Brend

5G texnologiyası gələcəyi necə dəyişdirəcək

5G nədir? 2019-cu ilin bu trendi qeyminq aləminə, yaradıcılıq fəaliyyətinə və ümumilikdə həyatımıza necə təsir edəcək?

2019-cu ildən etibarən Rusiyada mobil rabitə şəbəkələrinin növbəti nəsli inkişaf etməyə başlamışdır. 5G erası həyatımıza əsaslı dəyişikliklər gətirməyi vəd edir. Bəs bu yeni texnologiyanın gətirəcəyi dəyişikliklər nələrdir və bizi əhatə edən hər şeyə təsirləri nələr olacaq? Bizim bundan xəbərimiz var və indi sənə danışacağıq.

5G nədir?

“3G” və “4G” terminlərini yəqin ki, hamımız eşitmişik, ancaq burada “G” hərfinin məhz “nəsil” (ing. Generation) mənasına gəldiyini heç də hər kəs bilmir. “G” abreviaturasının tarixi 1980-ci illərdən başlayır. O, hər növbəti onillikdə bizi simsiz rabitənin yeni, daha da inkişaf etmiş nəsli ilə sevindirmişdir. Beşinci nəsil, yəni 5G isə “bütün bəşəriyyət üçün nəhəng sıçrayış” olmağı vəd edir.
5G-nin sadəcə iki üstün cəhəti, daha doğrusu verilənlərin ötürülmə sürətinin dəfələrlə artması və cavab/reaksiya müddətinin əhəmiyyətli dərəcədə azalması demək olar ki, hər şeyi dəyişdirəcək. 4G şəbəkələrinin sürəti saniyədə 1 qiqabitə qədərdir ki, bu da ilkin yüklənmə olmadan qənaətbəxş keyfiyyətli videolara (filmlərə) kifayət qədər rahat baxmağa imkan verir.
Proqnozlara görə 5G bizə 20 Qbit/san sürət bəxş edəcək. Ehtiyatlı olun, birdən şəbəkə sizi telefonunuzla birlikdə “sorub” aparmasın. Siqnalların dördüncü nəsildə 50 millisaniyəyə çatan gecikmə müddəti 1 millisaniyəyə enəcək. Bir düşünün, bir millisaniyə saniyənin mində bir hissəsidir. Şəbəkənin cavab müddəti o qədər azalacaq ki, heç hiss olunmayacaq. Təsəvvür edin, avtopilot funksiyası, robot texnikası, telesəhiyyə xidmətləri və kiber idman necə dəyişəcək.
5G qeyminq sahəsində çoxdan gözlənilən inqilabı reallaşdırılacaq. Onlayn oyun fanatları artıq “kənddə, nənənin evində” normal interneti necə əldə edə biləcəkləri barədə baş sındırmalı olmayacaq. Harada olursan ol sevimli onlayn əkşn oyunlardan və şuterlərdən artıq məhrum qalmayacaqsan.

Avtobusda “Fortnite” oynamaq? Hə, lap istəsən metroda da. Təki 5G şəbəkəsi qurulmuş olsun.

Mobil qeyminqin AR/VR reallıqlı gələcəyi

2016-cı il “Pokémon GO” ili oldu. Bu populyar cizgi filmi serialının (indilərdə isə oyunun) pərəstişkarları öz smartfonları ilə real dünyada virtual pokemonları ovlamağa çalışırdı. Virtual aləm gerçək dünyanı əvəz etmişdi və insanlar elə bil, nağıllar aləminə düşmüşdü. Bu, “tamamlanmış reallıq” (Augmented Reality, AR) adı verilmiş texnologiyanın həyata keçirilməsinin canlı örnəyidir.
5G şəbəkələrinin tətbiqi hər iki texnologiyanı tanınmayacaq dərəcədə dəyişdirəcək. Gerçək dünya ilə AR/VR reallığı demək olar ki, bir-birinə qarışacaq, virtual döyüşlərin gerçək meydanlarında daha çox oyunçu bir-biri ilə mübarizə aparacaq. “Pokémon GO” oyununu ona görə hər kəs tərifləyirdi ki, hətta evdə oturmağı sevənləri belə küçəyə çıxmağa məcbur edirdi. Bəs smarfonla silahlanmış, bir məhəllədən olan onlarla oyunçu 15 metrlik meşə trollunun işini bitirmək üçün yaxındakı parkda toplanacağı günlərə nə deyəcəksiniz?

