Samsung yerli qanun və qaydalara əməl etmək, eləcə də qlobal işgüzar davranış kodeksini bütün işçilərə ciddi şəkildə tətbiq etmək öhdəliyi daşıyır. Biz inanırıq ki, etik idarəetmə - təkcə qlobal biznes mühitindəki sürətli dəyişikliklərə cavab vermək üçün bir yol deyil, həm də müştərilər, səhmdarlar, işçilər, biznes tərəfdaşları və yerli icmalar da daxil olmaqla, maraqlı tərəflərlə güvənli əlaqələr yaratmaq üçün bir vasitədir. Dünyanın ən etik şirkətlərindən birinə çevrilməyi hədəfləyən Samsung, ədalətli və şəffaf korporativ idarəetmə metodlarını tətbiq etməklə öz işçilərini maarifləndirməyə və monitorinq sistemlərindən istifadə etməyə davam edir.
Fəlsəfəmiz və məqsədlərimiz
Samsung sadə bir biznes fəlsəfəsinə əməl edir: şirkətin insan və texnoloji resurslarından mükəmməl keyfiyyətə malik məhsul və xidmətlər yaratmaq üçün istifadə etmək və bununla da, bütün dünyada cəmiyyətin inkişafına töhfə vermək. Buna görə də, Samsung işçi heyətinə və texnologiyaya çox böyük əhəmiyyət verir.
Samsung-un əsas dəyərləri
Samsung rəhbərləri və işçiləri əmindirlər ki, düzgün dəyərlərə riayət etmək biznes uğurunun açarıdır. Buna görə də, Samsung, alınan hər bir qərarda əsas korporativ dəyərləri və ciddi işgüzar etika kodeksini rəhbər tutur.
Samsung şirkətində biznes idarəetməsi üzrə beş prinsip
Dünya bazarında aparıcı şirkət olan Samsung Electronics, 2005-ci ildə korporativ sosial məsuliyyət prinsiplərinə öz sadiqliyini ifadə edərək, “Samsung şirkətinin biznes idarəetməsi üzrə beş prinsipi”ni açıqladı. Bu prinsiplər onun qlobal işgüzar etika kodeksinin əsasını təşkil edir, qanunverici və etik normalara riayət olunmasını və korporativ sosial öhdəliklərin yerinə yetirilməsini təmin edir.
İcraçı Direktorumuzla tanış olun
Çon Xi Xan
- ㆍSədr müavini və baş direktor [2022-ci ildən indiyədək]
- ㆍSədr müavini və şöbə müdiri, Cihaz təcrübəsi [2021-dən indiyədək]
- ㆍPrezident və Visual Display Business bölməsinin rəhbəri [2017-2021]
- ㆍVisual Display Business bölməsində elmi-tədqiqat qrupunun rəhbəri [2015-2017]
- ㆍVisual Display Business bölməsində elmi-tədqiqat ofisinin rəhbəri [2013-2015]
- ㆍVisual Display Business bölməsində məhsulun elmi-tədqiqat bəlməsinin rəhbəri [2011-2013]
Tarix
Mirasımızı davam etdirmək üçün yeni hədəflər qoymaq
Şirkət yaddaş yarımkeçiriciləri, televizorlar və smartfonlar sahəsində dünya lideri olaraq qalmaq üçün innovasiyalarını davam etdirir.
2019-cu ildə Samsung yeni CSR vizyonunu da elan etdi: “Together for Tomorrow! Enabling People.” Strategiya şirkətin qlobal korporativ vətəndaş kimi öhdəliklərini təsvir edərək, Samsung-un sosial məsuliyyətlərini necə yerinə yetirməyə çalışdığını və şirkətin gələn əsr və ondan sonrakı dövr üçün qəbul edəcəyi etikanı ifadə edir.