Samsung dex


Galaxy Samsung DeX ilə
sərhədləri aşın

Samsung Galaxy cihazınızda Samsung DeX ilə məhsuldarlığınızı artırın. Dostlara mesaj göndərməklə eyni vaxtda filmlərə baxmağa və təqdimatlar hazırlamağa problemsiz keçin – hamısı böyük ekranda. Əlavə rahatlıq üçün Wireless DeX də mövcuddur.

Planşetdən istifadə edərkən üstünlük verdiyiniz rejimi seçin: Yeni DeX və ya Klassik DeX. Yeni DeX rejimi ilə planşetin istifadəçi interfeysi toxunulmaz qalır və planşet təcrübənizin davamını təmin edir. Planşetinizin interfeysini tanış iş masası mühitinə çevirmək üçün Klassik DeX rejimi üçün seçim. 

Parametrlər> Qoşulmuş cihazlar> Samsung DeX-də Yeni/Klassik arasında seçim edin.

DeX artıq simsizdir

Universal və problemsiz. Siz indi qoşulma üçün tələb olunan istənilən naqillərə ehtiyac olmadan DeX xüsusuyyətlərindən istifadə edə bilərsiniz. Sadəcə Smart TV-yə qoşulun və iş mühitinizi zibilləmədən
məzmununuzu böyük ekrana çıxarın.


  • *Samsung DeX simsiz əlaqəsi yalnız Android ağıllı telefon ekranının əks olunmasını (Miracast) dəstəkləyən televizorlarla dəstəklənir.
  • *Televizorun texniki xüsusiyyətlərindən və WiFi mühitindən asılı olaraq performansda fərq ola bilər. 19-cu ildən sonra buraxılmış Samsung Smart TV-lərdən istifadə etmək tövsiyə olunur.
  • *Hansı Galaxy cihaz modellərinin DeX ilə simsiz əlaqə təklif etdiyini yoxlamaq üçün FAQ səhifəsinə daxil olun.

Tədimatları
çox asanlıqla hazırlayın

Böyük layihəyə rəhbərlik edirsiz? DeX sizə ideal təqdimat hazırlamağa kömək edə bilər. Sadəcə
Galaxy cihazınızda 'DeX' düyməsinə basın, iclas otağında Smart TV-yə qoşulun
və işinizin öhdəsindən mükəmməl şəkildə gəlin.

Evdə
ikili rejimdən istifadə edin

Telefonunuzda DeX işə salın və böyük ekranda filmi seyr etmək üçün yaxınlıqdakı televizora qoşulun
və ya uşaqlar üçün virtual sinif otağı yaradın. Bu arada siz hələ də telefonunuzda öz işinizi
görə bilərsiz, o, cümlədən elektron məktubları yoxlaya və ya hətta S qələmi ilə
qeydlər götürə bilərsiz.

Sizin töhfəniz dəyərlidir

İntuitiv çoxbarmaqlı kombinasiyalı jestlər və fərdiləşdirilə bilən funksiyalarla Galaxy telefonunuzdan sensorlu planşet kimi və ya
daha böyük displeyi olan ekran üzərinə çıxarılmış klaviatura kimi istifadə edin.

Planşetə bənzəyir, FK kimi çalışır

Məhsuldarlıq heç vaxt bu qədər səyyar olmamışdır

Samsung DeX ilə incə planşetdə tam PC kimi məhsuldarlıq. Planşetinizi PC kimi istifadə etməyə imkan verən funksiyalar üçün Sürətli paneldə DeX düyməsini sıxmaq kifayətdir.
Eyni anda bir neçə pəncərə açın, şəkli e-poçta sürükləyib buraxın və daha çox funksiya üçün sağ düyməni klikləyin.


  • Samsung DeX rejimləri:
  • *Yeni: Planşetin əsas ekranından eyni proqram tərtibatı, vidjetlər, nişanlar və s. istifadə edə bilərsiniz.
  • *Klassik: Siz planşet funksiyalarından masaüstü kompüterə bənzər mühitdə istifadə edə bilərsiniz.

*Yalnız Galaxy Tab S4, S5e, S6, S7, S8, S9, A9+ və s. kimi bəzi Galaxy Tab modellərində dəstəklənir.

Bir kliklə FK-yə bənzər təcrübə

Book Cover Keyboard ilə işlərin görülməsi daha asandır.
Daha böyük trekpəd və intutitiv funksiya klavişləri təchiz olunan klaviatura sizə
bənzərsiz təcrübə bəxş edir və DeX ilə birlikdə istifadə edildikdə siz bir kliklə
FK-yə bənzər təcrübəni əldə edirsiz.

  • * Book Cover Keyboard ayrıca satılır
  • * Function Key yalnız müəyyən modellər üçün tətbiq olunur

*DeX uyğulaması şəxsi kompüterlər üçün Windows ƏS-də One UI 7 versiyasından sonra dəstəyi dayandıracaq. Müştəriləri mobil telefonu və kompüteri Windows-a keçid ("Link to Windows") funksiyası vasitəsilə birləşdirməyə təşviq edirik. “Link to Windows” funksiyasından istifadə etmək üçün aşağıdakı veb sayta girin (Bağlantı təcrübə səhifəsi↗)

 

Galaxy Smartfonu

 

Tətbiqlər & Xidmətlər

  • Seçmə Galaxy, Note, və Tab cihazlarında dəstəklənən Samsung DeX. (Ətraflı məlumat MVS səhifəsində verilib.)
  • Android Pie Əməliyyat sistemi ilə işləyən köhnə modellərdə bir neçə tətbiqin eyni zamanda işləməsi və yüksək istismar xarakteristikaları tələb edən oyunların oynanılması cihazın ləngiməsinə səbəb ola bilər.
  • Bəzi tətbiqlər Samsung DeX-də işləməyə bilər və ya ayrıca lisenziya (satınalma üçün) tələb edə bilər.
  • HDMI adapteri və ya naqili ilə olan Samsung DeX-in bəzi funksiyaları DeX station və DeX Pad-lə olanlardan fərqlənə bilər.
  • Aksessuarlar ayrı satılır.
  • Cihaz və ekran təsvirləri əyani nümunə məqsədləri üçün simulyasiya olunub.