Gələcəyin texnologiyaları və yaradıcılıq fəaliyyəti

5G sadəcə kompüter oyunları aləmini dəyişdirməyəcək. Moda, dizayn və incəsənət sahələrində də dəyişikliklər olacaq. Verilənlərin nəhəng həcmlərdə və sürətlə ötürülməsi üçölçülü təsvirləri real vaxt rejimində və yüksək dəqiqliklə nümayiş etdirməyə imkan verəcək. Artıq bu gün plançşetlər və masaüstü kompüterlər əsl yaradıcılıq vasitələrinə çevrilmişdir. 5G erasının gəlişi və vizuallaşdırıcı cihazların inkişafı isə fantastika filmlərindəki səhnələri həyatımıza daxil edəcək. Dizaynerlərin, rəssamların, modelyerlərin və rejissorların ideyaları şaquli və yastı dspleylərdə, AR güzgülərində və qatlanıb açılan ekranlarda canlanacaq.

Sağlamlığın keşiyində

Daşınan cihazlar sahəsində inqilab labüddür. Geyim, ayaqqabı vğə gündəlik aksessuarlar sağlamlığımızın keşiyində duran yüksək texnologiyalı qoruyucu vasitələrə və fitnes sahəsində köməkçilərə çevriləcək. Ən başlıcası isə, bütün bu əşyalar bir-biri ilə qarşılıqlı əlaqədə ola və bir-birinə informasiya ötürə biləcək.
Əşyalarına quraşdırılmış vericilər sənin və olduğun mühitin fiziki vəziyyətinə dair verilənləri gündəlik əsasda qeydə alacaq və bulud servisində mühafizə edəcək. Sadəcə atdığın addımların sayı, yeriyərkən bədən çəkisinin necə paylandığı, nəbzinin tezliyi barədə deyil, həm də bu parametrlərə sutkanın vaxtının və hava şəraitinin necə təsir etdiyi barədə də məlumat əldə edəcəksən. Eyni zamanda, bütün bu məlumatları “sadəcə bir dəfə toxunmaqla” öz həkiminə ötürə biləcəksən. Göğstəricilərin normadan kənar olduqda və ya təhlükəli simptomlara dəlalət etdikdə isə həkimin sənə müvafiq tövsiyələri verəcək, mümkün xoşagəlməz hadisələrin qarşısını vaxtında alacaq.

Rahatlıq

İndi demək olar ki, hər kəs “əşyaların interneti” və “ağıllı ev” anlayışının nə mənaya gəldiyini bilir. 5G ilə bu rahatlıqlar daha geniş yayılacaq. Yollarda avtopilotla idarə olunan avtomobillər hərəkət edəcək, hər bir bina gündəlik prosesləri (ventilyasiya, isitmə, işığın söndürülməsi/yandırılması, cihazların söndürülməsi/işə salınması və s.) avtomatik idarə edən sistemlə təchiz olunacaq. Ağıllı kolonkalardan gələn səsi məhz durduğun otaqda eşidəcəksən, gözəgörünməz tibbi vericilər fizioloji göstəricilərinə nəzarət edəcək (hormonların, qan təzyiqinin səviyyəsi, ürəyin ritmi), müstəqil şəkildə sağlamlıq vəziyyətini müəyyən edəcək. “Bixby” kimi sənin haqqında hər şeyi bilən ağıllı köməkçilər isə gəzintiyə çıxmaq, istirahət etmək və yemək üçün ən uyğun vaxtı deməklə yanaşı əhval-ruhiyyənə uyğun (qaçış üçün gümrahlaşdırıcı trek və ya ailəvi şam yeməyi üçün klassika) musiqi seçəcək.

Galaxy
Note20 | 20 Ultra