qaçırmağa imkan verməyəcəyi üçün sizə mənəvi rahatlıq təklif edir.
Siz heç dünyanı kompüterinizin gördüyü kimi görmək istəmisinizmi? Bixby Vision-ı işə salın və Galaxy-nin möhtəşəm virtual assistenti və xüsusi quraşdırılmış AI sizin kameranızdan göz kimi istifadə edəcək. Əgər siz hərəkət məhdudiyyəti olan şəxs deyilsinizsə, o, sizə içdiyiniz şərab haqda dequstasiya qeydləri təqdim edə bilər³. (Sonuncu dəfə AI nə vaxt sizin somelyeniz - şərab ekspertiniz olub?) Əgər görmə qabiliyyətiniz zəifdirsə, Bixby Vision sizə ətrafınızdakı dünya haqda informasiya verəcək, günün qürub çağını təsvir edəcək, əlinizdəkinin laym və ya limon olduğunu bildirəcək, geyindiyiniz paltarın rəngini açıqlayacaq və hətta hər hansı bir işarəni sizə izah edəcək.