Sürətli Paylaşma ilə Galaxy-ni paylaşmaq çox asandır

Son yeniləmə tarixi : 01-11-2023

 Bir istifadəçi bu funksiyadan yararlanaraq istənilən foto, videofaylı digər istifadəçiyə dərhal göndərə bilər. Qeyd edək ki, funksiya Android 10 aktivləşdirildiyi halda bütün Galaxy seriyalarında mövcuddur. Aşağıdakı videoda bunu necə edəcəyinizi öyrənin.

Sürətli Paylaşma funksiyasından necə istifadə edildiyinə addım-addım baxaq:

Göndərmək istədiyimiz faylın yerləşdiyi tətbiqə keçid edirik.

Faylları seçirik.

“Paylaşma” düyməsinə klikləyirik.

Bunu funksiyanın təklif etdiyi 3 sürətli paylaşma yolu ilə edə bilərik.

1 Link yolu ilə paylaşma.
  • Sürətli paylaşma hissəsindən “Kontaktlar ilə paylaşin” funksiyasına klikləyirik;

  • Əldə etdiyimiz linki istədiyimiz tətbiqdən digər cihaza göndəririk.

2 Proqram vasitəsilə paylaşma.
  • Sürətli paylaşma seçimlərindən “proqram vasitəsilə paylaşma” funksiyasına keçid edirik;
  • İstənilən tətbiqdən faylları paylaşırıq.
3 QR kod ilə paylaşma.

  • Sürətli paylaşma seçimlərindən “QR kod ilə paylaşma” funksiyasına keçid edirik;
  • Digər telefonun kamerasını açıb QR kodu oxuduruq;
  • Açılan pəncərədə faylları yükləyirik.

Şərhiniz üçün təşəkkür edirik!