Samsung health
Gündəlik Sağlamlıq
Cihazlar və ekran şəkilləri illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir. UX/UI proqram versiyası, model, region və digər amillərdən asılı olaraq dəyişə bilər.
Enerji göstəricisi.
Galaxy AI-dən gündəlik hazırlıq indeksi
Enerji göstəricinizin köməyi ilə gündəlik sağlamlığınızı nəzarət altında saxlayın
Enerji göstəricisi fiziki və əqli enerjinizin və hazırlığınızın gündəlik ölçüsüdür. Yuxu saatlarınızın, fəaliyyətinizin və ürək döyüntüsünün analizi sadəcə Samsung Galaxy cihazları vasitəsilə növbəti gün üzrə göstəricinizin hesablanması üçün istifadə olunur.1,2
Fərdi tövsiyələrin köməyi ilə enerjinizi təkmilləşdirin.
Göstəricinizi yaxşılaşdırmaq üçün nə edə bilərsiniz? Hər gün Enerji göstəricinizin necə yaxşılaşdırılmalı olduğuna dair tövsiyələr alın ki, gündəlik aktivliyinizi planlaşdıra və onu asanlıqla idarə edə biləsiniz.1,2
Sizin fərdi Sağlamlıq tövsiyələriniz
Diqqətinizi sağlamlığınıza yönəldin
Sağlamlığınızla bağlı şəxsi üstünlüklərinizi fərdi şəkildə təyin edin və unikal tələbatlarınıza uyğun davranın: məşq nəticələrinizi təkmilləşdirin və ya hər gecə yuxu saatlarınızı daha yaxşı başa düşün.2
Fərdi məqsədlərinizə necə çatacağınızla bağlı faydalı tövsiyələr alın.
Gündəlik sağlamlıq göstəricilərinizə əsasən, sağlamlığınızla bağlı vəziyyətin nə yerdə olduğunu öyrənin. Sağlamlıq tövsiyələrində, toplanmış Samsung Sağlamlıq verilənlərinin istifadə edildiyi ətraflı statistika təqdim olunur.2
Fərdi yuxu statistikası
Yuxu göstəricinizi öyrənin
Yuxu saatlarınız, yuxuda keçirdiyiniz vaxt və gecə boyunca bədəninizin hərəkətləri barədə öyrənərək, yuxu rejiminizi təkmilləşdirin.3
Gecə daha yaxşı yata bilməyiniz üçün
Qanınızda oksigen səviyyəsini, ürək döyüntülərinin tezliyini və dərinin temperaturunu izləyərək, yuxu rejiminiz haqqında daha çox məlumat əldə edin*3,4
*Qanda oksigen səviyyəsi, Ürək döyüntüləri, Tənəffüs intensivliyi, Xorultunun müəyyən edilməsi, Dərinin temperaturu və Yuxu mərhələləri.
Yuxu təlimi
Yuxu təlimi ilə gecə daha yaxşı yatmaq üçün Yuxu modellərinizi izləyin və yoxlayın, gündəlik hədəflər təyin edin və onları gerçəkləşdirin.5
Sağlamlığa doğru gedə yolunuzu həmahəng edir
Samsung Galaxy cihazlarınızda Samsung Health tətbiqi ilə tam sağlamlıq və ümumi rifah məlumatınıza daxil olun və idarə edin. Sağlamlıqla bağlı məqsədlərinizə çatmaq üçün ətraflı məlumatlardan istifadə edin.
- *Requires Samsung Health application version 6.24 or later.
- *Galaxy Watch7 must be paired with a Samsung Galaxy smartphone with Android 11.
Sağlamlığınızı izləyin və yaxşılaşdırın
"Body Composition" ilə fitness məqsədinizə effektiv şəkildə nail olun
Həyatını dirçəlt
Necə istifadə etməli
Samsung Health-dən istifadə etməyin sadə yollarını tapın.
Yuxu təli̇mi̇
Məşq proqramı
Fərdi ürək döyüntüsü göstəriciləri
FTP (Funksional güc limiti)
Ən yaxşı uyğunlaşanlar
Sizinlə ayaqlaşan Galaxy ilə daha ağıllı həyatı təcrübədən keçirin.
Bizim Samsung Health tərəfdaşlarımız
- Samsung hesabınıza daxil olmaq tələb olunur. Xidmətin mövcudluğu, ölkədən/regiondan asılı olaraq, dəyişə bilər.
- Hər hansı bir xəstəliyi müəyyən etmək, diaqnoz qoymaq və ya müalicə etmək üçün nəzərdə tutulmayıb. Nəticələr yalnız şəxsi məlumatlılıq məqsədləri ilə istifadə oluna bilər. Məsləhət üçün həkimə müraciət etməyiniz xahiş olunur.
- Burada təsvir edilən bütün xidmətlər, xüsusiyyətlər, funksiyalar, məzmunlar, istifadəçi interfeysləri və üstünlükləri heç bir xəbərdarlıq etmədən dəyişə bilər və onların mövcudluğu ölkə/region, cihaz modeli və ƏS versiyasına görə fərqlənə bilər. Ödənişli xidmətlərdən satınalma gerçəkləşdirildikdən sonra istifadə etmək mümkün olur.
- Cihazın və ekranın təsvirləri illüstrativ məqsədlər üçün modelləşdirilmişdir. Model, ölkə/region və digər amillərdən asılı olaraq UX/UI proqram versiyası dəyişə bilər.
- Enerji göstəricisinin yoxlanması üçün Samsung Galaxy Watch-dan (Galaxy Watch 4 seriyasından və daha yeni modellərdən. Galaxy Fit3 istisna olmaqla) və ya Samsung Galaxy Ring-dən izlənilən sağlamlıq haqqında verilənlər Samsung Health tətbiqi ilə sinxronizə edilməlidir. Ən azı əvvəlki günə aid fəaliyyət və yuxu barədə verilənlər, habelə, yuxu saatlarında nəbzlə bağlı verilənlər tələb olunur.
- Energy score and Wellness tips are available on Android phones (Android 11 or above) and requires Samsung Health app (v6.27 or above).
- Galaxy S24 seriyası və daha yeni modellərdə mövcuddur. Yuxu rejiminə nəzarət funksiyaları yalnız ümumi sağlamlıq və fitnes üçün nəzərdə tutulub. Hər hansı bir tibbi vəziyyətin və ya yuxu pozğunluğunun aşkarlanması, diaqnostikası, müalicəsində istifadə üçün nəzərdə tutulmayıb. Ölçmələr yalnız şəxsi məlumatınız üçündür. Məsləhət üçün həkimə müraciət etməyiniz xahiş olunur.
- Xoruldamağınızı qeydə almaq üçün yatarkən saatınızı qolunuza taxın və telefonunuzu başınızın yanında dayanıqlı bir səthə (məs., dolabça) telefonun dibi sizə tərəf yönəldilmiş şəkildə qoyun.
- Samsung Health tətbiqinin 6.24 və ya daha yeni versiyası tələb olunur. Yuxu təlimi üçün ən azı 7 günlük yuxu rejimi, o cümlədən 1 iş günü və 1 istirahət günü haqqında verilənlər tələb olunur.