Layfxaklar

10 dəqiqədə sağlamlıq

Həyatınızı gözəlləşdirəcək sadə və qısa məşqlər

Gec saatlara qədər işləmək, erkən qalxmaq və istirahətsiz həftəsonu... Nəticədə yorğunluq və stress. Həyatınızda gündə cəmi 10 dəqiqənizi alacaq və gücünüzü bərpa etməyə kömək edəcək bir neçə sağlam vərdiş üçün yer ayırın!

Samsung Health
Samsung Health tətbiqi ilə tənəffüsünüzü bərpa etmək üçün bir saniyənizi ayırın.
1

Nəfəs almağı unutmayın!

Stresli olan zaman adətən səthi nəfəs alırıq. Bütün gün məşğul olsanız da, bir neçə tənəffüs məşqi üçün fasilə verin - gərginliyinizin necə azaldığını hiss edəcəksiniz. Saatın fikrinizin yayındırmaması, gözlərinizi bağlayıb rahat nəfəs almağınız üçün Galaxy S20-də taymer qurun.

Məsləhət
Çia pudinqi proteinlə zəngindir və yalnızca 3 komponentlə hazırlanır. Onu yatmazdan əvvəl hazırlayın və səhər özünüzü ləzzətli səhər yeməyi ilə sevindirin.
2

Özünüzə səhər yeməyi hazırlayın

Müasir diyetoloqlarının sözlərinə görə “səhər yeməyi günün ən vacib yeməyidir”. Səhər yeməyini hazırlamağa həvəsiniz yoxdursa, fantaziyanızı işə salın və bu prosesə rəng qatın. Məsələn, omlet və ya yulaf hazırlanana kimi boşqabda meyvə, tərəvəz və ya göyərtilərdən kompozisiya hazırlayın. Bu sizi emosional və fiziki enerji ilə təmin edəcək.

3

Mikro məşqlər edin (bəli, belə bir şey var)

Küçəyə çıxmadan da fəal qala bilərsiniz. Müntəzəm məşqlər beyin üçün çox faydalıdır və onların bir saat davam etməsi vacib deyil. 10 dəqiqəlik qısamüddətli məşqlər bədəni enerji ilə təmin edir və ürəyə müsbət təsir edir. 30 saniyəlik iplə tullanma və ya oturub-durma kimi məşqlər üçün 10 dəqiqənizi ayıra və bir qədər kardio məşqi ilə endorfin əldə edə bilərsiniz.

4

Musiqi siyahınızı yeniləyin

Müasir musiqi istifadə olunan alət və səslərin sayına görə sərhəd tanımır, həmçinin inanılmaz dərəcədə fərqli üslublar təklif edir. Ona qulaq asmaq üçün ulduzların konsertinə getmək vacib deyil. Bir çox musiqi tətbiqi dinlədikləriniz əsasında yeni ifaçılar məsləhət görür, buna görə də əhval-ruhiyyənizə uyğun yeni musiqilər seçmək heç də çətin olmayacaq! Effekti gücləndirmək üçün Galaxy Buds+ taxın, gözlərinizi bağlayın və səsdən zövq alın.

Məsləhət
S Pen istifadə edərək daxilinizdəki rəssamı oyandırın və birbaşa öz telefonunuzda rəngarəng rəsmlər çəkin.
5

Uşaqlığa qayıtmaqdan çəkinməyin

İş və məşqlər arasında yaradıcılığın önəmi barədə unutmaq asandır. Galaxy Note10-da S Pen vasitəsilə gündə 10 dəqiqənizi rəsm çəkməyə, müəllif qeydlərinə və ya video rəngləməyə ayırmağa çalışın. İstənilən yaradıcı məşğuliyyət stresi azaldır və beyni inkişaf etdirir.

Rahatlığınızı tapın

Daxili rahatlığınızı tapmaqda sizə kömək edəcək bir neçə cihazı təqdim edirik.

Digər hekayələri oxuyun